"Bu qəbilədən olan çılız insanlar gəncəlilərin iradəsini qıra bilmədilər"

11:45 07-06-2022 | icon 453 | Tarix
"Bu qəbilədən olan çılız insanlar gəncəlilərin iradəsini qıra bilmədilər"

Rauf Qurbanov: “Bu, Heydər Əliyev siyasətinin uzaq görənliyinin bariz nümunəsidir”

 

Azərbaycan dövlətinin yaxın tarixində baş verən hadisələr müsbətləri, mənfiləri ilə yenidən gündəmə gətirilməklə yanaşı təhlil olunur, araşdırılır, öyrənilir.  Bu mənada daxili siyasi həyatımızda 1993-cü il 4 iyun-Gəncə hadisələri birmənalı qarşılanmır.  Bu tarixi faktlar AXC-Müsavat hakimiyyəti dövründə baş verdiyi üçün həmin dövrdə bir-birinin ardınca baş vermiş uğursuzluq AXC-Müsavat iqtidarına qarşı ümumxalq inamının məntiqi nəticəsi kimi qeyd olunur. 

 

İyun hadisələri niyə baş verdi, yaxud onun qarşısını almaq olardımı və həmin dövrü necə dəyərləndirmək olar?

 

Versus.az xəbər verir ki, Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov məlum hadisələrə bağlı həmin illərdə Gəncədə yaşamış sıravı bir gəncəli kimi danışıb.

 

O, faktlara söykənərək, Gəncəni Azərbaycan dövlətinin milli dəyərlərini özündə əks etdirən qeyrət qalası, Azərbaycan xalqının namus toxunmazlığının simvolu kimi tərənnüm edib. Onun szölərinə görə, 1993-cü ildə AXC-Musavat hakimiyyətinin səriştəsizliyi nəticəsində respublikanın müxtəlif regionlarında, o cümlədən Gəncədə hakimiyyət əlehinə ciddi narazılıqlar yaranmışdı:

 

“Şəhərdə xaos, özbaşınalıq, icra orqanlarına tabesizlik mühütü höküm sürürdü. Azərbaycan, vətəndaş qarşıdurması, daha doğrusu vətəndaş müharibəsi  ərəfəsində idi. Mövcud şəraiti Leninin təbrincə qiymətləndirsək, aşağılar tabe olmurdular,  yuxarılar isə idarə edə bilmirdilər. Son dərəcədə  böhranlı bir  vəziyyət yaranmışdı. Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində olan, hərbi hissə AR prezidentinin əmrinə tabe olmayaraq üsyan etmişdi. O vaxtkı hakimiyyət məsələnin həlli yolunu dinc əhalini şəhərdən çıxararaq -heç özləri də bilmirdilər ki, 350 min dinc əhalini hara köçürmək olar? Gəncəni bombalamaqla, üsyançıları  susdurmaq və bununlada Azərbaycan ictimaiyyətinin gözünü qıraraq öz diktaturalarını qurmaq  istəyirdilər. Sovet, proletar “dikatura”sına qarşı “mübarizə” aparmış bu qəbilədən olan çılız insanlar gəncəlilərin iradəsini qıra bilmədilər. Bütün şəhər əhli bir nəfər kimi movcud hakimiyyətə qarşə öz kəskin münasibətlərini  bildirdi. Hətta, AXC-Musavat cütlüyünün təyin etmiş olduğu icra, hüquq –mühafizə orqanlarının rəhbər işçiləri də  öz kollektivləri ilə birlikdə xalqı tərəfinə keçdilər”.

 

R.Qurbanov bildirib ki, həmin vaxt ölkədə bir vakum şəraiti yaranmışdı. Gəncə ilə yanaşı Respublikanın digər bölgələrində də hakimiyyətə tabesizlik mühütü var idi. Respublikanı bu çətin vəziyyətdən çıxaracaq yeganə bir şəxs Heydər Əliyev idi:

 

“Mövcud hakimiyyət yaranmış şəraitin çıxılmaz olduğunu anlayaraq, xalqın qəzəbindən qorxub, məcburiyyət qarşısında qalaraq Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Hansı ki, Heydər Əliyevi vaxtı ilə  fiziki cəhətdən məhv etməyə çalışan qüvvələr, nəhayət analdılar ki, Respublikanı düşmüş olduğu bataqlıqdan yalnız H. Əliyev çıxara bilər”.

 

R.Qurbanov hesab edir ki, istənilən dövlətin rəhbəri olmaq mümkündür. Lakin xalqın, millətin lideri olmaq isə hər kəsə şamil deyil. O, bu mənada mübağiləsiz qeyd edib:

 

“Azərbaycan xalqının bəxti onda gətirdi ki, həmin, cətin bir dövrdə  onun Heydər Əliyev kimi lideri vardı. Zaman keçəcək H.Əliyevin Azərbaycan xalqı üçün nələr ediyini gələcək nəsillər qiymətləndirəcəklər”.

 

R.Qurbanov qeyd edib ki, Azərbaycanda marağı olan dövlətlər ölkədə onlara  loyal olan siyasi bir hakimiyyətin qalmasında maraqlı idilər:

 

“Ümumimilli liderin yenidən hakimiyyətə qayıdışı, həmin maraqlı dövlətlərin planlarını alt-üst etdi. İlk öncə Azərbaycan-Ermənistan arasında yaranmış münaqişədə inamlı addım atıldı. Qarşıdurmaya müvəqqəti son qoyularaq, hər iki dövlət arasında atəşkəs müqaviləsi imzalandı. Bu sabitlikdən məharətlə istifadə edən Heydər Əliyev, xarici investorları Respblikaya cəlb etdi və əsrin müqaviləsi imzalandı. Bununlada Azərbaycan Respublikası müstəqil bir dövlət olaraq, özünün  tərəqq yoluna qədəm qoydu. Vaxtı ilə düzgün  təməli qoyulmuş və götürülmüş iqtisadi kurs 2020 ci ildə 44 günlük zəfər savaşında Azərbaycan dövlətinin 30 ilə yaxın  düşmən tapdağı altında qalmış torpaqlarının işğaldan azad olunması ilə nəticələndi. Bu, Heydər Əliyev siyasətinin uzaq görənliyinin bariz nümunəsidir”. /hafta.az/

 

TAHİRƏ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

İmişlinin ən böyük məktəbinin əsaslı təmirə ehtiyacı var

“Silahın mistik gözəlliyi” - SƏRGİ

Prezident bu medalın əsasnaməsini TƏSDİQLƏDİ

Qurban bayramında ətin QİYMƏTİ

Zəvvarlarımızın ilk qrupu Həcc ziyarətinə yola düşüb

Azərbaycanda yeni doğulan uşaqlara 300 AZN veriləcək

Sumqayıtda DƏHŞƏT

Ermənilərin ABŞ-dan "907-ci narazılığı"na önəm verilmədi

“Çelsi” yeni oyunçu almağa hazırlaşır

ÜST-ün yeni AÇIQLAMASI

XİN başçıları Tehranda üçtərəfli görüş keçirəcək

"İqtidar-müxalifət dialoqu olmasaydı, bu partiyaların adını, mövcudluğunu bilməyəcəkdim"

Kəlbəcər istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULUB