“Şuşa Bəyannaməsi Qurtuluşumuzun təzahürüdür”

17:47 14-06-2022 | icon 202 | Siyasət
“Şuşa Bəyannaməsi Qurtuluşumuzun təzahürüdür”

 

 

 

1993-cü ilin iyununda Azərbaycan tarixində ən ağır, ən acınacaqlı və çətin dövrlərdən birini yaşayırdı. Ölkədə tüğyan edən siyasi hərc-mərclik və faktiki çoxhakimiyyətlilik, iqtisadi tənəzzül, günü-gündən ağırlaşan sosial durum, Ermənistanın hərbi təcavüzü, müxtəlif xarici qüvvələrin artıq işə düşmüş məkrli planları fonunda fəlakətin astanasında olan ölkədə xalqın ümidi qırılmaqda idi. Bütün ümidsizliyinə və xəyal qırıqlığına baxmayaraq, Azərbaycan xalqı bu vəziyyətdən nicat yolunu hələ Sovet dövrünün şərtləri daxilində ölkənin inkişafı üçün mümkün olan hər şeyi etmiş Heydər Əliyevdə görürdü. Buna görə də xalq təkidlə Heydər Əliyevi paytaxt Bakıya səsləyir, ölkəyə rəhbərlik etməyə, ölkəni müstəqilliyinin ilk illərində düçar olduğu son dərəcə məyusedici durumdan, vətəndaş müharibəsindən xilas etməyə çağırırdı. Zaman göstərdi ki, Azərbaycan xalqı yanılmamışdı.

 

 

 

Versus.az xəbər verir ki, bu barədə Millli Məclisin  sədr müavini  Adil Əliyev bildirib.

 

 

Deputat bildirib ki, xalqının səsinə səs verən Ulu Öndər Heydər Əliyev 1993-cü il  iyunun 9-da Bakıya qayıtdı. İyunun 15-də o, Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. İyunun 24-də isə Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1997-ci ilin iyun ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 15 iyun Milli Qurtuluş günü kimi bayram elan edildi.

 

 

A.Əliyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin əldə etdiyi nailiyyətlər Qurtuluşun rəmzləridir və Qurtuluş gününü bayram etməyə əsas verən hadisə və uğurlar kimi tariximizdə əbədi qalacaqlar.

“İlk növbədə, ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, asayiş və qayda-qanun bərqərar edildi, müxtəlif silahlı dəstələr buraxıldı və ya ləğv edildi, nizami ordu yaradıldı. Qarabağ müharibəsində atəşkəs əldə edildi ki, bu da Azərbaycana özünə gəlmək, iqtisadiyyatını qurmaq, neft müqavilələrini imzalamaq və həyata keçirmək, peşəkar ordu quruculuğu üçün vaxt və imkan qazandırdı. Eyni zamanda, müstəqil Azərbaycan dövlətinin Konstitusiyası hazırlandı, inzibati idarəçilik formalaşdırıldı, dövlətçilik məfhumu praktik olaraq inkişafa başladı. Bir neçə dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Azərbaycan Respublikasının beynəlxalq münasibətləri formalaşdırıldı, ölkə beynəlxalq aləmə səmərəli inteqrasiya prosesinə qoşuldu”.

A.Əliyevin sözlərinə görə, ulu öndər Heydər Əliyevin Azərbaycanda millət və dövlət quruculuğuna verdiyi misilsiz töhfələr onun fəaliyyətinin ana xətlərini təşkil edirdi

 

“Düzgün milli ideologiya olmadan xalqı, əhalini millət kimi birləşdirmək, millət və dövləti isə bir-birinə sarsılmaz surətdə bağlamaq və millət-dövlət fenomeninə nail olmaq müşkül olur. Ulu Öndərin Azərbaycançılıq məfkurəsi bu vəzifənin öhdəsindən gəlmək, Azərbaycanın milli dövlətini möhkəm və etibarlı əsaslarla qurmaq missiyasını uğurla yerinə yetirmək yolunda misilsiz rol oynadı. Azərbaycançılıq ümumbəşəri dəyərlərə hörmətə, dini, etnik, dil və sair mənsubiyyətindən asılı olmayaraq Azərbaycana və Azərbaycan dövlətinə bağlılığa və Azərbaycana bağlı olanların həmrəyliyinə əsaslanır. Azərbaycandakı bütün xalqların nümayəndələrinin din və etnik mənsubiyyətindən asılı olmayaraq, 44 günlük Vətən müharibəsi zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir Yumruğu” ətrafında sarsılmaz birlik və həmrəylik nümayiş etdirərək düşmənə çökdürücü zərbə vurmaları Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin təzahürünün bir təntənəsi idi.  Dünya Azərbaycanlılarının 5-ci Qurultayının 22 apreldə Şuşa şəhərində keçirilməsi, Şuşanın ölkəmizdə və dünyada bütün azərbaycanlıların mənəvi paytaxtı olaraq ümummilli birlik rəmzinə çevrilməsi də həmin məfkurənin daha bir təntənəsidir”.

 

A.Əliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsinin praktik təcəssümü olaraq Şuşada Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanmasının 2021-ci ilin 15 iyun Qurtuluş Günündə baş verməsi Qurtuluş Günündə bayrama bayram qatır. Çünki Şuşa Bəyannaməsi Qurtuluşumuzun məntiqi nəticəsi və onun əbədiliyinin daha bir zəmanətidir. (hafta.az)

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

İmişlinin ən böyük məktəbinin əsaslı təmirə ehtiyacı var

“Silahın mistik gözəlliyi” - SƏRGİ

Prezident bu medalın əsasnaməsini TƏSDİQLƏDİ

Qurban bayramında ətin QİYMƏTİ

Zəvvarlarımızın ilk qrupu Həcc ziyarətinə yola düşüb

Azərbaycanda yeni doğulan uşaqlara 300 AZN veriləcək

Sumqayıtda DƏHŞƏT

Ermənilərin ABŞ-dan "907-ci narazılığı"na önəm verilmədi

“Çelsi” yeni oyunçu almağa hazırlaşır

ÜST-ün yeni AÇIQLAMASI

XİN başçıları Tehranda üçtərəfli görüş keçirəcək

"İqtidar-müxalifət dialoqu olmasaydı, bu partiyaların adını, mövcudluğunu bilməyəcəkdim"

Kəlbəcər istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULUB

Körpə alveri ilə məşğul olan SAYT