Müxalifət Şuşa Bəyannaməsinin 1 illiyində

08:22 15-06-2022 | icon 234 | Siyasət
Müxalifət Şuşa Bəyannaməsinin 1 illiyində

Fuad Əliyev: "Bu münasibətlərin daha da dərinləşəcəyinə ümid edirəm"

 

İyunun 15-də Şuşa Bəyannaməsinin bir illiyi ilə bağlı tədbirə ölkə müxalifəti də dəvət aldı. Siyasilər bunu müsbət dəyərləndiriblər.

 

Versus.Az xəbər verir ki, bu dəvəti yüksək qiymətləndirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bu münasibətlərin daha da dərinləşəcəyinə ümid etdiyini vurğulayıb:

 

“Bəyannamənin bir illiyi ilə bağlı keçirilən tədbirə müxalifətin dəvət alınması çox müsbət bir haldır. Bu dəvəti yaranmış iqtidar-müxalifət münasibətlərin bir addım irələyiş kimi qiymətləndirmək olar. Vacib olan və davam edən iqtidar-müxalifət dialoqu Azərbaycan dövlətçiliyinin qorunması və inkişafı üçün, eləcə də Azərbaycanın timsalında regionun dayanıqlı inkişafını təmin edən bir vasitədir. Azərbaycanda demokratik münasibətlərin inkişafı naminə partiyalara dövlət tərəfindən ayrılan diqqət artır. Ümid edirəm ki, bu münasibət daha da dərinləşəcək və müxalifət dövlət idarəetməsində iştrak edəcək”.

 

Partiya sədri qeyd edib ki, iyunun 15 Şuşa Bəyannaməsinin bir illiyi ilə bağlı Şuşa şəhərində keçirilən tədbirdə Azərbaycan və Türkiyə siyasi rəsmilərin də iştirakı ölkələrimizin birliyi, qardaşlığı baxımından dünyaya həm də bir mesajdır:

 

"Azərbaycan və Türkiyə üçün bu Bəyannamə çox vacib bir sənəddir. Şuşa bəyannaməsinin mahiyyəti hərbi, siyasi, iqtisadi, mədəni sahələr üzrə, faktiki olaraq, dərinləşmiş Türkiyə-Azərbaycan münasibətlərinin sənəd halına salınmasıdır".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əsgərimizin gücü, ordumuzun döyüş ruhu öz yerində..."

104 yaşın mübarək, Şanlı Ordu!

"Ordu dövlətimizin onurğa sütunudur"

Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılacaq

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ümummili liderin arzusu, ali baş komandanın qüruru, xalqımızın inamı

"Bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi"

“Mənin atam qəhrəmandır” - KONSERT

Ağrıkəsici təsirli çay RESEPTİ

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana təbrik mesajı

Azərbaycan Silahlı Qüvvələri - 104

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

Damarları təmizləyən möcüzə qarışım

Meymunçiçəyi cinsi yolla keçir?

Şüşə oğlanın NADİR XƏSTƏLİYİ