"Açıqlama erməni cəmiyyətini sakitləşdirmək məqsədi ilə verilə bilər, amma..."

17:05 10-06-2022 | icon 286 | Geopolitika
"Açıqlama erməni cəmiyyətini sakitləşdirmək məqsədi ilə verilə bilər, amma..."

 

 

İyunun 10-da Sergey Lavrovun Ermənistan səfərində Azərbaycanın Fərrux kəndi ilə bağlı təxribatçı, ikibaşlı bəyanatı ölkə ictimaiyyəti tərəfindən birməmalı qarşılana bilməz.

Belə qeydlər var ki, ya bu Lavrovun düşünülmüş səhvdir, Lavrov məlumatsızdır, yaxud Rusiya bu məsələyə ciddi önəm vermədən sadəcə erməniləri sakitləşdirmək üçün belə bəyanat verib. Yaxud, ola bilər ki, Rusiyanın Qarabağ, sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı başqa planları var. Qarabağ  ərazilərini qoparmaq istəyir.

Verilən xəbərlərə görə, Ermənistanda da bu məsələylə bağlı ikili yanaşmalar var. Bir qism deyir ki, ümumiyyətlə Fərrux kəndi ilə bağlı danışıqlar aparılmayıb, ermənilərin başı aldadılıb, azərbaycanlılar kəndə daxil olub və hamı da bununla razılaşıb.  İkinci qisim deyir ki, bu bəyanat Ermənistanda sərhədlərin müəyyənləşməsi ilə bərabər Şuşanın, Hadrutun yenidən erməniərin iddia etdiyi “Dağlıq Qarabağ”ın ərazisinə qaytarılıb işğaldan keçmiş sərhədlərin bərpası ilə bağlı prosesə təkan verə bilər.

Nə baş verir, Rusiyanın xarici işlər nazirinin belə bir bəyanat verməsinə səbəb nədir?

 

 

 

Versus.az xəbər verir ki, politoloq Mətin Məmmədli qlamasında bildirib ki, Lavrovun məlum bəyanatı təsadüfən, dil sürüşməsi ilə ortaya çıxan açıqlama deyil. Onun fikrincə, Sergey Lavrov kifayət qədər təcrübəli diplomatdır və nə danışdığını çox gözəl bilir.

 

 

“Bu açıqlama erməni cəmiyyətini sakitləşdirmək məqsədi ilə verilə bilər. Çünki son vaxtlar Fərrux kəndi ilə bağlı Ermənistan cəmiyyətində bir ajiotaj yaranmışdı və onların narahatlığı hələ də davam edir. Təbii ki, ikibaşlı açıqlamadır və heç cür bizim tərəfimizdən qəbul edilə bilməz”.

 

M.Məmmədli bildirib ki, məhz ona görə də Azərbaycan XİN-i dərhal bu məsələyə adekvat cavabını verdi. Bir daha bəyan edildi ki, hər iki ölkə tərəfindən müəyyən olunan sərhəd komissiyaları yalnız Azərbaycanla Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi üçün yaradılıb.

 

“Qarabağda hansı sərhəddən söhbət gedə bilər.  Qarabağ Azərbaycanın bir hissəsidir və beynəlxalq birliklər tərəfindən, o cümlədən də hüquqi baxımdan ölkəmizin ərazisi kimi tanınıb”.

 

Politoloq hesab edir ki, erməni cəmiyyətində məsələyə fərqli yanaşmaların olması təbiidir.

 

“Ümumiyyətlə, 44 günlük vətən müharibəsindən sonra erməni cəmiyyətində belə bir fikir yayılıb ki, Rusiya onları satıb... Eyni məsələ Fərrux kəndi ilə bağlı məsələlərdə də təkrar olundu. İndi də erməni cəmiyyətində bir qism adam düşünür ki, Lavrovun, digər Rusiya rəsmilərinin bununla bağlı açıqlamaları baş aldatmaq məqsədi daşıyır.  Ermənilərin keçmiş “Dağlıq Qarabağ”ın ərazi hüdudlarının bərpası ilə bağlı xülyalara gəlincə, bütün bunlar mümükün olmayan absurd məsələlərdir.  Nə Azərbaycan dövləti, nə də hazırda regionda formalaşmış geosiyasi konnektura ermənilərin belə sərsəm iddialarını həyata keçirməsinə imkan vermir.  Qarabağ Azərbaycanın ərazisidir, birmənalı olaraq dünya tərəfindən, beynəlxalq birlik və Rusiya tərəfindən də ölkəmizin ərazisi kimi qəbul olunur”.

M.Məmmədli eyni zamanda burada Rusiyanın hansısa məkirli planlarının olması məqamına da birmənalı yanaşmayıb.

“Bu günə qədər Kremlə yaxın dairələr, o cümlədən Jrinovski Qarabağın Rusiyaya birləşdirilməli olması ilə bağlı fikirlər ifadə ediblər. Rusiyanın regionla bağlı siyasətində də belə planların olması istisna edilməməlidir.  Hər halda biz görürük ki, Rusiya özünün neo inperial siyasətindən qətiyyən imtina etməyib. Sadəcə olaraq bu gün Rusiyanın rəsmi siyasətində hələ ki, bu məqamlar sezilmir. Fikir verdizsə, Lavrovun məlum açıqlamasınadan sonra Rusiya Xarici İşlər Nazirliyi tez-tələsik həmin bəyanata düzəliş verdi.  Rusiya hazırda çalışır ki, məsələlərə maksimum dərəcədə ehtiyatlı mövqe nümayiş etdirsin. Yəni bu gün Azərbaycana qarşı bu planı açıq ifadə etmək, Azərbaycana qarşı birbaşa münaqişəyə daxil olmaqdır. İndiki mərhələdə də belə bir vəziyyətin yaranması Rusiyanın maraqlarına uyğun deyil.  Təbii ki, Azərbaycan dövləti, xalqı heç vaxt imkan verməz ki, Qarabağı nə Ermənistana, Nə Rusiyaya, nə də hər hans bir dövlətə birləşdirilsin, yenidən torpaqlarımız işğal olunsun.  Eyni zamanda mövcud beynəlxalq konnektura da belə iyrənc planların həyata keçməsinə imkan vermir”.(hafta.az)

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əsgərimizin gücü, ordumuzun döyüş ruhu öz yerində..."

104 yaşın mübarək, Şanlı Ordu!

"Ordu dövlətimizin onurğa sütunudur"

Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılacaq

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ümummili liderin arzusu, ali baş komandanın qüruru, xalqımızın inamı

"Bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi"

“Mənin atam qəhrəmandır” - KONSERT

Ağrıkəsici təsirli çay RESEPTİ

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana təbrik mesajı

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

Azərbaycan Silahlı Qüvvələri - 104

Damarları təmizləyən möcüzə qarışım

Meymunçiçəyi cinsi yolla keçir?

Şüşə oğlanın NADİR XƏSTƏLİYİ