“Ermənistan statusdan danışırsa, biz də Qərbi Azərbaycan statusunu qaldıra bilərik”

23:34 17-06-2022 | icon 412 | Siyasət
“Ermənistan statusdan danışırsa, biz də Qərbi Azərbaycan statusunu qaldıra bilərik”

Elman Nəsirov: “Bu çox mühüm mesajlardan birdir və Ermənistan rəhbərliyi mütləq bunu nəzərə almalıdır”

 

Bu gün dünyanın nəzərləri Bakıda keçirilən IX Qlobal Bakı Forumuna zillənib. Forumun əhəmiyyəti, tədbirdə dövlət başçısı İlham Əliyevin verdiyi mesajların yükü, tutumu ilə müqayisə olunaraq təhlil olunmaqdadır.

 

Prezident Forumdan dünyaya hansı mesajı verdi?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə  açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov Forumda çıxış edən dövlət başçısı İlham Əliyevin tədbirin qlobal əhəmiyyəti barədə fikirlərinə diqqət çəkib.

 

E.Nəsirov qeyd edib ki, iyun ayının 16-da başlayan IX Bakı Qlobal Forumu ölkə prezidentinin himayəsi altında keçirilib. O, cənab Prezidentin geniş, əhatəli proqram xarakterli çıxış etdiyini qeyd edərək, bir sıra mühüm nüanslara diqqət çəkib:

 

“Cənab Prezident vurğuladı ki, bu gün təhlükəsizlik məsələləri birnömrəli məsələyə çevrilib. Çünki dünyamız dəyişib və yeni reallıqlar formalaşıb. Prezident qeyd etdi ki, bu, həm də təhlükəsizlik baxımından yeni reallıqları ortaya qoyur. Cənab prezidentin çıxışında yeni reallıqlar fonunda ərzaq təhlükəsizliyi, ərzaq planı ilə bağlı məsələlər də ön plana çəkildi. Xüsusilə vurğulandı ki, Rusiya-Ukrayna müharibəsi fonunda ərzaq böhranı məsələsi müasir dünyamız üçün əsas təhdidlərdən birinə çevrilib. Buna görə də böyük dövlətlər bu məsələnin həllində olduqca operativ addımlar atmalıdır və bu, artıq qaçılmaz reallıqdır”.

 

E.Nəsirov Prezidentin çıxışında enerji təhlükəsiliyi məsələlərinə toxunmasına diqqət çəkib:

 

“Prezident qeyd elədi ki, hansı ölkələr neftin, qazın qiymətinin qalxmasından sevinirsə, bu yanlış yanaşmadır. Çünki bu istehsalçı və istehlakçılar arasında  qeyri-bərabərliyin yaranmasına gətirib çıxardır. Prezident “Ona görə də bizə sabit və təhlükəsiz bazar lazımdır”-deyə bildirib”.

 

E.Nəsirov ölkə prezidentinin Cənubi Qafqazda mövcud durum və onun təhlükəsizliklə bağlı məsələlərə diqqət çəkib və post-müharibə dövrünün həllini gözləyən məsələlərinə toxunub. O, Prezident İlham Əliyevin üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsi zəruriliyi, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı tələbin yerinə yetirilməsinin sülh və sabitliyin təmin olunmasının təməl sütunu olması, bu tələblərin icra olunmadığı təqdirdə atıla biləcək anoloji addımlara diqqət çəkib.

 

E.Nəsirov Prezidentin əgər Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları davam edəcəksə, Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü şübhə altına almağa tam əsası olacağı və bunun üçün siyasi, tarixi, hüquqi və digər əsasların olmasını tarixi faktlarla qeyd etməsini xüsusilə vurğulayıb:

 

“Prezident bir daha söylədi ki, Azərbaycan sülh müqaviləsi imzalamağa hazırdır və biz mövqeyimizi ifadə etmişik. Dünyada çox az analoqu olan hadisələrdən biridir ki, biz qalib dövlət olaraq regiona sülhün gəlməsini istəyirik, regionda dayanıqlı, davamlı təhlüksizlik mühitinin formalaşmasını istəyirik. Prezident bu kontekstdə vurğuladı ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün artıq komissiya yaradıb. Amma təəssüf ki, Ermənistan tərəfindən buna doğru addım atılmır. Eyni zamanda qeyd elədi ki,  artıq sərhədlərin delimitasiyası ilə bağlı hər iki ölkənin sərhəd komissiyaları formalaşıb və ilk iclasları da sərhəddə keçirilib ki, bu da müsbət hadisədir”.

