Sfinkter boşluğunun aradan qaldırılması

16:36 08-06-2022 | icon 416 | Sağlamlıq
Sfinkter boşluğunun aradan qaldırılması

Nərminə Abbasova: “Fizki müayinənin bu hissəsi həkimin təcrübəsindən asılıdır”

 

Oxucularımızın istəyi ilə saytımızın “sağlamlıq” bölməsinin bu dəfəki mövzusu sfinkter boşluğunun istər düz bağırsaqda, istər sidik yolunda, istərsə də uşaqlıq yolunda aradan qaldırılması ilə bağlı olacaq. MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt NƏRMİNƏ ABBASOVA mövzuyla bağlı ətraflı məlumat verdi.

 

Həkim-terapevt bildirdi ki, nəcisin saxlaya bilməməsi bir çox faktorlar və bir sıra müxtəlif proseslərin pozulması səbəbindən baş verə bilər. Məsələn, anal sfinkterlərin disfunksiyası, rektumun komplayansı və ya nəcis kütləsini özündə yerləşdirmə bacarığının pozulması, rektal hissiyatın azalması və ya həmin sadalanmış pozuntuların kombinasiyası nəcisin saxlaya bilməməsinə səbəb ola bilər:

 

“Nəcisin saxlaya bilməməsi adətən çoxfaktorludur və eyni xəstədə bir sıra faktorlara rast gəlmək olur. Sadalanmış mexanizmlərdən hər hansınınsa mülayim dərəcədə pozulması adətən nəcisin saxlaya bilməməsi ilə nəticələnmir. Belə ki, digər mexanizmlər itirilmiş və ya pozulmuş funksiyanı kompensasiya etmə bacarığına malikdir.

Uşaq doğuşu və ya anal kanalda aparılan cərrahi müdaxilə, diabet və ya onurğa beyin zədələnməsi səbəbindən yaranmış nevroloji pozuntular və ya infiltrativ proseslər nəticəsində baş verən anal travma səbəbindən anal sfinkterlərin təzyiqi azalmış olur. Vaginal doğuş nəticəsində nəcisin saxlaya bilməməsi ya dərhal doğuşdan sonra, ya da bir çox il sonra müşahidə edilə bilər. Çox zaman bu anal sfinkterin cırılması və ya cinsiyyət sinirinin travması nəticəsində baş verir”.

 

Həkim deyir ki, ümumiyyətlə, hər hansı bir vaginal doğuşdan sonra nəcisin saxlaya bilməməsindən əziyyət çəkən və ya doğuşdan sonra 4-cü dərəcə perineal cırılma və ya anal sfinkterin travmasını almış qadınlarda növbəti vaginal doğuşlardan sonra nəcisin saxlaya bilməməsinin daha da pisləşməsi müşahidə edilir. Buna görə də nəcisin saxlaya bilməməsi baxımından yüksək risk altında olan qadınlarda növbəti hamiləliklərdə keysəriyyə kəsiyi ilə doğuşa üstünlük verilə bilər:

 

“Vaginal doğuş zamanı sıxacların istifadəsini tələb edən və ya doğuşun ikinci fazasının uzun çəkdiyi qadınlarda nəcisin saxlaya bilməməsi riski daha yüksək olur. Doğuş zamanı baş verən sinir zədələnməsi doğuşdan sonra illər keçdikdə belə, nəcisin saxlaya bilməməsinə səbəb ola bilər. Doğuş zamanı sinir zədələnməsi daha çox sıxaclardan istifadə edildikdə, yenidoğulmuşun çəkisi yüksək olduqda, doğuşun ikinci fazası uzun müddət davam etdikdə və dölün oksipito-posterior yerləşməsi hallarında baş verir. Çoxsaylı doğuşlar sinir zədələnməsinə risk faktor deyildir”.

 

N.Abbasova bildirdi ki, anal sfinkter və ya ətraf strukturlarda aparılan cərrahi müdaxilələr nəticəsində də nəcisin saxlaya bilməməsi inkişaf edə bilər. Məsələn, anal fistulalar, hemorroidlər və ya anal çatların müalicəsi üçün botulinum toksinin inyeksiyası nəticəsində də nəcisin saxlaya bilməməsi yarana bilər:

 

“Qeyd edim ki, Diabeti olan xəstələrdə daxili anal sfinkterin istirahətdə təzyiqi azalmış olur və bu nəcisin saxlaya bilməməsinə səbəb ola bilir. Diareya (ishal) da diabet nəticəsində inkişaf edən vegetativ neyropatiya səbəbindən yarana bilər və diabetli xəstələrdə nəcisin saxlaya bilməməsinə təsir göstər bilər”.

