Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü üçün on şərt irəli sürüb
 

15:55 08-06-2022 | icon 222 | Təhsil
Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü üçün on şərt irəli sürüb 

 

 

 

Ankara İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsini yenidən nəzərdən keçirmək üçün Stokholm və Helsinkiyə qarşı on şərt irəli sürüb.

 

 

 

Versus.az xəbər verir ki, Azərtac-a  istinadla xəbər verir ki, Türkiyənin şərtləri mayın 25-də Ankarada keçirilən danışıqlarda İsveç və Finlandiya nümayəndələrinə təqdim olunan tələblər paketində yer alıb.

 

 

Sənədə əsasən, hər iki ölkə terror təşkilatlarına qarşı mübarizədə Ankaraya dəstəyini bəyan etməli və bu barədə müvafiq qanunvericilik aktları qəbul etməlidir. İsveç və Finlandiya öz ərazilərində PKK ilə əlaqəli bütün təşkilatları, həmçinin onların aktivlərini və media resurslarını bağlamalıdır. Bundan başqa, Ankara Stokholm və Helsinkidən müdafiə sənayesi məhsullarına qoyulan embarqonun ləğvini və terrorçularla əlaqəsi olan şəxslərin ekstradisiyasını tələb edir. Türkiyə hökuməti, eyni zamanda ölkələrin kəşfiyyat xidmətləri arasında terrorla mübarizədə əməkdaşlıq qurulmasını istəyir.

 

Bundan öncə Prezident Rəcəb Tayyib Ərdoğan Stokholm və Helsinkinin terror təşkilatlarına, əsasən də PKK və PYD-yə, həmçinin Türkiyədə hərbi çevriliş cəhdində ittiham olunan Fətullah Gülən tərəfdarlarına münasibətini müəyyən etməyənə qədər Ankaranın İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına üzvlüyünü dəstəkləməyəcəyini dəfələrlə bəyan edib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

İmişlinin ən böyük məktəbinin əsaslı təmirə ehtiyacı var

“Silahın mistik gözəlliyi” - SƏRGİ

Prezident bu medalın əsasnaməsini TƏSDİQLƏDİ

Qurban bayramında ətin QİYMƏTİ

Zəvvarlarımızın ilk qrupu Həcc ziyarətinə yola düşüb

Azərbaycanda yeni doğulan uşaqlara 300 AZN veriləcək

Sumqayıtda DƏHŞƏT

Ermənilərin ABŞ-dan "907-ci narazılığı"na önəm verilmədi

“Çelsi” yeni oyunçu almağa hazırlaşır

ÜST-ün yeni AÇIQLAMASI

XİN başçıları Tehranda üçtərəfli görüş keçirəcək

"İqtidar-müxalifət dialoqu olmasaydı, bu partiyaların adını, mövcudluğunu bilməyəcəkdim"

Kəlbəcər istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULUB

Körpə alveri ilə məşğul olan SAYT