"Aksiyaçıları Azərbaycan silahlı qüvvələri ilə qorxudurlar" 

11:09 07-06-2022 | icon 347 | Qarabağ
"Aksiyaçıları Azərbaycan silahlı qüvvələri ilə qorxudurlar" 

 Emin Həsənli: “Ermənistan nə etmək istədiyini bilmir”

 

 Xəbər verildiyi kimi Ermənistan hərbi qüvvələri Kəlbəcər istiqamətindən atəşkəsi pozur, təxribatlar törətməkdə davam edir. Ermənistan niyə məhz Kəlbəcər istiqamətində təxribatlar törədir. Kəlbəcərin hansı strateji üstünlüyünü “atəşə tutub” nəyə nail olmağa çalışır?

 

Versus.az xəbər verir ki, hərbi ekspert Emin Həsənli şərhində bildirib ki, Kəlbəcər Ermənistanla sərhəddə yerləşən Azərbaycanın çox əhəmiyyətli bir ərazisidir.

 

O, xatırladıb ki, Ermənistan məhz Kəlbəcəri işğal edəndən sonra Qarabağa ikinci yol açıldı:

 

“Birinci yol Laçın karidoru idi. İndi bu yolların hər biri  Azərbaycan silahlı qüvvələrinin nəzarətindədir.  Ermənistan dünənə qədər bəhanə edirdi ki, atəşkəsi Qarabağdakı qalan separatçılar pozur, onları "Arsax"ın qüvvələri adlandırırdılar.  Amma indi birbaşa özü pozur. Bu, Ermənistan, Azərbaycan, Rusiya arasında bağlanmış 9 noyabr 2020-ci il və 2021-ci il yanvar sazişinə, Avropada  aparılan danışıqların ruhuna ziddir”.

 

E.Həsənli hesab edir ki, Ermənistan nə etmək istədiyini bilmir. Gah daxildə iğtişaş törədib sonra da “hər an müharibə ola bilər” hədəsi  ilə əhalinin fikrini yayındırmaq, gah da aksiyaçıları Azərbaycan silahlı qüvvələri ilə qorxudurlar:

 

““Dəmir yumruq” onların başına elə dəyib ki,  Ermənistanda gərginlik olan kimi atəşkəsi pozub diqqəti o istiqamətə yönəltməyə çalışırlar.  Belə mesaj verirlər ki, hər an müharibə başlaya bilər və  Azərbaycan ordusunun qarşısında dayana biləcək heç bir gücləri yoxdur”.

 

E.Həsənli hesab edir ki, belə bir şəraitdə Ermənistanın bir çıxış yolu var:

 

“Ermənistan  üzərinə götürdükləri öhtəlikləri yerinə yetirib, Azərbaycanla sülh müqaviləsi bağlayıb, ərazi bütövlüyümüzü tanıyıb normal münasibətlər qurmalıdır. Əks halda  Ermənistanın mövcudluğu sual altında olacaq”.

 

Onun fikrincə, hazırda xaricdə yaşayan ermənilər və daxildəki bəzi qüvvələr bu prosesə mane olurlar:

 

“Bu mənada Paşinyan ortaya konkret mövqe qoya bilmir. Tez-tez bir-birinə zidd fikirlərlə çıxış edir. Ona görə də Ermənistanın başqa bir alternativi yoxdur.  Əks halda “Dəmir yumruq” başlarına elə dəyəcək ki, bir daha özlərinə gələ bilməyəcəklər.  2020-ci ilin nəticələrini aradan qaldırmaq üçün Ermənistana 20-30 il vaxt lazımdır. Ermənistan bölgədə mövcudluğunu qorumaq istəyirsə ağlını başına yığıb torpaq iddialarından əl çəkməlidir”. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əsgərimizin gücü, ordumuzun döyüş ruhu öz yerində..."

104 yaşın mübarək, Şanlı Ordu!

"Ordu dövlətimizin onurğa sütunudur"

Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılacaq

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ümummili liderin arzusu, ali baş komandanın qüruru, xalqımızın inamı

"Bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi"

“Mənin atam qəhrəmandır” - KONSERT

Ağrıkəsici təsirli çay RESEPTİ

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana təbrik mesajı

Azərbaycan Silahlı Qüvvələri - 104

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

Damarları təmizləyən möcüzə qarışım

Meymunçiçəyi cinsi yolla keçir?

Şüşə oğlanın NADİR XƏSTƏLİYİ