Qəbələdə dəhşətli QƏZA

11:13 16-06-2022 | icon 378 | Hadisə
Qəbələdə dəhşətli QƏZA

Ata öldü, oğlu xəsarət aldı

 

Qəbələdə avtomobil ağaca çırpılıb, ata ölüb, oğlu xəsarət alıb.

 

“Report”un məlumatına görə, hadisə bu gün səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Nic qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Oğuz rayonunun Kərimli kənd sakini, 1994-cü il təvəllüdlü Pərvin Əlövsət oğlu Əskərovun idarə etdiyi VAZ-2107 markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin - sürücünün atası, 1963-cü il təvəllüdlü Bəylər Əlövsət oğlu Əskərov hadisə yerində ölüb. Qəza zamanı 28 yaşlı P.Əskərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Gülnarə Xəlilovanın "Xarıbülbül" və "Qarabağ" kolleksiyaları Rusiyada

Ermənistan bu fürsəti QAÇIRMAMALIDIR

Riyaz Sarıkahya Dövlət Bağçalı ilə görüşüb

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib

"Ordumuza və Prezidentə dəstək olaq"

Bu gün "Qarabağ" "Ferentsvaroş" matçı keçiriləcək

Meyitləri yandırmaq çətinləşəcək

Üç məhkumun gözləri ÇIXARILACAQ

Park Cinemadan uşaqlar üçün xüsusi NÜMAYİŞ

Bu gün daha 5 oyun keçiriləcək

Bakıda MER SEÇKİLƏRİ GÖZLƏNİLƏNDİR?

III təsnifat mərhələsinin ilk oyunları keçirilib

VAR müzakirələrini azarkeşlər də dinləyə biləcək

Günəşə yaxın yaşayış üçün uyğun planet

Erməni təxribatına qarşı tutarlı cavab...