Müxalifət Şuşa Bəyannaməsinin 1-ci  ilindən danışdı

17:23 17-06-2022 | icon 498 | Siyasət
Müxalifət Şuşa Bəyannaməsinin 1-ci  ilindən danışdı

"Azərbaycanın dövlət suverenliyini təhdid etmək istəsələr, o zaman, yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar"

 

 

Xəbər verildiyi kimi, Azərbaycan və Türkiyənin rəsmi nümayəndələri, siyasi partiya sədrləri 2021-ci il 15 iyunda Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan və  Azərbaycan prezidenti İlham Əliyev arasında imzalanan, parlametnlər tərəfindən ratifikasiya olunan strateji Müttəfiqlik haqqında sənədinin - Şuşa Bəyannaməsinin 1 ilinin tamam olması ilə bağlı keçirilən tədbirdə iştirak üçün Qarabağın incisi Şuşa şəhərinə toplaşdılar. Dövlət protokoluna uyğun olaraq təşkil olunan tədbirdə müxalifətdən olan siyasi partiya sədrlərinin iştirakı və əhəmiyəti mühüm xətt kimi qeyd olunur. Siyasi müxalifət partiyalarının Şuşa Bəyannaməsnin 1-ci ilində iştirakı özü nədən xəbər verir və hansı mesajdir.

 

Versus.az Şuşa Bəyannaməsinin 1-ci ilində Dövlət protokoluna uyğun olaraq təşkil olunan tədbirdə iştirak edən siyasi partiya sədrlərinin məsələyə fikirlərini öyrənib.

 

 

 

Siyasi partiyalar artıq tədricən dalandan çıxmağa başlayırlar 

 

Şuşa Bəyannaməsinin 1-ci ildönümündə iştirak edən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli açıqlamasında ilk olaraq Şuşada xeyli dəyişikliklərin olduğunu deyib. O, bu gün Şuşanın təkcə mədəniyyət mərkəzi yox, həm də regionun  inzibati-siyasi mərkəzi kimi də fəaliyyət göstərdiyini bildirib. 

 

Q.Əlibəyli qeyd edib ki, Şuşa Bəyannaməsinn 1-ci ildönümünə həsr olunmuş tədbir YAP və Türkiyə Ağ Partiyasının birgə təşkilatçılığı ilə keçirilib.  Bu, Azərbaycan-Türkiyə əməkdaşlığının, həmrəyliyinin həm Qafqazda, həm də bütövlükdə regionda sülhün, təhlüksəsizliyin təminatçısı kimi məsələlərə həsr olunmaqla dünyaya verilən mesajdır. 

 

Siyasi partiyaların Şuşada tədbirdə iştirakına gəlincə, Q.Əlibəyli bunu Şuşa Bəyannaməsinə verilən dəyərlə əlaqələndirib:

 

“Şuşa Bəyannaməsi bütövlükdə regionda qüvvələr nisbətinin Azərbaycanla Türkiyənin xeyrinə dəyişdiyini təsdiq edən bir sənəddir. Bu sənəd  Azərbaycanla Türkiyənin strateji müttəfiq olduğunu bir daha təsdiq edir. Bu cür tədbirlər də bu bəyannamənin əhəmiyyətindən irəli gəlir. Qeyd etdiyim kimi, tədbir iki partiyanın təşkilatçılığı ilə hazırlanmışdı. Həmin tərdirdə təşkilatçıların nümayəndələri iştirak edirdilər. Əlavə olaraq Azərbaycanda fəaliyyət göstərən digər siyasi partiyaları da dəvət eləmişdilər. 45-dən çox siyasi partiya tədbirdə iştirak edirdi.  Bu iştirak ondan xəbər verir ki, Azərbaycanın syasi həyatında müəyyən dəyişikliklər baş verir. Siyasi partiyalar artıq tədricən dalandan çıxmağa başlayırlar. Hakimiyyətin siyasi partiyalara münasibti dəyişdiyindən və hakim partiyanın da siyasi partiyalara münasibəti tədricən dəyişir və bütün siyasi partiyaların Şuşa ilə bağlı tədbirdə bir yerdə olması simvolik bir xarakter daşıyan bir məsələdir. Bu, bütün dünyaya mesaj verir ki, Azərbaycanda siyasi partiyaların böyük əksəriyyəti Şuşa, təhlükəsizlik, Azərbaycan-Türkiyə əməkdaşlığı məsələlərində bir  yerdədir və eyni mövqedən çıxış edirlər. Bu həm də Ermənistana bir mesaj idi ki, biz bir yerdəyik. Və əksər siyasi partiyalar bir yerdə olanda,  dövlətlə, xalqla bir yerdə olanda o dövləti sarsıtmaq, xalqı əzmək olmur”.

 

Q.Əlibəyli eyni zamanda hesab edir ki, siyasi partiyaların Şuşada iştirakı iqtidar-müxalifət dialoquna stimul verə bilər. Onun sözlərinə görə, əgər ümumilli məsələlərdə bir yedə ola bilirlərsə, bir yerdə iştirak edib məsələləri müzakirə edə biliriksə, demək digər məsələlərdə də bir yerdə olma olar.