 

Həkim terapevt rektumun nəcis kütləsini yerləşdirmək (komplayans) və ya nəcisin daxil olması zamanı genişlənmək bacarığının pozulması hallarından da bəhs etdi. Bildirdi ki, rektumun nəcislə dolması nəticəsində rektumun dolu olmasından xəbər verən və bağırsaqların boşaldılmasına (defekasiya) dəlalət çağırış hissi yaranır:

 

“Rektumun komplayansının azalması bağırsaqların boşaldılmasına olan çağırışların əmələ gəlməsinə və onların tezliyinin artmasına səbəb olur. Buna səbəb isə rektumun nəcis kütləsinin yerləşdirilməsi qabiliyyətinin pozulmasıdır. Anal sfinkter normal olduqda belə, həmin xəstələrdə nəcisin saxlaya bilməməsi inkişaf edə bilər. Rektumun komplayansının azalmasına səbəb olan faktorlara xoralı proktit və şüalanma nəticəsində inkişaf edən proktit daxildir”.

 

Həkim qeyd etdi ki, rektumdaxili hissiyatın pozulması müxtəlif səbəblərdən yarana bilər. Məsələn, diabet, yayılmış skleroz, demensiya, meninqomiyelosele və onurğa beyin zədələnmələri rektumdaxili hissiyatın pozulmasına səbəb ola bilər:

 

“Bir daha xatırladım ki, ileo-anal anastomoz qoyulmuş xəstələrdə, yəni proktektomiya və ya rektumun çıxarılmasından sonra, nəcisin saxlaya bilməsi funksiyası pozulmamış qalır. Bu isə onu göstərir ki, rektumdaxili hissiyata cavabdeh reseptorlar guman ki, rektumda deyil, çanaq dibində yerləşir”.

 

Nərminə xanımın sözlərinə görə, nəcisin saxlaya bilməməsindən əziyyət çəkən və ya şikayətlənən xəstələrin müayinəsi ilkin olaraq detallı anamnezin toplanmasından və daha sonra fiziki müayinə və spesifik testlərin aparılmasından ibarətdir:

 

Xəstə ilə aparılan müsahibənin əsas məqsədi nəcisin saxlaya bilməməsinin doğrudan mövcud olduğunu və onun ağırlıq dərəcəsinin müəyyən edilməsindən ibarətdir. Doğru nəcisin saxlaya bilməməsi nəcisin iradəsiz itirilməsi olmadan müşahidə edilən bağırsaqların boşaldılmasına olan çağırışların artmasından fərqləndirilməlidir. Bağırsaqların boşaldılmasına olan çağırışların artması əsasən iltihablı xəstəliklərdə, qıcıqlanmış bağırsaq sindromu və çanağın şüalanması nəticəsində baş verə bilər. Bu cür hallarda xəstələrdə nəcisin iradəsiz itirilməsi müşahidə edilmir.

Bundan sonra nəcisin saxlaya bilməməsinin nə zaman başladığı, davam etmə müddəti, gündə və ya həftədə neçə dəfə baş verməsi, ağırlıq dərəcəsi, nəcisin saxlaya bilməməsinə təsir edən amillər və ya gida növü, vaginal doğuş tarixçəsi, anorektal cərrahiyyə, çanağın şüalandırılması, diabet, nevroloji xəstəliklər barədə suallara cavab əldə edilməlidir. Həmçinin, simptomların ishalla əlaqəli olub olmaması da təyin edilməlidir”.

 

Xəstələrin fiziki müayinəsinə gəlincə, həkim dedi ki, fiziki müayinədə perianal (anal dəliyi ətrafı) sahənin müayinəsi və barmaqla rektal müayinədən ibarət olmalıdır. N.Abbasova qeyd etdi ki, perianal dərinin xarici müayinəsində xroniki davam edən nəcisin saxlaya bilməməsinə işarə edən kimyəvi dermatit, fistula, prolaps olmuş hemorroid düyünlər və ya rektal prolapsın olub olmaması müəyyən edilməlidir:

 

 

“Perianal sahədə hissiyatın qiymətləndirilməsi anal-dəri refleksinin yoxlanması ilə aparılmalıdır. Anal-dəri refleksi üçün anal dəliyi ətrafı sahənin azacıq iti obyektlə qıcıqlandırılması və xarici anal sfinkterinin yığılmasının müşahidə edilməsi tələb olunur. Anal-dəri rekfleksi anal dəliyin hər iki tərəfində yoxlanmalıdır. Bu refleksin müəyyən edilməməsi sinirlərin zədələnməsi və onurğa beyindən keçən refleks qövsünün pozulmasından xəbər verir.

