“Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizi...”

23:06 17-06-2022 | icon 246 | Siyasət
“Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizi...”

Zaur Məmmədov: “Prezident Forumda tarixi dünya ictimaiyyətinin, ermənilərin yadına salmış oldu”

 

IX Bakı Qlobal Forumu dünyanın nəzərlərini növbəti dəfə Azərbaycana yönəldib. Azərbaycan dünya ölkələrindən gələn keçmiş dövlət rəsmilərinin prizması ilə növbəti dəfə sülh, əməkdaşlıq mesajını verən platformadır. Heç şübhəsiz ki, Bakı Qlobal Forumunun əhəmiyyəti Bakı üçün birmənlı olaraq keyfiyyətcə müsbət bir tədbir kimi, səciyyələndirilir. Ekspertlər dünyanın maraqlı güclərinin ölkəmizlə bağlı məqsəd və niyyətlərinin bir daha aydınlaşacağı qənaətində olmaqla yanaşı, fikir və müzakirələrinin, bir sıra məsələlərin önə çıxarılmasını təsadüfi hesab etmir.

 

Ümumən Qlobal Bakı Forumu bizə hansı vədləri verir?

 

Versus.Az xəbər verir ki, politoloq Zaur Məmmədov şərhində bildirib ki, coğrafi cəhətdən kiçik olan Azərbaycanın nəinki regional miqyasda keçirilən tədbirlərə ev sahibliyi etməsi, təşkilatçısı olması, həm də dünyada aktual problemləri müzakirə edən beynəlxalq əhəmiyyətli qlobal problemlərin və məsələlərin həllinə yönələn bir platformaya çevrilməsi ölkəmiz üçün çox müsbət haldır.

 

Onun fikrincə, əgər Bakı Platforması doğrudan da aktual olmasaydı biz 9-cu dəfə dünyanın tanınmış hazırki, keçmiş liderlərinin, eyni zamanda ayrı-ayrı dövlət xadimlərinin Bakıya şəklməsinə şahidlik etməyəcəkdik:

 

“Biz gördük ki, 50-dən çox ölkənin 400-dən çox nümayəndəsi bu tədbirə qatılıb. Tədbirdə bəzi ölkələrin və ayrı-ayrı beynəlxalq təşkilatların liderlərindən, sədrlərindən tutmuş, müxtəlif siyasi xadimləri var. Hansı ki, onlar öz ölkələrində, ayrı-ayrı təşkilatlarda xüsusi fikrə sahibdirlər. Onların fikirləri cəmiyyətə, ayrı-ayrı siyasi qruplara təsir etmək imkanına malikdir.  Bu məqam hazıırda regional həqiqətlərin dünyaya çatdırılmasında çox mühüm amildir. Biz bununla  o imici yaratmış oluruq ki, hətta beynlxalq əhəmiyyətli qlobal problemləri müzakirə edən dialoq mühitini onlara verə bilirik”.

 

 Pandemiya dövründə prezident İlham Əliyevin  bu istiqamətdə tutarlı siyasət apardığını, Afrika, Asiyanın və bir çox ölkələrin Azərbaycana daha çox rəğbət bəsləməsinə nail olduğunu dedi. Politoloq bildirib ki, hazırda Ukrayna hadisələri fövqündə dünya xüsusi durum yaşayır:

 

“Təsadüfi deyil ki, Prezidentin çıxışında aclığın gözlənilməsi ilə bağlı çıxış etdi, dünyadakı hazırki çağırışlar haqqında danışdı. Əlbəttə ki, biz bu gün həm də ən maraqlı mövzular qismində  Azərbaycan üçün çox vacib mövzu sayılan Qarabağ ətrafında, Azərbaycan-Ermənistan arasında baş verənlər haqqında diqqətə çatdırılası məsələlərin müzakirə olunduğunun şahidi olduq. Və  Prezident açıq şəkildə Ermənistana, eyni zamanda Ermənistana himayədarlıq edən qurumlara xəbərdarlıq etdi ki, Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz İrəvan tərəfindən tanınmalıdır. Əks təqdirdə Azərbayan da Ermənistan sərhədlərini tanımayacaq”. 

