Sərdar Azmunun aliment QALMAQALI


Uşağının anası olan rusiyalı qadın məhkəməni uddu
“Zenit” klubunun sabiq iranlı forvardı Serdar Azmun maaşının dörddə birini alimentə köçürməli olacaq.
Bu barədə Sankt-Peterburq şəhərinin Primorsk məhkəməsi qərar qəbul edib.
Kazan şəhərinin sakini olan qadın məhkəmə qarşısında iddia qaldıraraq iranlı hücumçudan uşaq dünyaya gətirdiyini bildirib.
Lakin 27 yaşlı futbolçunun atalıqdan imtina etməsi məsələnin məhkəmə predmetinə çevrilməsi ilə nəticələnib.
Məhkəmə ananın iddiasını əsaslı sayıb. Hazırda Almaniyanın “Bayer” klubunda çıxış edən futbolçu maaşının dörddə birini alimentə köçürməli olacaq.

Xəbər lenti

I və IV qruplar üzrə imtahan verənlər üçün SON GÜN
I ixtisas qrupu üzrə 20506, IV ixtisas qrupu üzrə isə...