"Paşinyan yenə nala-mıxa vurur"

10:44 13-06-2022 | icon 190 | Siyasət
"Paşinyan yenə nala-mıxa vurur"

 

Nizami Verdiyev: "Bu bəhanələr çox davam edə bilməz"

 

"Paşinyan Ermənistanda müxalifətin silsilə aksiyalarını bahanə edərək danışıqları dondurmaq istəyir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev bildirib.

 

 

N.Verdiyev qeyd edib ki, Ermənistanda müxalifətin hakimiyyəti dəyişmək gücündə olmayan silsilə aksiyalarına Paşinyan dolayısı ilə dəstək verir:

 

"Bununla da o, danışıqlar prosesini dondurmaq istəyir. Paşinyan bilir ki, Rusiya istədiyi vaxt onu hakimiyyətdən devirə bilər, ona görə də necə deyərlər, nala-mıxa vurur. Moskvada olarkən bir söz deyir, Brüsseldə olanda başqa söz deyir”.

 

Nizami Verdiyevin sözlərinə görə, bu tipli bəhanələr çox davam edə bilməz:

 

“İstər Moskva, istərsə də Brüssel razılaşmaları kağız üzərində qalıb. Üçtərəfli komissiyaların yaranmasına baxmayaraq, real addımlar atılmayıb. Belə vəziyyət çox davam edə bilməz. Ermənistan bizim üçün bir yol qoyur - Laçin dəhlizini bağlayaraq, anti-terror əməliyyatlara başlamaq. Və yəqinki belə də olacaq. Çünki biz Qarabağın bərpasını, “Qarabağa qayıdış” proqramlarını sual altına sala bilmərik”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əsgərimizin gücü, ordumuzun döyüş ruhu öz yerində..."

104 yaşın mübarək, Şanlı Ordu!

"Ordu dövlətimizin onurğa sütunudur"

Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılacaq

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ümummili liderin arzusu, ali baş komandanın qüruru, xalqımızın inamı

"Bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi"

“Mənin atam qəhrəmandır” - KONSERT

Ağrıkəsici təsirli çay RESEPTİ

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana təbrik mesajı

Azərbaycan Silahlı Qüvvələri - 104

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

Damarları təmizləyən möcüzə qarışım

Meymunçiçəyi cinsi yolla keçir?

Şüşə oğlanın NADİR XƏSTƏLİYİ