50-75 yeni deputat yeri əlavə olunacaq?

11:08 06-06-2022 | icon 364 | Siyasət
50-75 yeni deputat yeri əlavə olunacaq?

Nizami Verdiyev: "Referendum müzakirəsində Milli Məclisin tərkibi genişlənəcək"

 

Xəbər verildiyi kimi, 77 deputatın tələbi ilə iyunun 1-dən Milli Məclisinin növbədənkənar sessiyası keçiriləcək.

 

Versus.Az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, növbədənkənar sessiyanın gündəliyinə daxil edilmiş məsələlər bitdikdən sonra Milli Məclisin növbədənkənar sessiyası işini bitirmiş hesab edilir.

 

Maraqlıdır, görəsən hansı vacib məsələlərə görə 77 deputatın tələbi ilə növbədənkənar sessiya təyin olunub?

 

 

Bununla bağlı Versus.Az-a açıqlama verən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyevin fikrincə, bu növbədənkənar sessiyada referendumun keçirilməsi məsələsi təklif olunacaq.

 

Partiya funksioneri hesab edir ki, böyük ehtimalla referendumun keçirilməsi məsələsi müzakirə olunacaq:

 

"Artıq bir ildən çoxdur ki, referendumun keçirilməsi məsələsi cəmiyyətdə müzakirə olunur. Vətən müharibəsindən sonra yeni siyasi-iqtisadi situasiyanın yaranması, o cümlədən, yerli icra hakimiyyətlərinin ləğv olunması, onların Prezidentin sərəncamı əsasında yaradılmış 14 iqtisadi zona ilə əvəzlənməsi də mümkündür. Referendumda böyük şəhərlərdə Mer seçkilərin keçirilməsi, bələdiyyələrin yerli idarəçilikdə rolunun artırılması və inzibati qurumların səlahiyyətlərinin bir hissəsinin seçkili qurumlara qaytarılması variantı da xalqın müzakirəsinə çıxarıla bilər”.

 

Nizami Verdiyevin sözlərinə görə, referendum müzakirəsində Milli Məclisin tərkibi genişlənəcək:

 

“Yaqin ki, deputatların sayına baxılacaq. 50-75 yeni deputat yeri əlavə olunacaq. Həmçinin deputat seçkilərinin proporsional və majoritar qayda üzrə keçirilməsi, Nazirlər Kabinetinin ləğv edilməsi və onun bütün səlahiyyətlərinin vitse-prezident institutuna həvalə edilməsi məsələləri də müzakirəyə çıxa bilər”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Gülnarə Xəlilovanın "Xarıbülbül" və "Qarabağ" kolleksiyaları Rusiyada

Ermənistan bu fürsəti QAÇIRMAMALIDIR

Riyaz Sarıkahya Dövlət Bağçalı ilə görüşüb

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib

"Ordumuza və Prezidentə dəstək olaq"

Bu gün "Qarabağ" "Ferentsvaroş" matçı keçiriləcək

Meyitləri yandırmaq çətinləşəcək

Üç məhkumun gözləri ÇIXARILACAQ

Park Cinemadan uşaqlar üçün xüsusi NÜMAYİŞ

Bu gün daha 5 oyun keçiriləcək

Bakıda MER SEÇKİLƏRİ GÖZLƏNİLƏNDİR?

III təsnifat mərhələsinin ilk oyunları keçirilib

VAR müzakirələrini azarkeşlər də dinləyə biləcək

Günəşə yaxın yaşayış üçün uyğun planet

Erməni təxribatına qarşı tutarlı cavab...