 

Partiya sədri hesab edir ki, hər bir partiyanın öz siyasi mövqeyi var və Şuşada keçirilən tədbirdə iştirak etməklə heç kəs siyasi mövqelərindən əl çəkməcəyik. Bütün hallarda Q.Əlibəyli ümumi məsələlərdə siyasi partiyalarn bir araya gəlməsini vacib saydı.

 

Partiya sədri Şuşada keçirilən tədbirdə bir neçə siyasi partiyanın iştirak etmədiyini qeyd edib:

 

“Müşahidələrimə görə Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat, VİP, KXCP  sədri Mirmahmud Mirəlioğlu, BAXC sədri Qüdrət Həsəquliyev, Azadlıq Partiyasından Əhmət Oruc tədbirdə iştirak etmədilər. Bizim səbəbini bildiyimiz, yaxud üzürlü səbəbdən iştirak etməyən partialar var idi. Böyük ehtimala AXCP, Müsavat, VİP dəvətdən imtina ediblər. Onların mövqeyi bəllidir, onlar bu cür tədbirlərdə iştiakı qəbul eləmirlər. Özləri bilər. Digər bəi partiya sədrləri isə səhhətləri ilə bağlı iştirak etməyiblər.

 

Q.Əlibəyli bildirib ki, tədbirdə Şuşa Bəyannaməsindən keçən 1 il ərzində həmin bəyananamənin  müddüəlarının icrası ilə bağlı hansı işlərin görülməsi ilə bağlı məlumatlar verilib, bir neçə istiqamətlər üzrə işlər görüldüyünü deyib:

 

“Ən birinci məqam siyasi əməkdaşlığın inkişaf etdirilməsidir, bu da nəticədə regionda, sülün təhlüksizliyin təmin  olunmasına gətirib çıxarmalıdır. Bu barədə hər iki  xarici işlər nazirlərinin müavinləri çıxış elədilər. Hərbi təhlüksəzilik istiqamətində görülən işlər barədə Müdafiə nazirlərinin müavinləri məlumat verdilər. Eləcə də iqtisadiyyat, turizm, mədəniyyət sahələrində görülən işlərin yekunları haqqında danışıldı. Hər iki ölkənin Kənd Təsərrüfatı nazirləri Mədəniyyət nazirləri, Turizm idarələri görülən işlər, perspektivlər barədə məlumat verdilər. Bununla dünyaya mesaj verdi ki, Şuşa Bəyannaməsi sadəcə sözdə qalmayıb və artıq icra olunmağa başlayan bir bəyannamədir. Və  artıq regionda siyasi situasiyanın dəyişilmsinə nail olmuşuq”.

 

Q.Əliyev dedi ki, Şuşa Bəyannaməsinin 1 ilində göstərildi ki, Azərbaycan – Türkiyə əmədaşlığı iqtisadi, sosial mədəni əməkdaşlıq səviyyəsidə deyil, həm də bütünlükdə geosiyasi baxımdan əhəmiyyətli hadisədir və əbədiyyətə hesablanıb:

 

“Bunun önəmi daha çox idi. Bu həm Rusiyaya, həm Ermənistana həm də digər dövlətlərə verilən bir mesaj idi ki,  Azərbaycan-Türkiyə əməkdaşlığı regionda təhlükəsiliyin təminatçısıdır. Geosiyasi vəziyyətin dəyişməsinə nail olur və gələcəkdə də bu dəyişilməyə nail olacaq”.

 

 

“Müxalifət partiyalarının və parlament üzvlərinin Şuşa şəhərinə toplaşması "Dəmir Yumruq" əməliyyatıın davamıdır”

 

Azərbaycan KP MK-nın sədri Rauf Qurbanov açıqlamasında bildirib ki, Qarabağ savaşının ilk günündən Azərbaycanda fəaliyyət göstərən, müxalifətdə olan  bütün siyasi partiyalar - bir-iki partiya istisna olmaqla torpaqlarımızın  düşmən işğalından azad olunaraq ərazi bütövlüyümüzün təmin olunması istiqamətində bir yumruq kimi Ali Baş Komandanın ətrafında sıx birləşdi. Bu birləşmə cəmiyyətdə sağlam ictimai-siyasi şüuru formalaşdırdı və əsgərlərimizdə  ruh yaratdı. Nəticədə, Azərbaycan Respublikasının Müzəffər  Ordusu Zəfər qələbəsi çaldı:

 

“Əgər bir qədər yaxın keçmişə qısa ekskursiya etsək, birinci Qarabağ müharibəsi ərəfsində  məhz müxalifət- iqtidar birliyinin olmamasından cəmiyyətdə fikir ayrılığı yarandı və bunun  nəticəsində də 20% ərazimiz işğal olundu, bir milyona yaxın soydaşlarımız  öz doğma ata-baba yurdlarından didərgin düşdülər. Bu məğlubiyyətdən 30 ilə yaxın bir vaxt keçdikdən sonra Azərbaycan cəmiyyəti tamamı ilə dəyişdi. İqtidarla müxalifət arasında ehtibarlı müttəfiqlik yarandı, cəmiyyət  bütövləşdi və nəticədə bir daha təkrar edirəm, torpaqlarımızın düşmən əsarətindən azad olundu”.

