Avtobuslarla regionlara səyahət edənlərə XƏBƏRDARLIQ

14:36 14-06-2022 | icon 533 | Gündəm
Avtobuslarla regionlara səyahət edənlərə XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi yay mövsümü ilə əlaqədar avtobuslarla regionlara səyahət təşkil edən hüquqi və fiziki şəxslərə müraciət edib.

 

BDYPİ-dən daxil olan müraciətdə deyilir:

“Yay mövsümü ilə əlaqədar istirahət və tətil günlərində məktəblilər, təhsil və əmək müəssisələrində çalışan əməkdaşlar və onların övladları üçün avtobuslarla ölkənin ayrı-ayrı regionlarına səyahətlər təşkil olunur. Belə səfərlər zamanı adətən müxtəlif turizm şirkətlərinin, bəzi hallarda isə qeyri-müntəzəm şəkildə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus avtobus və mikroavtobuslardan istifadə olunur. Lakin təəssüflər olsun ki, qeyri-müntəzəm şəkildə təşkil edilmiş daşımalar zamanı bəzən nəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş rejiminə riayət edilməsinə ciddi nəzarət olunmur, nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına, gedəcəyi ərazidəki meteoroloji şəraitə, sürücünün idarəetmə təcrübəsinə diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə də dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin başvermə ehtimalını artırır.

 

Baş verə biləcək ağır qəzaların qarşısının alınması və təhlükəsizliyin təmin olunması məqsədilə təhsil müəssisələrinin rəhbərliyindən, eləcə də azyaşlıların ekskursiyasını fərdi qaydada təşkil edən şəxslərdən xahiş olunur ki, belə səfərlər yalnız bu sahə üzrə ixtisaslaşdırılmış turizm şirkətləri vasitəsilə həyata keşirilsin.

 

Eyni zamanda, avtobus və mikroavtobus sahiblərinin, eləcə də onları idarə edən şəxslərin nəzərinə çatdırılır ki, respublikanın avtomobil yollarında ayrı-ayrı şəxslərin təşəbbüsü ilə respublikanın regionlarına qanunsuz daşımaların təşkil edilməsi halları aşkar ediləcəyi təqdirdə həmin nəqliyyat vasitələrinin hərəkəti qadağan edilməklə sürücüləri barədə ciddi inzibati tənbeh tədbirləri görülücək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əsgərimizin gücü, ordumuzun döyüş ruhu öz yerində..."

104 yaşın mübarək, Şanlı Ordu!

"Ordu dövlətimizin onurğa sütunudur"

Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılacaq

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ümummili liderin arzusu, ali baş komandanın qüruru, xalqımızın inamı

"Bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi"

“Mənin atam qəhrəmandır” - KONSERT

Ağrıkəsici təsirli çay RESEPTİ

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana təbrik mesajı

Azərbaycan Silahlı Qüvvələri - 104

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

Damarları təmizləyən möcüzə qarışım

Meymunçiçəyi cinsi yolla keçir?

Şüşə oğlanın NADİR XƏSTƏLİYİ