 

E.Nəsirov vurğuladı ki, Prezident öz çıxışında dünyaya mesaj verərək, Azərbaycanın sabit, dayanıqlı və inkişaf regionuna çevrilməsi üçün Qarabağ münaqişəsinin həllinin buna unikal imkan yaratmasını qeyd edib:

 

“Prezident bildirdi ki, bütün bu reallıqlar fonunda Ermənistan başqa bir davranışı ilə regionda davamlı sülhün yaranması üçün yenidən təhlükəyə çevrilib. Ermənistanın siyasi rəhbərliyi, Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul etsə də, yenə də qondarma Dağlıq Qarabağın statusu məsələsini ortaya atırlar. Bu, regionda yenidən qarşıdurmanın yaranmasına gətirib çıxarda bilər. Əgər belə addım atmaqla Azərbaycanın ərazi bütövlüyünü sual altında qoymaq istəyirlərsə, onda biz də eyni məntiqlə başqa bir məsələni gündəmə gətirə bilərik. Bu da Qərbi Zəngəzurla bağlı olan məsələdir”.

 

E.Nəsirov Prezidentin ATƏT MQ ilə bağlı fikirlərini, onlara ünvanladığı fikrinin xüsusi vurğu ilə deyilməsinə diqqət çəkib:

 

“Məlum olduğu kimi bu ərazilər 1920-ci ilin noyabr ayında Azərbaycandan alınıb Ermənistana verilib. Bu, tarixi Azərbaycan ərazisidir. Bu gün Ermənistan statusdan danışırsa, biz də Qərbi Azərbaycan statusunu qaldıra bilərik. Bu isə regionda gərginliyin yaranmasına gətirib çıxara bilər. Bunun məsuliyyəti də Ermənistanın üzərinə düşəcək. Bunun hansı fəsadlar törədə biləcəyini hesablamaq elə də çətin deyil. Bir daha bəyan edildi ki, Ermənistan II Qarabağ müharibəsinin nəticələrindən dərs almalıdır. Bu çox mühüm mesajlardan birdir ki, Ermənistan rəhbərliyi mütləq bunu nəzərə almalıdır”.

 

E.Nəsirov Prezidentin çıxışında bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyində çox mühüm aktor, yeni enerji mənbəyi olması ilə bağlı önə çəkdiyi fikirlərə diqqət çəkib:

 

“Artıq Rusiya-Urayna müharibəsi fonunda enerji təhlükəsizliyinun əhəmiyyəti son dərəcə artır. Artıq Avropa ölkələri bu sahədə Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək və Azərbaycanın təchizatçı ölkə olaraq öz qaz tədarükünü daha da artırmasını istəyirlər. Keçən il Azərbaycan Avropa ölkələri üçün 8, 2 milyard kub metr qaz satıb. Bu il 9 milyarad, gələn il isə 11 milyardan çox qaz satılması niyyətləri var. Amma Avropa daha çox qaz almaq niyyətini ortaya qoyub. Hal-hazırda Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoqu prosesinə start verilib. Söhbət təkcə qazdan getmir, həm də neftin, elektrik enerjisinin, hidrogen məhsullarının ixracından gedir. Bu istiqamətdə də danışıqlar gedir.

Qeyd olunub ki, hadisələrin belə ssenari ilə inkişafı proqnozlaşdırılmırdı və bərpa olan enerji məsələləri də çox əhəmiyyət kəsb edir. Cənab Prezident vurğuladı ki, il yarımdan sonra Azərbaycan külək və günəş enerjisi hesabına 700 meqabayt istilik enerjisi istehsal edəcək”.

 

E.Nəsirov Prezidentin çıxışına istinadla qeyd edib ki, Bakı Qlobal Forumu dünyanın əsas beyin mərkəzlərindn birinə çevrilib.

“Forumda aparılan araşdırmalar, təhlillər, müzakirələr nəticə etibrilə dünyamızın daha təhlükəsiz olmasına xidmət edir”-deyə, deputat Prezidentin çıxışında qeyd etdiyi nansları vurğulayıb. 

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

İmişlinin ən böyük məktəbinin əsaslı təmirə ehtiyacı var

“Silahın mistik gözəlliyi” - SƏRGİ

Prezident bu medalın əsasnaməsini TƏSDİQLƏDİ

Qurban bayramında ətin QİYMƏTİ

Zəvvarlarımızın ilk qrupu Həcc ziyarətinə yola düşüb

Azərbaycanda yeni doğulan uşaqlara 300 AZN veriləcək

Sumqayıtda DƏHŞƏT

Ermənilərin ABŞ-dan "907-ci narazılığı"na önəm verilmədi

“Çelsi” yeni oyunçu almağa hazırlaşır

ÜST-ün yeni AÇIQLAMASI

XİN başçıları Tehranda üçtərəfli görüş keçirəcək

"İqtidar-müxalifət dialoqu olmasaydı, bu partiyaların adını, mövcudluğunu bilməyəcəkdim"

Kəlbəcər istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULUB