Siyasi Hüquqların Müdafiə Mərkəzi qeydiyyatdan keçdi
14:51 03-06-2022
|
294 |
Cəmiyyət


Xəzər Xəzər: "Dövlətçilik, ictimai siyasi və vətəndaş maraqlarını rəhbər tutacağıq"
Klassik Xalq Cəbhəsi Partiyasının keçmiş funksioneri Xəzər Xəzərin rəhbərlik etdiyi Siyasi Hüquqların Müdafiə Mərkəzi İctimai Birliyi dövlət qeydiyyatına alındı.
Versus.Az xəbər verir ki, bu barədə Xəzər Xəzərin özü məlumat verib.
Xəzər bəy bildirib ki, Avropa İnsan haqları Məhkəməsinin qərarı ilə Ədliyyə Nazirliyinin qeydiyyatı ilə şəhadətnamə bu gün, yəni iyunun 3-də Nazirlik tətəfindən təqdim edilib.
"Huquq mudafiə təşkilatı kimi dövlətçilik, ictimai siyasi və vətəndaş maraqlarını rəhbər tutmaq əzmi ilə irəli"- deyə X.Xəzər vurğulayıb.


SEVDA
Versus.Az
Versus.Az

Xəbər lenti

Ermənilər yenidən Kəlbəcəri atəşə TUTDULAR
Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır