“Qara ölüm”ün mənşəyi

08:15 20-06-2022 | icon 152 | Maraqlı
“Qara ölüm”ün mənşəyi

Müasir Qırğızıstan ərazisində yerləşən orta əsrlərə aid məzarlıqlardakı insan qalıqlarının DNT-si sekvensiyası 14-cü əsrdə “qara ölüm” adlanan taun epidemiyasının məhz buradan Avropaya keçdiyini göstərir.

 

Bu barədə Böyük Britaniya, Almaniya, İtaliya, Qazaxıstan və Rusiyadan olan alimlərin araşdırmasından məlum olur. Onların bununla bağlı tədqiqatları “Nature” jurnalında dərc edilib.

 

Məqalədə bildirilir ki, elm adamlarının diqqətini Qırğızıstanın Çuy vilayətindəki 1338-1339-cu illərə aid qeyri-adi çox sayda qəbirlər çəkib, özü də bu məzar daşlarının bəzilərində xəstəlikdən, qırğından bəhs edilib. Oradan 30 nəfərin qalığı çıxarılaraq Kunstkamera (Rusiya Elmlər Akademiyasının Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya muzeyinə) aparılıb və tədqiqatlara başlanılıb.

 

 

Məlumata görə, onlar Qara-Cıqaç və Buran kəndləri yaxınlığındakı məzarlıqdan ekshumasiya edilən yeddi nəfərin DNT-sini sekvensiya edə biliblər. Nümunələrin keyfiyyəti dörd genomu tərtib etməyə imkan verib. Onların da üçündə taun xəstəliyinin törədicisi olan taun çöpü (lat. “yersinia pestis”) aşkar edilib. Onun 1346-1353-cü illərdə Avropada taun epidemiyasına səbəb olan ştammların bilavasitə əcdadı olduğu üzə çıxıb.

 

Alimlərin fikrincə, taun Qırğızıstanın müasir Çuy vilayətindən keçən ticarət yolları vasitəsilə yayılıb.

 

 

“Qara ölüm” tarixdə ikinci taun pandemiyasıdır və pik həddi 1346-1353-cü illərdə qeydə alınıb. Hesab edilir ki, pandemiya həmin dövrdə Avropa sakinlərinin yarısının həyatına son qoyub. Sonra 14-cü əsrdə daha bir neçə epidemiya baş verdi, taunun ştammları isə 19-cu əsrə qədər bütün dünyada yayılmağa davam etdi.

 

“Qara ölüm”ün mənbəyi uzun müddət müzakirə mövzusu olub. Ştammın mümkün mənşə yerləri arasında əvvəllər Çin və Hindistanın adları çəkilmişdi.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əsgərimizin gücü, ordumuzun döyüş ruhu öz yerində..."

104 yaşın mübarək, Şanlı Ordu!

"Ordu dövlətimizin onurğa sütunudur"

Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılacaq

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ümummili liderin arzusu, ali baş komandanın qüruru, xalqımızın inamı

"Bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi"

“Mənin atam qəhrəmandır” - KONSERT

Ağrıkəsici təsirli çay RESEPTİ

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana təbrik mesajı

Azərbaycan Silahlı Qüvvələri - 104

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

Damarları təmizləyən möcüzə qarışım

Meymunçiçəyi cinsi yolla keçir?

Şüşə oğlanın NADİR XƏSTƏLİYİ