"Tarix fərqlilərin fırçasında" - MUZEYDƏ SƏRGİ

18:54 16-06-2022 | icon 312 | Cəmiyyət
"Tarix fərqlilərin fırçasında" - MUZEYDƏ SƏRGİ

Muzeydə "Tarix fərqlilərin fırçasında" adlı sərgi-tədbirin açılışı olub.

 

Versus.Az xəbər verir ki, "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsi çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyində ilk dəfə olaraq sağlamlıq imkanları məhdud yaradıcı uşaqların iştirakı ilə keçirilən bu sərgi-tədbir Milli Azərbaycan Tarixi Muzeyi, “Ümid var” Könüllülər Təşkilatı, “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbiri giriş sözü ilə muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi açıb.

 

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Jalə Əhmədova, Azərbaycan Respublikasının Əməkdar artisti Fərqanə Qasımova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-dramaturq Seyran Səxavət, “Ümid var” Könüllülər Təşkilatının rəhbəri Nazilə Məhərrəmova çıxış ediblər.

 

Qeyd edək ki, muzey fəaliyyətə başladığı gündən etibarən Azərbaycanın tarixi və mədəni irsinin öyrənilməsi, qorunması, eləcə də təbliği və təşviqi işinə böyük önəm verib.

 

"Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsinin məqsədi də muzey eksponatlarını təbliğ etmək, məktəblilərə ölkəmizin tarixinə dair yeni biliklər vermək və gələcək peşə seçimlərinə yardım etməkdir.

Layihənin budəfəki tədbirinin keçirilməsində məqsəd əlilliyi olan uşaqların öz istedad və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq, onların sosiallaşmasına, cəmiyyətə inteqrasiya olunmalarına dəstək olmaqla bərabər inklüzivləşməyə tövhə verməkdir. Ümumilikdə 35 əlilliyi olan uşağın iştirakı ilə həyata keçən layihə həm də onların Azərbaycan tarixi ilə bağlı maariflənməsi istiqamətində də mühüm xarakter daşıyır.

 

Sərgidə daun sindromlu, serebral iflic, autizm, eşitmə məhdudiyyətli və digər diaqnozlu əlilliyi olan 16 yaradıcı uşağın əsəri nümayiş olunub.

 

Yüksək səviyyədə təşkil olunmuş tədbirdə əməkdar artist Fərqanə Qasımovanın dəstəyi ilə autizm sindromlu Ramiz Ağayev “Bayatı Şiraz” muğamını ifa etmiş, bəstəkar-pianoçu Tural Məmmədlinin müşayiəti ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xarıbülbül” şeri Nigar Babayeva tərəfindən səsləndirilmiş, eşitmə əlilliyi olan Şəhla Nağıyeva jest dilində təqdimat etmiş, “Günay Muradi” Müasir Rəqs Akademiyasının tipik uşaqları ilə müxtəlif kompozisiyalar nümayiş etdirilmişdir.

 

Tədbirin sonunda layihə iştirakçıları muzey tərəfindən sertifikatla təltif olunub, onlara sponsorların hədiyyələri təqdim edilib.

 

Layihənin rəhbəri muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlıdır.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əsgərimizin gücü, ordumuzun döyüş ruhu öz yerində..."

104 yaşın mübarək, Şanlı Ordu!

"Ordu dövlətimizin onurğa sütunudur"

Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılacaq

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ümummili liderin arzusu, ali baş komandanın qüruru, xalqımızın inamı

"Bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi"

“Mənin atam qəhrəmandır” - KONSERT

Ağrıkəsici təsirli çay RESEPTİ

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana təbrik mesajı

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

Azərbaycan Silahlı Qüvvələri - 104

Damarları təmizləyən möcüzə qarışım

Meymunçiçəyi cinsi yolla keçir?

Şüşə oğlanın NADİR XƏSTƏLİYİ