“Qondarma Qarabağ problemini Rusiyanın yaratdığı heç kimə sirr deyil”

11:42 26-05-2022 | icon 15 | Siyasət
 “Qondarma Qarabağ problemini Rusiyanın yaratdığı heç kimə sirr deyil”

 

 

 

Ermənistanda Brüssel görüşlərində əldə olunmuş nəticələrin əleyhinə olaraq keçirilən aksiyalar davam edir və onun arxasında konkret olaraq Rusiyanın dayandığı iddia olunur. Brüssel görüşünə qarşı aksiyanı idarə edənlərin vaxtilə hakimiyyətdə olduğunu və məkirli məqsədlərini təhlil edən qüvvələr belə bir şəraitdə danışıqların nəticələrinə hər hansı təsirlərin olma ehtimalını da ortaya atır. Çünki Ermənistan bütün danışıqlarda vəziyyəti gərginləşdirib prosesdən yayınmağa çalışırlar.

Bu dəfə Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən 3-cü Brüssel görüşündə əldə olunan razılaşmalara qarşı Rusiya və Ermənistanın hakimiyyəti tərəfindən hər hansı təhdidlər yarana bilər?

 

 

 

 

“Qondarma Qarabağ problemini Rusiyanın yaratdığı heç kimə sirr deyil”

 

Versus.az xəbər verir ki, siyasi təhlilçi Zəlimxan Məmmədli bildirib ki, qondarma Qarabağ problemini Rusiyanın yaratdığı heç kimə sirr deyil. Onun sözlərinə görə, Rusiya Azərbaycanı nəzarətdə saxlamaq üçün yaratdığı bu konfliktin həll olunmasında və ya onun iradəsindən kənar həll olunmasına qətiyyətlə razı deyil. Çünki bölgənin konflikt zonası olaraq qalması Rusiyanın maraqlarına uyğun deyil.

 

Z.Məmmədli hesab edir ki, yeni mərhələ başlayıb.

“Rusiyanın Ukraynaya hərbi təcavüzü yeni geosiyasi durum yaradıb. Faktik olaraq yeni dünyanın dizaynı gedir və konflikt ocaqlarından biri- Rusiya imperializmi çökmək üzrədir. Bu isə yeni siyasi reallıqlar yaratmaqdadır”.

 

Siyasi şərhçi bildirib ki, bu gün Qərb Qafqazın vahidliyi və demokratikləşməsində maraqlı görünür. Onun sözlərinə görə, Qərb hər üç Qafqaz dövlətləri üçün Rusiyanın yaratdığı problemlərin ədalətli həllinin tərəfdarı kimi çxış edir. Çökən Rusiya fonunda Avropa İttifaqı yaranmış tarixi şəraiti doğru dəyərləndirərək Rusiyanın etnik zəmində yaratdığı münaqişə ocaqlarının söndürülməsi istiqamətdə israrlı təşəbbüslər etməkdədir.

“Ardıcıl keçirilən Brüssel görüşləri öz nəticəsini vermək üzrədir. Bir sıra pozitiv anlaşmalara nail olunub. Rusiyanın yaratdığı konflikt mühitinin aradan qaldırılması istiqamətdə tarixi razılaşmalar Ermənistan və Azərbaycan strateji olaraq yaxınlaşdırsa da Rusiyanı məyus edir”.

 

Z.Məmmədli hesab edir ki, Ermənistanda baş verən etiraz aksiyaları birmənalı Rusiyanın layihəsi ola bilər.

“Çünki Ermənistanda rus hegemonluğu ilə “bütöv ermənistan” xəstəliyinə tutulmuş xəstə çoxluq mövcuddur.  Rusiya artıq bir sıra diplomatik həmlələr etməkdədir. Paşinyanın Moskvaya dəvət olunması və qulaqburması verilməsinə cəhd ola bilər. Brüsseldə verilmiş bəyanatlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, bu dəfə Paşinyan da iradəli davranmaq zorundadır”.

 

Z.Məmmədli bildirib ki, Avropa İttifaqı rəhbərinin və hər iki dövlət başçısının verdiyi açıqlamalar Rusiyaya siyasi, diplomatik dirənişin güclü olacağına işarədir.

“Rusiya isə təxribatlar ölkəsidir. Siyasi sistem aqressivdir. Ukraynadakı çöküşün əvəzini Qafqazı qarışdırmağa cəhd etməklə kompensasiya etməyə çalışa bilər. Azərbaycanda da müəyyən təxribatlar ehtimalı yox deyildir. Odur ki, daha diqqətli və hazırlıqlı olmaq milli görəvimizə çevrilməlidir”.(hafta.az)

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əsgərimizin gücü, ordumuzun döyüş ruhu öz yerində..."

104 yaşın mübarək, Şanlı Ordu!

"Ordu dövlətimizin onurğa sütunudur"

Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılacaq

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ümummili liderin arzusu, ali baş komandanın qüruru, xalqımızın inamı

"Bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi"

“Mənin atam qəhrəmandır” - KONSERT

Ağrıkəsici təsirli çay RESEPTİ

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana təbrik mesajı

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

Azərbaycan Silahlı Qüvvələri - 104

Damarları təmizləyən möcüzə qarışım

Meymunçiçəyi cinsi yolla keçir?

Şüşə oğlanın NADİR XƏSTƏLİYİ