Günə 30 qablaşdırma “Pepsi” içir

07:56 20-06-2022 | icon 126 | Maraqlı
Günə 30 qablaşdırma “Pepsi” içir

“Heç nə bu zövqü üstələyə bilməzdi”

 

“Pepsi” içkisindən asılı olan britaniyalı günə 30 dəmir qablaşdırmada sərinləşdirici qazlı maye qəbul edib.

 

41 yaşlı Endi Karri adlı kişi bildirib ki, bu vərdiş ona ildə 8 min dollar (13 min manata) başa gəlib.

 

E.Karri “Pepsi”ni ilk dəfə 21 yaşı olanda dadına baxıb:

 

“Bu içkinin dadına sözün əsl mənasında aşiq oldum. Mənim üçün heç nə bu zövqü üstələyə bilmirdi”, - britaniyalı söyləyib.

 

“Pepsi”yə yaranan həvəs E. Karrinin artıq çəki almasına səbəb olub. Həkimlər isə ona orqanizmində sürətlə şəkərli diabetin inkişaf etdiyi barədə xəbərdarlıq ediblər.

 

“Pepsi” düşkünü nəhayət psixoloq-qipnoterapevtə müraciət etməli olub.

 

E.Karrinin dediyinə görə, bir ay davam edən seanslardan sonra o, adi su içməyə başlayıb və artıq “Pepsi” onu əvvəl olduğu qədər cəlb etmir.

 

“Həyat yoldaşım Sara deyir ki, dərim indi daha yaxşı görünür. Mən də özümü daha çox enerjili hiss etməyə başlamışam”, - deyə E.Karri vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əsgərimizin gücü, ordumuzun döyüş ruhu öz yerində..."

104 yaşın mübarək, Şanlı Ordu!

"Ordu dövlətimizin onurğa sütunudur"

Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılacaq

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ümummili liderin arzusu, ali baş komandanın qüruru, xalqımızın inamı

"Bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi"

“Mənin atam qəhrəmandır” - KONSERT

Ağrıkəsici təsirli çay RESEPTİ

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana təbrik mesajı

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

Azərbaycan Silahlı Qüvvələri - 104

Damarları təmizləyən möcüzə qarışım

Meymunçiçəyi cinsi yolla keçir?

Şüşə oğlanın NADİR XƏSTƏLİYİ