Küçədə it boyunluğu ilə gəzən adam

08:03 15-06-2022 | icon 206 | Maraqlı
Küçədə it boyunluğu ilə gəzən adam

“Məqsədim nəfsimi yenib özümü məscidə aparmaqdır”

 

Türkiyənin Sakarya vilayətində boynunda it boyunluğu ilə gəzən adam hər kəsin təəccübünə səbəb olub.

 

51 yaşındakı vətəndaş bu yolla nəfsini yenməyi düşündüyünü deyib.

 

“Nəfsim namaza getmir, namaz qılmır, insan ola bilmir. Məqsədim nəfsimi nizamlayıb məscidə aparmaqdır. İnsanlara insan kimi baxa bilmək üçün belə bir addım atdım. Əgər nəfsimə ağır gələcək şeyləri edərsəm, onu tabe edib nizamlaya bilərəm. Bu boyunluğu da nəfsimə ağır gəldiyi üçün taxmışam”, - deyə bu hərəkətinin səbəbini açıqlayıb.

 

“Bu boyunluğu taxa bilmirdim, özümü məcbur etdim, taxdım, çətin idi. Az öncə günorta namazına apardım və namaz qıldırdım. İndi çayımı içirəm, burdakı insanlarla söhbət edirəm. Boyunluğumu hazırda heç kim tutmur. Amma Allah-Təala qismət edərsə, boyunluğumu Allaha təslim edib Allah yolunda irəliləməyi düşünürəm”, - deyə o əlavə edib.

 

Onu bu halda görənlərin təəccüblə baxdığını qeyd edən şəxs kimsənin ondan bu hərəkətinin səbəbini soruşmadığını da bildirib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əsgərimizin gücü, ordumuzun döyüş ruhu öz yerində..."

104 yaşın mübarək, Şanlı Ordu!

"Ordu dövlətimizin onurğa sütunudur"

Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılacaq

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ümummili liderin arzusu, ali baş komandanın qüruru, xalqımızın inamı

"Bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi"

“Mənin atam qəhrəmandır” - KONSERT

Ağrıkəsici təsirli çay RESEPTİ

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana təbrik mesajı

Azərbaycan Silahlı Qüvvələri - 104

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

Damarları təmizləyən möcüzə qarışım

Meymunçiçəyi cinsi yolla keçir?

Şüşə oğlanın NADİR XƏSTƏLİYİ