"Bu yol isə Qazaxıstan, Azərbaycan və Türkiyə üzərindən keçir"

15:45 08-06-2022 | icon 196 | Geopolitika
"Bu yol isə Qazaxıstan, Azərbaycan və Türkiyə üzərindən keçir"

 

“Azərbaycan prezidenti İlham Əliyev Kasım Jomart Tokayevi Azərbaycana səfərə dəvət edib.  Qazaxıstan prezidentinin bu ilin sonuna qədər Azərbaycana səfər edəcəyi planlaşdırılır. Bu səfər və imzalanacaq yeni sazişlər iki ölkə arasındakı əməkdaşlığı daha da gücləndirəcək”.

 

 

Versus.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Qazaxıstanda keçirilən referendum və seçkilərin bu ölkənin inkişafında yeni əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində rolunu təhlil edərkən bildirib.

 

 

Politoloq bildirib ki, bu ilin yanvar hadisələrindən sonra Qazaxıstanın siyasi sistemdə dəyişikliklərə ehtiyacı yarandı. Prezident  Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Konstitusiya dəyişiklikləri məqsədilə iyun ayının 5-də referendum təyin olunduğunu qeyd edən politoloq, bunun müstəqillik əldə edildikdən sonra Qazaxıstanda üçüncü referendum olduğunu önə çəkib. 

 

 

“Konstitusiyanın 33 müxtəlif maddəsində 56 dəyişiklik səsverməyə çıxarıldı. Qazaxıstan vətəndaşları dəyişikliklərə paket şəklində səs verdilər. Yeni dəyişikliyə görə keçmiş prezident Nursultan Nazarbayev “elbaşı” titulundan və digər imtiyazlardan məhrum edildi. 30 ilə yaxın müddət ərzində hakimiyyətdə olan ölkənin birinci prezidenti keçən il Qazaxıstan Xalqları Assambleyasının sədrliyindən, bu ilin yanvarında isə baş verən etiraz aksiyaları zamanı Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən istefa verdi. Nursultan Nazarbayev referendumda Tokayevi dəstəklədiyini bildirib. O bundan sonra qlobal nüvə təhlükəsizliyi məsələləri ilə məşğul olacağını vurğulayıb. Göründüyü kimi, Nazarbayev reallığı qəbul edib, keçmiş prezident hətta korrupsiyaya bulaşmış qohumlarının məsuliyyətə cəlb olunması, mühüm vəzifələrdən uzaqlaşdırılması amili ilə barışdığını elan edib. 

Yeni Konstutisiya görə, məhkəmənin sədrini təyin etmək və hakim müavinlərini təsdiq etmək səlahiyyəti dövlət başçısında qalıb. Bundan başqa prezident parlamenti buraxmaq, hökumət üzvlərini təyin etmək, yüksək rütbəli hakimləri vəzifəyə təyin etmək və vəzifədən kənarlaşdırmaq hüququnu özündə saxlayıb. Bununla yanaşı dəyişikliklərdə demokratiyaya, o cümlədən qanunvericiliyin humanistləşdirilməsinə dair bəndlər də var. Qazaxıstan super prezident idarəetməsindən yarı prezident və yarı parlament üsul-idarəsinə keçib. Misal üçün parlament seçkilərində iştirak etmək istəyən partiyalar üçün qeydiyyat həddini 4 dəfə azaldıllb. İndi qeydiyyatdan keçmək üçün partiyalar 20 min yox, cəmi 5 min imza toplamalı olacaqlar. Qazaxıstanda yüksək qeydiyyat həddi müxalifət partiyalarının parlamentə yolunu əngəlləyən əsas problemlərdən biri hesab olunurdu”.

 

E.Şahinoğlu hesab edir ki, Konstutusiya dəyişiklikləri Qazaxıstan üçün vacibdir. Bu cəmiyyətin hakimiyyətin müxtəlif qollarına nəzarət imkanlarını artırmağa hesablanıb.