Barmaqla rektal müayinədə anal kanalda hər hansı bir patologiyanın olub olmaması və anal sfinkterin istirahətdə tonusu yoxlanmalıdır. Rektum daxilinə barmaq yeritdikdə xəstədə sanki bağırsaqların boşaldılmasına cəhd etmək xahiş edilməlidir. Rektumda olan barmağa qarşı müqavimətin dərəcəsini hiss etməklə puborektalis əzələsinin hərəkəti və hərəkət bucağı, çanaq dibinin enməsi və yığılma təzyiqini təxminən də olsa qiymətləndirmək olur. Lakin nəzərə almaq lazımdır ki, fizki müayinənin bu hissəsi həkimin təcrübəsindən asılıdır və heç də həmişə obyektiv diaqnostik müayinələrin nəticələri ilə üst-üstə düşmür.

Anamnez və fiziki müayinə nəticəsində nəcisin saxlaya bilməməsi probleminin etiologiyasına dair təxmini fikirin formalaşdırılması mümkün olur və bunun nəticəsində müvafiq diaqnostik müayinələrin seçilməsinə imkan verir. Lakin, bütün hallarda əksər xəstələrdə distal yoğun bağırsağın və anusun qatlanan siqmoidoskopiya və anoskopiya və ya kolonoskopiya ilə müayinəsinin aparılması tövsiyə edilir. Bunu etməklə selikli gişanın iltihabını, anorektumda və kolonda kütlənin olub olmadığını, və ya digər oxşar patologiyanın istisna edilməsi mümkün olur. Həmçinin, diareya və ya ishalı olan xəstələrdə digər testlərin, məs, nəcisin analizi və kolonoskopiyanın, aparılması zəruri ola bilər. İshala səbəb olan dərman preparatlarının nəzərdən keçirilməsi də tələb olunur.

Anorektal funksiyanın spesifik komponentlərini qiymətləndirilməsi üçün müxtəlif digər testlər də mövcuddur”.

 

 

Həkim onu da vurğuladı ki, heç bir digər terapiyanın aparılması mümkün olmayan və ya digər müalicə metodları uğursuz olduqda və ya müalicəsi mümkün olmayan ağır dərəcəli nəcisi saxlaya bilməmədən əziyyət çəkən xəstələrdə yeganə çıxış yolu kolostomiya ola bilər:

 

“Doğuş və ya ginekoloji travma nəticəsində sfinkterin yalnız bir yerdə cırılması, habelə anal fistulaya görə aparılan cərrahi əməliyyat nəticəsində anal sfinkterin azacıq zədələnməsi nəticəsinda yaranan nəcisin saxlaya bilməməsi sfinkterin sadə cərrahi bərpası ilə müalicə oluna bilər. Xarici anal sfinkterin ön hissəsində ginekoloji və ya mamalıq travması nəticəsində cırılmış kənarlarını üst-üstə qoyaraq bir birinə tikilməsi ilə nəcisin saxlaya bilməməsindən əziyyət çəkən qadınların 50-60%-dan çoxunda yaxşı və uzun müddətli nəticə əldə etmək olur”.

 

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova hər kəsi müayinə və müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əsgərimizin gücü, ordumuzun döyüş ruhu öz yerində..."

104 yaşın mübarək, Şanlı Ordu!

"Ordu dövlətimizin onurğa sütunudur"

Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılacaq

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ümummili liderin arzusu, ali baş komandanın qüruru, xalqımızın inamı

"Bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi"

“Mənin atam qəhrəmandır” - KONSERT

Ağrıkəsici təsirli çay RESEPTİ

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana təbrik mesajı

Azərbaycan Silahlı Qüvvələri - 104

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

Damarları təmizləyən möcüzə qarışım

Meymunçiçəyi cinsi yolla keçir?

Şüşə oğlanın NADİR XƏSTƏLİYİ