 

Z.Məmmədov tarixə söykənərək bildirib ki, 1920-ci ildə Azərbaycanın sovetlər birliyinə daxil olmasından 6 ay sonra bizim icazəmiz omadan, heç bir hüquqi bazaya malik olmadan  Zəngəzur iki yerə parçalandı və Qərbi Zəngəzur Ermənistana verildi:

 

“Bu fakt özü yolverilməz addım idi. Və mən düşünürm ki, cənab Prezident heç də bu məsələyə elə - belə toxunmadı. İnanıram ki, zaman gələcək heç bir hüquqi sənəd olmadan torpaqlarımızın Ermənistana qanunsuz şəkildə verilmsi gündəliyə gətiriləcəkdir.  Bu mənada da Prezident Forumda tarixi dünya ictimaiyyətinin, ermənilərin yadına salmış oldu”. 

 

Politoloq hesab edir ki, Prezidentin çıxışı zamanı maraq doğuran digər məqam  ATƏT-in Minsk Qrupu ilə bağlıdır:

 

“O bildirdi ki, artıq Minsk Qrupu yoxdur, onlar təqaüdə getməlidirlər. Ukrayna mühaibəsi və orada təmsil olunan dövlətlər arasındakı nifaq qrupun fəaliyyətinə nöqtə qoymuş oldu. Həm də Qarabağdakı separatçılara və Ermənistandakı müxalifətə bir ismarıc verdi ki, Minsk Qrupuna bel bağlamayın, bu qrup artıq həlli bitmiş Qarabağ məsələsini müzakirə edə bilməz. Ən yaxş halda Minsk Qrupu Azərbaycan-Ermənistan sərhddi, sülhlə bağlı hansısa məsələləri müzakirə platformasına çevirə bilərdi, amma artıq gecdir, onun fəaliyyətinə yekun vurulub. Cənab Prezident çıxışı zamanı Zəngəzur məsələsinə toxundu və dedi ki, Laçın dəhlizi kimi Zəngəzur dəhlizi də tez bir zamanda reallaşmalıdır.  Bu da Ermənistana vacib bir mesajdır ki, əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizi ilə bağlı məsələ Azərbaycan tərəfindən həll ediləcək. Laçın dəhlizinin bağlanıb qalmasna Bakı qərar verəcəkdir”.

 

Z.Məmmədov hesab edir ki, ümumilikdə 3 gün davam edəcək Bakı Qlobal Forumu böyük əhəmiyyət daşıyır:

 

“Çünki Bakıya gələn qonaqlar bilavasitə reallıqla tanış olurlar. Eləcə də, siyasi proseslərdən əlavə onlar Azərbycan tarixi, mədəniyyəti ilə, Qarabağla tanış olacaqlar.  Təbii ki, bu, insanlarda müəyyən fikirlərin yaradılmasına gətirib çıxardacaq. Əlbəttə, bu qədər xarici ölkə vətəndaşlarının ölkəyə təşrif buyurması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ən vacib məsələlərdən biridir və bu, Bakı üçün müsbət nəticələr verəcək”. /hafta.az/

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əsgərimizin gücü, ordumuzun döyüş ruhu öz yerində..."

104 yaşın mübarək, Şanlı Ordu!

"Ordu dövlətimizin onurğa sütunudur"

Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılacaq

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ümummili liderin arzusu, ali baş komandanın qüruru, xalqımızın inamı

"Bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi"

“Mənin atam qəhrəmandır” - KONSERT

Ağrıkəsici təsirli çay RESEPTİ

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana təbrik mesajı

Azərbaycan Silahlı Qüvvələri - 104

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

Damarları təmizləyən möcüzə qarışım

Meymunçiçəyi cinsi yolla keçir?

Şüşə oğlanın NADİR XƏSTƏLİYİ