 

“Qazaxıstan Rusiya ilə birgə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya İqtisadi Birliyinin və Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür. Kasım Jomart Tokayev yanvar olaylarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından dəstək istəyəndə belə ehitmallar var idi ki, bundan sonra Qazaxıstanın Rusiyadan asılılığı artacaq. Ancaq belə olmadı. Misal üçün Qazaxıstan hakimiyyəti Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləmir, əksinə həm Ukraynanın ərazi bütövlüyünə hörmət etdiyini, həm də Qərbin Rusiyaya qarşı sanksiyaları nəzərə aldığını  vurğulayır.

Qazaxıstan Çinlə münasibətlərdə də diqqətli olmağa çalışır, bu ölkə ilə ticarət əlaqələrini qaydaya salmağa çalışır. Çünki Mərkəzi Asiya ölkələrinin, o cümlədən Qazaxıstanın Çindən istisadi zəmində asılılığı Pekinin bu ölkələrə qarşı təzyiqlərinin artmasına gətirib çıxarır. Bundan başqa Pekin Qazaxıstanın bir qrup uyğura sahibləndiyi üçün də Nursultana təzyiq etməyə çalışır”.

 

 

Politoloq hesab edir ki, Qazaxıstanın sabit inkişafı və müstəqil xarici siyasəti türk dövlətləri üçün  vacibdir. Onun fikrincə, Qazaxıstan türk dövlətləri, o cümlədən Türkiyə və Azərbaycanla əlaqələrin inkişafına və ortaq layihələrə əhəmiyyət verir.

 

“Kasım Jomart Tokayevin mayın 10-da Türkiyəyə ilk rəsmi rəsmi səfəri zamanı iki dövlət arasında 15 sənəd imzalandı. Qazaxıstanda Türkiyə ilə birgə pilotsuz uçuş aparatları istehsal ediləcək. Bu Türkiyənin Mərkəzi Asiyada hərbi texnika istehsal edəcək ilk mərkəzi olacaq. Birgə müəssisədə pilotsuz uçuş aparatlarının təmiri də həyata keçiriləcək.  İki ölkə arasında ticarət həcminin 10 milyard dollara çatdıralacaq. Digər tərəfdən imzalanan sənədlərdə Bakı-Tbilisi Qars dəmir yolu ilə daşımaların həcminin 4 dəfə artacağa qedy edildi. Aktau limanının ticarət imkanları genişləndiriləcək. Bu Azərbaycan üçün də vacibdir. Rusiya Ukraynaya qarşı işğalçı müharibə apardığına görə Avropa dövlətləri Rusiya ilə dəmir yol əlaqəsində maraqlı deyillər. Buna görə də Çin öz məhsullarını Rusiyadan yan keçən dəmiryolu ilə Avropaya daşımağa başlayıb. Bu yol isə Qazaxıstan, Azərbaycan və Türkiyə üzərindən keçir. Bu yolun işlək olması üçün infrastukturun genişlənməsinə, vahid gömrük rusumunun tətbiqinə ehtiyac var”.(hafta.az)

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

İmişlinin ən böyük məktəbinin əsaslı təmirə ehtiyacı var

“Silahın mistik gözəlliyi” - SƏRGİ

Prezident bu medalın əsasnaməsini TƏSDİQLƏDİ

Qurban bayramında ətin QİYMƏTİ

Zəvvarlarımızın ilk qrupu Həcc ziyarətinə yola düşüb

Azərbaycanda yeni doğulan uşaqlara 300 AZN veriləcək

Sumqayıtda DƏHŞƏT

Ermənilərin ABŞ-dan "907-ci narazılığı"na önəm verilmədi

“Çelsi” yeni oyunçu almağa hazırlaşır

ÜST-ün yeni AÇIQLAMASI

XİN başçıları Tehranda üçtərəfli görüş keçirəcək

"İqtidar-müxalifət dialoqu olmasaydı, bu partiyaların adını, mövcudluğunu bilməyəcəkdim"

Kəlbəcər istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULUB