Cəbrayıl, Zəngilan və Şuşanın Daşaltı kəndində

11:09 20-06-2022 | icon 165 | Qarabağ
Cəbrayıl, Zəngilan və Şuşanın Daşaltı kəndində

Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi Qrupunun üzvləri və ekspertlərdən ibarət heyət iyunun 16-17-də Cəbrayıl, Zəngilan rayonlarında və Şuşanın Daşaltı kəndində yerləşən mədəni, tarixi və dini abidələrə baxış keçirmək məqsədilə bölgəyə səfər ediblər, Zəngilan rayonunun Ağalı kəndində İşçi Qrupun növbəti iclası keçirilib.

 

İşçi Qrupun üzvləri səfər çərçivəsində Cəbrayıl rayonunda yerləşən, dövrünün ən əzəmətli mühəndis qurğularından olan Xudafərin körpülərinə, Cəbrayıl rayonu ərazisində Sultan Allahverdi hamamına və Daşkəsən kəndində məscidə baxış keçiriblər. Baxış zamanı, eləcə də onun nəticələrinə dair Şuşa şəhərində keçirilən müzakirələrdə abidələrin mühafizəsi, qorunması, bərpası və inkişafı üzrə alim-mütəxəssislərin rəyi dinlənilib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

 

Səfər çərçivəsində Daşaltı kəndinin ərazisinə keçirilən baxış zamanı Dövlət Turizm Agentliyinin nümayəndələri kəndin gələcəkdə turizm məkanı kimi istifadəsi ilə bağlı İşçi Qrupun üzvlərini məlumatlandırıblar.

 

Daha sonra İşçi Qrup Zəngilan rayonuna səfər çərçivəsində Məmmədbəyi kəndindəki XIV əsrə aid Səkkizguşəli türbəyə, Malatkeşin kəndindəki XIX əsrə aid məscidə və Azərbaycanın orta əsrlər memarlığının ən qiymətli abidələrdən biri olan “Şəhri Şərifan”a baxış keçirib.

 

İşçi Qrupun üzvləri Zəngilanın Ağalı kəndində inşa edilmiş uşaq bağçası və məktəblə tanış olublar, heyətə “Ağıllı kənd” haqqında ətraflı məlumat verilib.

 

Səfər çərçivəsində mədəni, tarixi və dini abidələrə keçirilmiş baxışın nəticələrinin müzakirəsi, qarşıda duran vəzifələrin və müvafiq tapşırıqların müəyyənləşdirilməsi məqsədilə, Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi Qrupun Ağalı kəndində iclası keçirilib. İclasda aidiyyəti qurumlar ərazilərdə mədəni irsin qorunması, bərpası ilə bağlı rəy və təkliflərini bildirmiş, işğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələri və gələcəkdə məskunlaşacaq əhalinin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılacaq mədəniyyət ocaqları barədə ətraflı müzakirələr aparılıb.

 

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

İmişlinin ən böyük məktəbinin əsaslı təmirə ehtiyacı var

“Silahın mistik gözəlliyi” - SƏRGİ

Prezident bu medalın əsasnaməsini TƏSDİQLƏDİ

Qurban bayramında ətin QİYMƏTİ

Zəvvarlarımızın ilk qrupu Həcc ziyarətinə yola düşüb

Azərbaycanda yeni doğulan uşaqlara 300 AZN veriləcək

Sumqayıtda DƏHŞƏT

Ermənilərin ABŞ-dan "907-ci narazılığı"na önəm verilmədi

“Çelsi” yeni oyunçu almağa hazırlaşır

ÜST-ün yeni AÇIQLAMASI

XİN başçıları Tehranda üçtərəfli görüş keçirəcək

"İqtidar-müxalifət dialoqu olmasaydı, bu partiyaların adını, mövcudluğunu bilməyəcəkdim"

Kəlbəcər istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULUB

Körpə alveri ilə məşğul olan SAYT