"Şəhid ömrü" filmi təqdim edildi

21:27 03-06-2022 | icon 429 | Şəhidlər və şahidlər
"Şəhid ömrü" filmi təqdim edildi

Bu gün, yəni iyunun 3-də Tərtər rayonunun Mədəniyyət Mərkəzində Vətən müharibəsinin şəhidi Ruslan Şahbazovun xatirəsini əbədiləşdirmək məqsədi ilə "Şəhid ömrü" filminin təqdimatı kecirilib.

 

Versus.Az xəbər verir ki, təqdimat mərasimində əvvəlcə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Sonra dövlət himni səsləndirilib.

 

Şəhidin atası Mahir Şahbazov filmin ərsəyə gəlməsində zəhməti keçən heyətə ailəsi adından minnətdarlıgını bildirib.

 

Filmin rejissoru Yavər Ağayev çıxışında bundan sonra da şəhidlərin xatirəsinə bu cür filmlərin cəkiləcəyini vurğulayıb.

 

Şəhid Nicat İsgəndərov, Səid Ədilov, Elməddin Hüseynzadə, Devran Naibov, Asif Abışovun valideynləri dövlətin onlara qayğısından söz acaraq DƏMİR YUMRUQ ətrafında olduqlarını bir daha bəyan ediblər. Çıxışçılar filmin yaradıcılarına uğurlar diləyiblər.

 

Qeyd edək ki, filmin lahiyyə rəhbəri Günel Əliqızıdır. Günel Əliqızı bundan sonrada bu cür lahiyyələrin davamlı olacağını deyib.

 

Məktəblilər şəhidlərə həsr olunmuş kompaziyanı səsləndiriblər.

 

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

İmişlinin ən böyük məktəbinin əsaslı təmirə ehtiyacı var

“Silahın mistik gözəlliyi” - SƏRGİ

Prezident bu medalın əsasnaməsini TƏSDİQLƏDİ

Qurban bayramında ətin QİYMƏTİ

Zəvvarlarımızın ilk qrupu Həcc ziyarətinə yola düşüb

Azərbaycanda yeni doğulan uşaqlara 300 AZN veriləcək

Ermənilərin ABŞ-dan "907-ci narazılığı"na önəm verilmədi

Sumqayıtda DƏHŞƏT

“Çelsi” yeni oyunçu almağa hazırlaşır

ÜST-ün yeni AÇIQLAMASI

XİN başçıları Tehranda üçtərəfli görüş keçirəcək

"İqtidar-müxalifət dialoqu olmasaydı, bu partiyaların adını, mövcudluğunu bilməyəcəkdim"

Kəlbəcər istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULUB