Bakı üçün xüsusi əhəmiyyət kəsb edən FORUM

10:12 17-06-2022 | icon 280 | Geopolitika
Bakı üçün xüsusi əhəmiyyət kəsb edən FORUM

 Rəşad Bayramov: “Forum təkcə Azərbaycanı deyil, bütün dünyanı düşündürən məsələləri ehtiva edir"

 

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Qlobal Bakı Forumu keçirilib.

 

Sayca 9-cu olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlər müzakirə olunur. Forumun Bakı üçün əhəmiyyəti nədir?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə vəziyyəti hafta.az'-a şərh edən politoloq Rəşad Bayramov bildirib ki, Qlobal Bakı Forumu dünyada cərəyan edən vacib məsələləri müzakirə edən mühüm platformadır və Bakı üçün xüsusi əhəmiyyət kəsb edir.  

 

"Çünki bu platforma müxtəlif xarici dövlətlərin keçmiş hökumət və dövlət başçılarını, eksperlərini öz ətrafında birləşdirir. Məlum olduğu kimi qlobal   Forumun əsas təşkilatçısı kimi çıxış edən beynəlxalq mərkəz öz sıralarında Avropa qitəsinin 25 ölkəsindən, Amerika qitəsinin 2, Asiya qitəsinin 12, Afrika qitəsinin 4 ölkəsindən ayrı -ayrı görkəmli şəxsləri öz ətrafında birləşdirir. Forum təkcə Azərbaycanı deyil, bütün dünyanı düşündürən məsələləri ehtiva edir. İndiki  Rusiyanın Ukraynaya təcavüzü dönəmində, Yunanıstanın Türkiyə ilə gərgin münasibətləri fonunda Forum daha əhəmiyyətli status alır"

  

Politoloq bu gün Bakının dünyada cərəyan edən prosesləri müzakirə etmək üçün vacib məkana çevrildiyini qeyd edib. Onun sözlərinə görə, bu faktın özü də mühüm məqamdır.

 

" Bu Forumda dünyanın nəhəng intellektual potensialı cəmləşib. Zəngin təcrübəli şəxslərin bir araya toplaşması forumun əhəmiyyəyini artırmaqla, müzakirə olunan məsələ ilə bağlı müəyyən bir yol xəritəsini cızır". /hafta.az/

 

TAHİRƏ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əsgərimizin gücü, ordumuzun döyüş ruhu öz yerində..."

104 yaşın mübarək, Şanlı Ordu!

"Ordu dövlətimizin onurğa sütunudur"

Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılacaq

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ümummili liderin arzusu, ali baş komandanın qüruru, xalqımızın inamı

"Bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi"

“Mənin atam qəhrəmandır” - KONSERT

Ağrıkəsici təsirli çay RESEPTİ

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana təbrik mesajı

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

Azərbaycan Silahlı Qüvvələri - 104

Damarları təmizləyən möcüzə qarışım

Meymunçiçəyi cinsi yolla keçir?

Şüşə oğlanın NADİR XƏSTƏLİYİ