Müasir Müsavat Partiyası PARÇALANIR?

13:00 07-06-2022 | icon 457 | Siyasət
Müasir Müsavat Partiyası PARÇALANIR?

Hafiz Hacıyevin müavininin istefasında MÜƏMMA AXTARIŞI

 

Xəbər verdiyimiz kimi, Müasir Müsavat Partiyasının ideoloji məsələlər üzrə sədr müavini Könül İsmayılova tutduğu vəzifədən istefa verib.

 
 
Versus.Az xəbər verir ki, bu xəbər siyasi arenada maraqla qarşılanıb. Buna səbəb kimi müəyyən proqnozlar da verildi, sosial şəbəkələrdə geniş müzakirə də aparıldı. Bu da təsadüfi deyildi...
 
 
Siyasi arenada çılğınlığı, istər məmurlar, istərsə də siyasilər haqqında demək olar ki, çox məlumatlı olması, iradlarını birbaşa, ütüləmədən deməsi ilə seçilən Hafiz Hacıyevin sədri olduğu partiya ilə ən xırda informasiya belə maraqla izlənilir. Elə onun müavinin istefa məsələsi də bu baxımdan ictimaiyyətdə maraq doğurdu və bir çoxları müəmmalar axtarışına çıxdı. Hətta Müasir Müsavat Partiyasında parçalanmalara start verildiyini deyənlər də oldu. 
 
 
Qeyd edək ki, Hafiz Hacıyevin özü də, müavini Könül İsmayılova da mətbuata açıqlamalarında məlum istefaya partiyadaxili hər hansı münaqişənin səbəb olmamasını bildiriblər. H.Hacıyev açıqlamasında deyib ki, K.İsmayılova dövlət qulluğuna keçdiyinə görə partiyanın sədr müavini vəzifəsindən istefa verib:
 
 
“Könül xanım partiyada Siyasi Şuranın və İdarə Heyətinin üzvü olaraq qalır. O, dövlət qulluğuna keçdiyinə görə partiyanın sədr müavini vəzifəsindən istefa verib, müavinlikdən istefa verməsinin başqa səbəbi yoxdur. Partiyamız üçün də böyük uğurdur ki, bir üzvümüz dövlət ulluğuna dəvət edilib. Bizim partiyada dövlət qulluğunda çalışmaq potensialı olan kadrlar çoxdur, yəqin ki, zamanla onlara da sıra çatsa, bu fürsətdən yararlanacağıq".
 
 
Aldığımız son məlumata görə, K.İsmayılova hal-hazırda Nizami rayonu İcra Hakimiyyətində işə başlayıb. Məlumat üçün deyək ki, K.İsmayılova 2015-ci ildən Müasir Müsavat Partiyasında sədr müavini vəzifəsində çalışırdı.
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

İmişlinin ən böyük məktəbinin əsaslı təmirə ehtiyacı var

“Silahın mistik gözəlliyi” - SƏRGİ

Prezident bu medalın əsasnaməsini TƏSDİQLƏDİ

Qurban bayramında ətin QİYMƏTİ

Zəvvarlarımızın ilk qrupu Həcc ziyarətinə yola düşüb

Azərbaycanda yeni doğulan uşaqlara 300 AZN veriləcək

Sumqayıtda DƏHŞƏT

Ermənilərin ABŞ-dan "907-ci narazılığı"na önəm verilmədi

“Çelsi” yeni oyunçu almağa hazırlaşır

ÜST-ün yeni AÇIQLAMASI

XİN başçıları Tehranda üçtərəfli görüş keçirəcək

"İqtidar-müxalifət dialoqu olmasaydı, bu partiyaların adını, mövcudluğunu bilməyəcəkdim"

Kəlbəcər istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULUB

Körpə alveri ilə məşğul olan SAYT