"Forumda dünyada mövcud olan aktual məsələlər müzakirə olunur"

23:16 17-06-2022 | icon 291 | Siyasət
"Forumda dünyada mövcud olan aktual məsələlər müzakirə olunur"

Fikrət Sadıqov: “Bakı Qlobal Forumu kifayət qədər əhəmiyyətli və önəmli tədbirdir”

 

IX Qlobal Bakı Forumu davam edir. Dünya növbəti dəfə Azərbayandan verilən mesajları qəbul etməklə, təhlillər aparır. Bir çox ekspertlər Forumun Davos İqtisadi Forumu və Münhen Təhlikəsizlik Konfransı ilə müqayisəsini aparmaqla, Bakı Forumunda diqqət çəkən mühüm məqamları önə çəkiblər.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə şərh verən politoloq Fikrət Sadıqov bildirib ki, Davosun iqtisadi, Münhenin isə təhlükəsizlik məsələlərini əhatə etməsi, Bakı Qlobal Forumunun siyasi, qlobal və  universal xarakter daşıması, beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə etməsi xüsusilə əhəmiyyətlidir.

 

Onun fikrincə, Forumun gündəliyi,  iştirakçıların yüksək statusunun olması, dünyada foruma olan marağın əsasıdır:

 

“Əgər Davosda sırf iqtisadi məsələlər müzakirə olunursa, Münhendə konkret siyasi problemlər gündəmə çıxarılırsa, artıq Bakıda keçirilən Qlobal Forumda həm siyasi, həm iqtisadi, enerji təhlükəsizliyinin qorunmasına həsr olunan müzakirələr gündəmə çıxarılır, problemlər ciddi şəkildə müzakirə olunur. Bunun özu də əhəmiyyətli məqamdır.”

 

F.Sadıqov hesab edir ki, Bakı Qlobal Forumu kifayət qədər əhəmiyyətli və önəmli tədbirdir. Forum eləcə də olduqca aktual məsələlərin müzakirəsinə çevrilən arenadır. Onun fikrincə, Forumda hazırda dünyada mövcud olan ən aktual məsələlər fəal şəkilddə müzakirə olunur, problemlərdən çıxış yolları axtarılır:

 

“Forumda Albaniya, Bolqarıstan, Gürcüstan və digər ölkələrin fəaliyyətdə olan rəhbərlərinin, çoxsaylı ölkələrin keçmiş rəhbərlərinin, tanınmış ictimai-siyasi xadimlərin, aparıcı ekspertlərin, habelə Ümumdünya Səhiyyə Təşkilatının, Ərəb Dövlətləri Liqasının və s. rəhbərlərinin iştirakı. Britaniya, İtaliya, Latviya və digər ölkələrin rəhbərlərinin müraciətləri xüsusilə əhəmiyyətli məqamdır”.

 

F.Sadıqov qeyd edib ki, Forumda bizim üçün əsas problem olan Ermənistan-Azərbaycan post-münaqişə vəziyyətinin müzakirəsi baş verdi və dövlət başçımız bu məsələ ilə bağlı ətraflı fikirlər söylədi. Onun sözlırinə görə, bu məsələlərin Bakıya gələn br sıra görkəmli istimai-siyasi xadimlərin yanında qaldırılması və onların bu məsələlərin müzakirəsinə cəlb edilməsi əlbətə ki, ancaq bizim xeyrimizə ola bilər.

 

Politoloq hesab edir ki, Bakı artıq ənənəvi olaraq belə formların keçirilməsində daimi bir müzakirə platformasina çevrilib:

 

“Digər həqiqət də odur ki, bir çox dövlətlər bunu dərk edir, başa düşür, razılaşır və Bakını-Azərbaycanı belə bir meydan verilməsinə görə yüksək qiymətləndirirlər. Bu, Azərbaycanın xarici siyasətinin əsas üstünlükləridir. Hər -halda burda müzakirə olunan məsələlər, o cümlədən təhlükəsizlik məsələləri, dövlətlərarası bir sıra münaqişlər, risklər  dünyada baş verən digər çağrışlar  dünyanı maraqlandıran və eyni zamanda  narahat edən məsələlərdir.  Hesab edirəm ki,  bu ənənəvi Forum bundan sonra da davam olunacaq. Çünki dünya birliyi Bakının bu təşəbbüsünü yüksək qiymətləndirir.  Burda aparılan müzakirələr onların tam maraqlarına cavab verir”. /hafta.az/

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əsgərimizin gücü, ordumuzun döyüş ruhu öz yerində..."

104 yaşın mübarək, Şanlı Ordu!

"Ordu dövlətimizin onurğa sütunudur"

Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılacaq

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ümummili liderin arzusu, ali baş komandanın qüruru, xalqımızın inamı

"Bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi"

“Mənin atam qəhrəmandır” - KONSERT

Ağrıkəsici təsirli çay RESEPTİ

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana təbrik mesajı

Azərbaycan Silahlı Qüvvələri - 104

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

Damarları təmizləyən möcüzə qarışım

Meymunçiçəyi cinsi yolla keçir?

Şüşə oğlanın NADİR XƏSTƏLİYİ