 

R.Qurbanov bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbədən sonra 2021-ci ilin iyunun 15-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə, Türküyə dövlətinin başçısı Rəcəb Təyyub Ərdoğan arasında imzalanmış “Şuşa bəyannaməsi” və həmin  bəyənnamənin AR MM-də radifikasiya olunması, Azərbaycan -Türküyə münasibətlərinin yeni mərhələsinə keçiddir:

 

“İki qardaş dövlətlər arasında strateji müttəfiqlik haqqlnda sənədin imzalanmasının  ildönümü münasibəti ilə dövlət pratakoluna uyğun olaraq müxalifət partiyalarının  rəhbərlərinin və  parlament üzvlərinin  Şuşa şəhərinə toplaşması və mövzu ilə əlaqədar aparılan müzakirələri 27 sentyabr 2020-ci ildə başlamş  Vətən müharibəsi  və ya "Dəmir Yumruq" əməliyyatıın davamı kimi dəyərləndirirəm”.

 

 

“Siyasi partiyaların prosesdə iştirakı müsbət haldır”

 

ALDP sədri Fuad Əliyev açıqlamasında bildirib ki, Şuşa Bəyannamənin bir illiyi ilə bağlı keçirilən tədbirə müxalifətin dəvət alınması çox müsbət bir haldır:

 

"Tədbirdə Azərbaycan və Türkiyə siyasi rəsmilərinin iştirakı dövlət protokoluna uyğun keçirilib. Şuşa Bəyannaməsi təkcə bizim dövlət maraqlarına deyil, ümumiyyətlə, Türk Dünyasının milli maraqlarını, regionun maraqlarını əhatə edir. Ona görə də müxalifətin belə bir tədbirdə iştrakı təbiidir. Hesab edirəm ki, dövlətin milli maraqları, bötüvlüyümüzlə bağlı  məsələlər harda varsa, həmin tədbirlərdə müxalifətin iştrakı lazımdır”.

 

Partiya sədri hesab edir ki, tədbirdə aparılan müzakirələr, çıxışçıların dediyi fikirlər regionda sabitliyi pozmaq istəyən qüvvələrə verilən bir mesajdır:

 

“Türkiyə Şuşa Bəyannaməsi ilə açıq şəkildə bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid baş verərsə, ordusu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Söhbət əsrlərdir bölgədə “erməni məsələsi” adı altında öz dövlət maraqlarını reallaşdıran dövlətlərdən gedir. Bundan sonra bütün qonşu dövlətlər və dünya ictimaiyyəti Azərbaycanın dövlət suverenliyini təhdid etmək istəsə, o zaman yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar".

 

 

 

 "Bu dövlətin maraqlarına xidmət edən bir tarixi sənəddir” 

 

Tərəqqi və Dirçəliş Partiyasınım sədri Ramil Hüseynov bildirib ki, Şuşa bəyannaməsi umumilikdə bizim üçün çox önəmli bir sənəddir:

 

"Bəyannamə Tarixin gərgin və həssas məqamında imzalandı. Bu bəyannamə Cənubi Qafqaza yeni siyasi nəfəs gətirdi. Hər halda bu sənədin ərsəyə gəlməsinin dərin kökləri və siyasi çalarları var. Bu, bizim bölgədə mövqelərimizin daha da möhkəmlənməsinə, o cümlədən beynəlxalq  arenada ölkəmizə munasibətin musbət mənada dəyişməsinə zəmin yaratdı. Bu baxımdan bu dövlətin maraqlarına xidmət edən bir tarixi sənəddir”.

 

Ramil Hüseynli hesab edir ki, ölkədə siyasi ictimai camiyənin prosesdə iştrakı musbət dəyərləndirilməlidir:

 

"Dövlətimizin möhkəmlənməsi, inkşafı üçün atılan butun siyasi addımları yuksək qiymətləndirirəm". /hafta.az/

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əsgərimizin gücü, ordumuzun döyüş ruhu öz yerində..."

104 yaşın mübarək, Şanlı Ordu!

"Ordu dövlətimizin onurğa sütunudur"

Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılacaq

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ümummili liderin arzusu, ali baş komandanın qüruru, xalqımızın inamı

"Bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi"

“Mənin atam qəhrəmandır” - KONSERT

Ağrıkəsici təsirli çay RESEPTİ

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana təbrik mesajı

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

Azərbaycan Silahlı Qüvvələri - 104

Damarları təmizləyən möcüzə qarışım

Meymunçiçəyi cinsi yolla keçir?

Şüşə oğlanın NADİR XƏSTƏLİYİ