"Ermənistanla Azərbaycanı, müqayisə etmək üçün fürsət"

11:58 07-06-2022 | icon 160 | Geopolitika
"Ermənistanla Azərbaycanı, müqayisə etmək üçün fürsət"

“Ermənistan dövləti və xalqı haqqında dünyada sülh istəməyən ölkə və toplum imici möhkəmlənir”

 

Ermənistanda toqquşmalar pik həddə çatıb. Baş nazir Paşinyanın rezidensiyası qarşısında baş verən iğtişaşlarda xeyli adam xəsarət alıb, həbs edilənlər var. Bu proses Azərbaycanla danışıqlarda ölkəmizin mövqeyini gücləndirir. Birincisi, dünya görür ki, Qarabağda sülhün əldə edilməsinə Ermənistan cəmiyyəti mane olur. Azərbaycanda isə bir nəfər belə danışıqlarla bağlı Əliyev hökumətini ittiham etmir, aksiya keçirilmir. Həmçinin iki ölkə arasında sülh sazişinin bağlanması üçün Qərbin daha çevik, daha təsirli addımlar atmasına rəvac verə bilər. Çünki Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, danışıqların sıfır nöqtəsinə qayıtması təhlükəsi yarana bilər. Bəs Azərbaycan tərəfi Ermənistandakı gərginlikdən narahatdırmı?

 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib ki, Ermənistanda baş verən hadisələr, xüsusilə son günlər həyata keçirilən mitinqlər, küçə iğtişaşları, hakimiyyət orqanlarının işinin iflic olmasına yönəlik aksiyaların keçirilməsi və digər bu kimi hərəkətlər Ermənistan cəmiyyətinin müəyyən hissəsinin hələ də başqa dövlətlərin ərazilərinə iddialı olduğunu, sülhə hazır olmadıqlarını, öz ölkələrinin belə maraqlarını düşünmədiklərini göstərir.

 

Bu hadisələr, onların hərəkətləri dünya ictimaiyyətinin gözündə Ermənistan cəmiyyətinin ən azı müəyyən hissəsi haqqında dəqiq təsəvvür yaradır:

 

“Sülhə qarşı olan o kütlə Ermənistan dövlətini zəiflətməklə, Ermənistan dövləti və xalqı haqqında dünyada sülh istəməyən dövlət, sülhə qarşı olan toplum imicini möhkəmlədir. Bundan isə daha çox Ermənistan dövlətinin başında dayananlar, küçə və meydanlara çıxmayan erməni əhali narahat olmalıdır. Bir tərəfdən yanaşdıqda erməni cəmiyyətinin sülhə qarşı olması regionda sülhün bərqərar olmasına əngəl yaratdığı üçün bizdə də narahatlıq yaradır. Lakin məsələyə başqa rakursdan yanaşdıqda erməni cəmiyyətinin sülhə qarşı çıxması, Ermənistan cəmiyyətinin müəyyən hissəsinin faktiki olaraq faşist, işğalçı şüarlarla meydanlara çıxması Ermənistan dövlətini dünyada rüsvay edir və bizə düşmən kəsilən bir dövlətin, toplumun dünyada imicinin rüsvayçı həddə olması bizə sərf edir. Ermənistandakı anti-sülh mitinqləri, baş verən proseslər beynəlxalq təşkilatlar və dünya ölkələri üçün Ermənistanla Azərbaycanı, ermənilərlə azərbaycanlıları müqayisə etmək üçün yeni fürsət açır. Dünya görür ki, Azərbaycan bir tərəfdə bəşəriyyət və regiona üçün çox vacib olan sülhə qarşı bir cəmiyyət, o biri tərəfdə sülh tərəfdarı olan, qonşularla sülh şəraitində yaşamağa can atan cəmiyyət-Azərbaycan cəmiyyəti dayanıb. 30 ilə yaxın işğalçılıqla, terrorla məşğul olan Ermənistan cəmiyyəti, xalqı 2020-ci ildə müharibədə aldığı ağır cəzadan da ağıllanmadığını nümayiş etdirir. Küçələrə çıxıb keçirdikləri aksiyalar bir daha bunu sübut edir".

 

Ç.Qənizadənin sözlərinə görə, bizi düşündürən başqa bir nüans var ki, Paşinyan hakimiyyətinin sülhə getməyə meylli olduğu müşahidə edilir. Könüllü olmasa da reallıqla məcburən barışıb sülhə getmək istəyir:

 

“Ən azı üzdə görünən budur, eyni zamanda Rusiyanın da, Avropa İttifaqının da bunu istədiyi üzdə belə görünür. Alt qatda Ermənistana hansı təsir etdikləri barədə isə tam dəqiq fikir söyləmək olmur. Paşinyan dərk edir və etməlidir ki, ölkəsini xilas etməyin yeganə yolu Azərbaycanla sülh müqaviləsi imzalamaq, Azərbaycanla, Türkiyə ilə əlaqələri bərpa etməkdən keçir. Amma terrorçu, cinayətkar revanşist qüvvələrin əlində oyuncağa çevrilmiş müəyyən bir kütlə Paşinyana konkret real addım atmağa imkan vermir. Bu qüvvələr yenə də Azərbaycana və Türkiyəyə ərazi iddiaları sürməklə yanaşı Paşinyanı devirməyə çalışırlar. Paşinyanın hakimiyyətdən getməsi isə hələlik Azərbaycana sərf etmir. Çünki o, hələ ki yeganə dövlət rəhbəridir ki, reallıqları müəyyən qədər də olsa dərk edir və çıxış yolunun yalnız sülh sazişindən keçdiyini etiraf edir. Ermənistanda revanşistlər hakimiyyətə gəlsə, ilk növbədə Ermənistan dövləti çıxılmaz fəlakətlə, faciə ilə üz-üzə qalacaq, ikincisi, indiyə qədər sülh istiqamətində aparılan bütün proseslər sual altına düşə və sıfıra enə bilər. Ona görə də, məncə, Paşinyan hakimiyyətdə nə qədər çox qalacaqsa və Ermənistanda daxildə iğtişaşlar, mitinqlər nə qədər tez aradan qalxacaqsa, Ermənistan dövləti və xalqı, həmçinin sülh üçün bir o qədər yaxşı olacaq. Bir məqamı unutmayaq ki, Ermənistan cəmiyyətinin yarıdan çoxu Paşinyanı müdafiə edir. Paşinyanın hakimiyyətdə qalması ümumən götürdükdə vacibdir. Hansı kənar dövlətlər və ya siyasətçilər Ermənistanda Paşinyanın devrilib yerinə terrorçu revanşistlərin gəlməsini dəstəkləyirsə və ya dəstəkləyərsə, bu, o deməkdir ki, həmin dövlətlər regionda, dünyada sülhün yox, müharibənin tərəfdarıdırlar, həmçinin Ermənistan dövlətinə əslində düşməndirlər”. /Yeni Müsavat/

 
 
TAHİRƏ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əsgərimizin gücü, ordumuzun döyüş ruhu öz yerində..."

104 yaşın mübarək, Şanlı Ordu!

"Ordu dövlətimizin onurğa sütunudur"

Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılacaq

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ümummili liderin arzusu, ali baş komandanın qüruru, xalqımızın inamı

"Bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi"

“Mənin atam qəhrəmandır” - KONSERT

Ağrıkəsici təsirli çay RESEPTİ

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana təbrik mesajı

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

Azərbaycan Silahlı Qüvvələri - 104

Damarları təmizləyən möcüzə qarışım

Meymunçiçəyi cinsi yolla keçir?

Şüşə oğlanın NADİR XƏSTƏLİYİ