Əlilliyin yeni meyyarları müəyyən olundu

08:54 11-06-2022 | icon 235 | Sosial
Əlilliyin yeni meyyarları müəyyən olundu

 

 

 

Xəbər verildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) iyul ayından etibarən Əlillik üzrə yeni meyyarlar təyin edib. ƏƏSMN-nin məlumatına əsasən 2022-ci ilin son ayına qədər 1-dən çox xəstəliyi olsa da, yalnız bir xəstəlik üzrə əlillik təyinatı aparılırdısa, artıq iyul ayından etibarən əlilliyə əsas verən bir və ya iki xəstəlik üzrə əlillik təyinatı veriləcək. Məlumata görə əlillik təyinatına əsas verən xəstəlik əvvəl 128 idisə, 2022 -ci ildən bu yana 568 olub. Beləliklə əlilliyin müəyyən olunmasına əsas verən xəstəliklərin sayı 4,4 dəfə artıb.

 

 

Versus.az xəbər verir ki, Əlil Qadınları Cəmiyyətinin sədri Məhluqə Rəhimova  açıqlamasında bildirib ki, əlillik üzrə yeni meyyarların təyin edilməsi Qarabağ qazilərinin, müharibədə xəsarət alan mülki insanların, eləcə də digər ümumi xəstəliyi olan insanların əlilliyinin təyin edilməsi, əlillik dərəcələrinin verilməsi ilə bağlı mövcud problemləri aradan qaldıra biləcək. Onun sözlərinə görə, xəstəliyi olan insanların əlilliyinin təyin olunması, dərəcələr verilməsi ilə bağlı əngəllərin aradan qaldırılması üçün aparılan araşdırmalar, müzakirələr, əhalinin haqlı narazılıqlarına səbəb olan amillər nəhayət ki, öz həllini tapdı. 

 

“Artıq 568 adda xəstəliklə bağlı əlillik veriləcək. Sağalmaz xəstəliklərlə bağlı uşaqlara müddətsiz əlillik təyin ediləcək və heç vaxt təkrar qiymətləndirmə aparılmayacaq. Əvvəllər 18 yaşınadək əlilliyi müəyyən edilən uşaqların müavinəti dayandırlırdı, yenidən qiymətləndirilmə aparılırdı. Bu da çox ciddi  problemlər yaradırdı. Eləcə də onkoloji xəstəlikləri olan insanların da əlilliyi dayandırılıb, yenidən qiymətləndirmə aparılmayacaq. Yaxud, diaqnozu ağır, yaxud yüngül olmasından asılı olmayaraq sağlamlıq imkanları məhdud bütün uşaqlar üçün sosial ödənişlərin məbləği eyni idisə, indi diaqnozu ağır olan 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial ödənişlər daha yüksək olacaq.  Şəxsdə bir neçə xəstəlik varsa, hər birinə görə müavinət alacaq. Əvvəl isə müxtəlif xəstəlikləri olsa da, yalnız bir xəstəliyə görə müavinət alırdılar. Yəni müavinəti yüksək olacaq”.  

M.Rəhimova hesab edir ki, əlilliyin yeni meyarları bu vətəndaşların sosial durumlarının yaxşılaşdırılması üçün çox mühüm addımdır.

“Cənab Prezident sosial dövlət konsepsiyasını imzalayıb və biz sosial dövlətin vətəndaşlarıyıq.  Düşünürəm ki, bu yeni konsepsiyaya uyğun olaraq dövlət orqanları və qeyri hökumət təşkilatları üzərinə düşən  öhdəlikləri yerinə yetirməkdə heç bir problem olmayacaq.  Düşünürəm ki, əlillik, sosial müavinətlərlə bağlı insanların qarşılaşdığı problemlər hamısı aradan qaldırılacaq”.

 

M.Rəhimova bildirib ki, cəmiyyətdə çox müzakirə yaradan məsələlərdən biri də həqiqi əlilliyi olub əlillik dərəcəsi ala bilməyən, yaxud əlil olmayıb əlillik alan insanların problemləri də bu prosesdə aradan qalxacaq. Onun sözlərinə görə, hər şeydən əvvəl vətəndaş, əgər xəstəliyi varsa özünün hüquqlarının bərpası üçün çalışmalıdır. 

 

M.Rəhimova əlilliyin təyin edilməsi prosesində komissiyalarda iştirak etdiyini və bir çox hallarda əlilliyi olmayan insanların öz “əlilliklərini” bərpa etməyə çalışdıqlarına şahidlik etdiyini deyib.

 

O, əlilliyin qiymətləndirilməsi ilə bağlı rayonlarda yaranan mövcud problemlərə də diqqət çəkib. Onun sözlərinə görə, bundan sonra kəndlərdə xəstəliyi olan və əlilliyinin qeydiyyatı yenidən aparılan şəxsin get-gələ salınması və komissiyalardan keçmək üçün süni şəkildə Mərkəzə göndərilməsi ilə bağlı məsələlər də həllini tapacaq.

“Artıq yerli komissiyalar buna nəzarət edir, onların fəaliyyəti bərpa edilib. Regional mərkəzlər yaranıb. Amma əgər şəxsin haqlı narazılığı varsa, yerli komisiyalar düzgün diaqnoz qoymayıblarsa, ərizə ilə Mərkəzə gələ bilərlər. Bütün hallarda yerli VTEK-lərin bundan sonra belə səhvlər edəcəyinə inanmıram. Çox ciddi nəzarət var. VTEK-lər əlilliyi olan insanların əliliyinini düzgün müəyyən etməyə məcburdur.  Artıq bu sahədə boşluq görmürəm. İnanmıram ki, xəstəliyi olan adamlara əlillik verilməsin, dərəcəsi düzgün qiymətləndirilməsin”. (hafta.az)

 

T.Qafarlı

Versus.az

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əsgərimizin gücü, ordumuzun döyüş ruhu öz yerində..."

104 yaşın mübarək, Şanlı Ordu!

"Ordu dövlətimizin onurğa sütunudur"

Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılacaq

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ümummili liderin arzusu, ali baş komandanın qüruru, xalqımızın inamı

"Bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi"

“Mənin atam qəhrəmandır” - KONSERT

Ağrıkəsici təsirli çay RESEPTİ

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana təbrik mesajı

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

Azərbaycan Silahlı Qüvvələri - 104

Damarları təmizləyən möcüzə qarışım

Meymunçiçəyi cinsi yolla keçir?

Şüşə oğlanın NADİR XƏSTƏLİYİ