"CinemaPlus"-un FƏXRİ QONAQLARI

13:44 06-06-2022 | icon 226 | Film
"CinemaPlus"-un FƏXRİ QONAQLARI

Qonaqlarla birgə "Top Qan 2" filminin tədbiri keçirilib

 

"Gənclik Mall" TM-də yerləşən "CinemaPlus" premium kinoteatrında çoxdan gözlənilən "Top Qan 2" filminin tədbiri keçirilib.

 

Versus.Az xəbər verir ki, 1986-cı ildə çəkilmiş "Top Qan" filminin davamı olan Tom Kruzun baş rolda oynadığı Cozef Kosinskinin Amerika döyüş filmidir.

 

Tədbirin ən fəxri qonaqlarını, 44 günlük Vətən müharibəsində Azərbaycanımızın hava məkanını qoruyan, eləcə də Qarabağ səmasında düşmənin texnikalarını və şəxsi heyətini məhv edən, müxtəlif orden və medallarla təltif olunan, çətin lakin şərəfli peşə sahibləri olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin pilot heyətinin yanımızda görməkdən qürur duyuruq.

 

Tədbirdə iştirak edəcək pilotların adları: mayor Oruczadə Faiq Niyaz oğlu, kapitan Əşrəfov Rəvan Rasim oğlu, kapitan Orucov Soltan Yaqub oğlu, kapitan Qurbanzadə Nihat Elçin oğlu və kapitan Səfərov Fikrət Cəfər oğlu.

 

Bu axşam kinoteatrın qonaqları Azərbaycan Respublikasının Xalq Artisti Faiq Ağayev, şou-biznes ulduzları, tanınmış jurnalistlər, bloqqerlər, iri təşkilatların sahibkarları və olmuşdurlar.

 

Tematik dekorasiya kinoteatrda filmin ab-havasını çatdırdı. Dekor bir neçə hissələrdən ibarət idi. Kinoteatrın foyesi uçuş zolağına çevrildi, buludlar qonaqların başlarının üzərində keçirdi, qəhrəmanını gözləyən motosiklet də var idi.

 

Bütün qonaqlar özlərini pilot kimi hiss etmək üçün unikal fürsət əldə etdilər. Bunun üçün sadəcə Virtual Zona-ya getmək və virtual reallıq eynəklərini taxmaq kifayət idi.

 

Baş rollarda Tom Kruz, Cennifer Konelli və Ed Harris.

 

Maverick ləqəbli Pit Mitçel 30 ildən artıqdır ki, Hərbi Dəniz Qüvvələrinin ən yaxşı pilotlarından biridir: sərhədləri aşan qorxmaz sınaq pilotu vonu əbədi yerə endirəcək yüksəlişdən ehtiyatla qaçır. Top Gun məzunlarından ibarət dəstəni əvvəllər görünməmiş xüsusi bir missiyaya hazırlayarkən, Maverick mərhum dostu, leytenant Nik Bradşonun oğlu leytenant Bredli Bredşou ilə tanış olur. Qabaqda - qeyri-müəyyənlik, arxada - keçmişin xəyalları. Maverick, uçuşa təyin olunanlardan müstəsna fədakarlıq tələb edən bir missiyanın bir hissəsi kimi həyata keçmək təhlükəsi ilə üzləşən dərin qorxuları ilə üzləşməyə məcbur olur.

 

Tədbirin təşkilində Brand Media Groups, "Bolşoy Prazdnik" event şirkəti, "FRYDAY Burgers & Fries" restoranı, foto və video "Light in Black" kreativ şirkəti, "Savalan Winery" şirkəti, "Virtual Zone" əyləncə mərkəzi, qəhvə "Tupinamba" və Red Bull dəstək göstəriblər.

 

Qeyd etmək istərdik ki, "Top Qan 2" filmini "Dəniz Mall" Ticarət mərkəzində yerləşən "CinemaPlus" kinoteatrda Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.

 

"CinemaPlus" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Gülnarə Xəlilovanın "Xarıbülbül" və "Qarabağ" kolleksiyaları Rusiyada

Ermənistan bu fürsəti QAÇIRMAMALIDIR

Riyaz Sarıkahya Dövlət Bağçalı ilə görüşüb

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib

"Ordumuza və Prezidentə dəstək olaq"

Bu gün "Qarabağ" "Ferentsvaroş" matçı keçiriləcək

Meyitləri yandırmaq çətinləşəcək

Üç məhkumun gözləri ÇIXARILACAQ

Park Cinemadan uşaqlar üçün xüsusi NÜMAYİŞ

Bu gün daha 5 oyun keçiriləcək

Bakıda MER SEÇKİLƏRİ GÖZLƏNİLƏNDİR?

III təsnifat mərhələsinin ilk oyunları keçirilib

VAR müzakirələrini azarkeşlər də dinləyə biləcək

Günəşə yaxın yaşayış üçün uyğun planet

Erməni təxribatına qarşı tutarlı cavab...