Laçındakı ermənilər təşvişdə - Zabux kəndi boşaldılır

10:30 10-06-2022 | icon 32 | Qarabağ
Laçındakı ermənilər təşvişdə - Zabux kəndi boşaldılır

Laçının hələ də ermənilər yaşayan Zabux kəndi ilə bağlı yeni xəbərlər var.

 

Modern.az Ermənistan KİV-lərinə istinadən bildirib ki, Zabuxda qanunsuz məskunlaşdırılmış ermənilər bu günlərdə təşvişdədirlər. Onlar kənddən çıxarılma həyəcanı yaşayırlar.



Qeyd edək ki, Ermənistan-Azərbaycan sərhəddinə yaxın ərazidə, Zabux çayının sahilində yerləşən bu kənd Rusiya sülhməramlılarının nəzarət etdiyi “Laçın dəhlizi”ndədir. Ermənilər Zabuxu “Aqavno” adlandırırlar. Hazırda burada 300-ə yaxın erməni qeyri-qanuni şəkildə yaşamağa davam edir. Bunlar əsasən Livan, Suriya, Rusiya, İraqdan köçüb gəlmiş ermənilərdi.



Livanlı erməni biznesmenlər 2013-cü ildə Gorus-Xankəndi avtomobil yolunun üzrərindəki Azərbaycan kəndində qanunsuz olaraq yeni qəsəbə salıbılar. Livanlı erməni biznesmenlərə məxsus “Ari” fondunun maliyyəsilə salınan qəsəbədə 150-dən çox ev tikilib.



“Hraparak” qəzeti yazır ki, dünən Xankəndidən Zabuxa gələn vəzifəli bir “məmur” erməni sakinləri ailələri ilə birlikdə kəndi tərk etməyə razı salmaq üçün icma rəhbərilə görüşüb. Köçün bu yaxınlarda gerçəkləşəcəyi gözlənilir.



“Laçın dəhlizi”nə alternativ yol istifadəyə verildikdən sonra Zabux kəndinin Azərbaycan hərbçilərinin nəzarətinə keçəcəyi gözlənilir.



Kənddəki “erməni icması”nın başçısı Andranik Çauşyan isə sakinlərin təşvişini artırmamaq üçün  mətbuata bu haqda ətraflı danışmaqdan yayınıb.



“İnsanlar müzakirəyə gəliblərsə, bu o demək deyil ki, kəndi təhvil veririk. Deməyə əlavə sözüm yoxdur, qoy tez bir zamanda o adamın və ya bizi kənddən getməyə razı salmağa gələnlərin adları açıqlansın”, - Andranik Çauşyan təfərrüatlar barədə danışmaq istəməyib.



Xatırladaq ki, "Laçın dəhlizi"nə alternativ olan yeni yolun inşası Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb. Sənədə görə, Laçından yan keçən və Qarabağın dağlıq hissəsini Ermənistanla birləşdirən yeni yol bu il hazır olmalıdır.



Yol hazır olandan sonra Rusiya sülhməramlı kontingenti "Laçın dəhlizi"ndən çıxacaq və yeni marşruta yerləşdiriləcək.


"Laçın dəhlizi" Rusiya sülhməramlı kontingenti tərəfindən boşaldılandan sonra Laçın şəhəri və Zabux kəndinə nəzarət Azərbaycan Silahlı Qüvvələrinə keçəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əsgərimizin gücü, ordumuzun döyüş ruhu öz yerində..."

104 yaşın mübarək, Şanlı Ordu!

"Ordu dövlətimizin onurğa sütunudur"

Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılacaq

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ümummili liderin arzusu, ali baş komandanın qüruru, xalqımızın inamı

"Bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi"

“Mənin atam qəhrəmandır” - KONSERT

Ağrıkəsici təsirli çay RESEPTİ

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana təbrik mesajı

Azərbaycan Silahlı Qüvvələri - 104

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

Damarları təmizləyən möcüzə qarışım

Meymunçiçəyi cinsi yolla keçir?

Şüşə oğlanın NADİR XƏSTƏLİYİ