“Neftçi” Samir Abasovla yolları ayırdı

20:06 08-06-2022 | icon 361 | İdman
“Neftçi” Samir Abasovla yolları ayırdı

Yeni baş məşqçi namizədləri AÇIQLANDI

 

"Neftçi" baş məşqçi Samir Abasovla yolları ayırıb. Bu barədə qərar klubun Müşahidə Şurasının iclasında qəbul olunub.

 

“Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev klub televiziyasına bildirib ki, müqaviləsi bitən Samir Abasova yeni sözləşmə təklif olunmayıb. Komandaya yeni baş məşqçinin təyin olunması iyunun 14-də baş tutacaq növbəti iclasda həyata keçiriləcək. Həmin vaxtadək konkret namizəd müəyyənləşəcək.

 

Yeni baş məşqçinin əcnəbi olacağı açıqlanıb. O, iki nəfər arasından danışıqlar aparıldıqdan sonra seçiləcək.

 

Allahverdiyev Abasovun göndərilməsinin səbəblərini də açıqlayıb. Onun sözlərinə görə, 44 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasında qarşısına qoyulan vəzifəni yüksək səviyyədə yerinə yetirsə də, Azərbaycan Kubokunu qazanmaq vəzifəsinin öhdəsindən gələ bilməyib. O, eyni zamanda futbolçu transferləri ilə bağlı işi həyata keçirməyi bacarmayıb.

 

“Neftçi”nin ikinci komandasına rəhbərlik isə Rəşad Abdulllayevə tapşırılıb. O, yeni vəzifədə Mahmud Qurbanovu əvəzləyib. Qurbanov daha əvvəl “Səbail”ə baş məşqçi təyin olunub.

 

Komandanın növbəti mövsümə hazırlığı iyunun 15-dən başlanacaq. Yay toplanışının birinci mərhələsi Bakıda, ikinci mərhələsi Türkiyədə olacaq.

 

“Neftçi” Futbol Akademiyasına rəhbərlik də əcnəbi mütəxəssisə tapşırılacaq. Müşahidə Şurasının iclasında Akademiya binasının ilin sonunadək tam başa çatdırılmasının vacibliyi vurğulanıb.

 

Həmçinin, klubun baş məşqçi postuna namizədlər də açıqlanıb. Namizədlər ukraynalı Yuri Vernidub və rusiyalı Viktor Qonçarenkodur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Gülnarə Xəlilovanın "Xarıbülbül" və "Qarabağ" kolleksiyaları Rusiyada

Ermənistan bu fürsəti QAÇIRMAMALIDIR

Riyaz Sarıkahya Dövlət Bağçalı ilə görüşüb

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib

"Ordumuza və Prezidentə dəstək olaq"

Bu gün "Qarabağ" "Ferentsvaroş" matçı keçiriləcək

Meyitləri yandırmaq çətinləşəcək

Üç məhkumun gözləri ÇIXARILACAQ

Park Cinemadan uşaqlar üçün xüsusi NÜMAYİŞ

Bu gün daha 5 oyun keçiriləcək

Bakıda MER SEÇKİLƏRİ GÖZLƏNİLƏNDİR?

III təsnifat mərhələsinin ilk oyunları keçirilib

VAR müzakirələrini azarkeşlər də dinləyə biləcək

Günəşə yaxın yaşayış üçün uyğun planet

Erməni təxribatına qarşı tutarlı cavab...