Laçına qayıtmaq VAXTI

14:13 20-06-2022 | icon 384 | Qarabağ
Laçına qayıtmaq VAXTI

"Volkov, evlərimizi yandırsalar, hesabını sən verəcəksən"

 

“Evin sökülməsi dərddir, amma evdə düşmənin yaşaması ondan da böyük dərddir. Çünki bilirsiniz ki, Laçın rayonunun mərkəzində sizin evlərinizdə indi düşmənlər yaşayır. Yəni bu vəziyyətlə barışmaq mümkün deyil və biz bu vəziyyətlə barışmayacağıq.”

 

Prezident İlham Əliyev bu sözləri 2011-ci ilin 24 dekabrında, birinci xanım Mehriban Əliyeva ilə Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış qəsəbəsinin açılışında iştirak edərkən söyləmişdi.

 

 

Bu günlərdə Dövlət Televiziyası Laçın şəhərinin mərkəzindən kadrlar yaydı, sosial mediada “Laçındayıq” müjdəli paylaşımların sayı-hesabı olmadı. Bir az da səbir etməkdə fayda var, hələlik Laçın şəhərinin mərkəzindən keçib gedir avtomobillərimiz, Rusiya hərbçilərinin müşayiəti ilə. Amma bilirik, çox az qalıb, 2020-ci ilin 10 noyabr razılaşmasına əsasən, Laçın dəhlizinin alternativ marşrutu üç il müddətində hazırlanmalı, bundan sonra dəhlizin keçdiyi şəhərin mərkəzi də Azərbaycanın nəzarətinə keçməli idi. Amma Azərbaycan prosesi daha tez yekunlaşdırmağı hədəfləyib.

 

 

Bir neçə gün əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov Laçının mərkəzindən yan keçməklə tikilən avtomobil yolunun iyula qədər istifadəyə veriləcəyini açıqladı. Təqribən 28 km-lik həmin yol Laçının 6 kəndini birləşdirəcək. Həkəri çayı üzərində bir körpü də tikilib. Ancaq vəziyyət belə davam eləsə, ermənilər Laçın dəhlizinə alternativ sayılan həmin yola da uzaqdan baxa-baxa qalacaqlar. Hər halda, görünən budur ki, üçtərəfli anlaşmanı pozmağa çalışırlar, həm rəsmiləri, həm də revanşistlər adlandırılan destruktiv qüvvələr. Xəbər yayılıb ki, Ermənistanda revanşistlər Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinə qarşı təxribat hazırlayır.


“Azadlıq hərəkatı” adlanan radikal hərəkatın həmtəsisçisi Nairi Oxikyan deyib ki, hazırda onların üzvləri Laçının “müdafiəsində” fəal iştirak edir. Sarsaqlamaya diqqət edin: 

 

“Bildiyiniz kimi, Nikol Paşinyan iyulun 1-də Laçını Azərbaycana təhvil verməyi planlaşdırır. “Azadlıq Hərəkatı” indi bunun qarşısını almaq üçün fəal mübarizə aparır”. Deyib ki, müxtəlif aksiyalarla prosesi pozmağı hədəfləyiblər. “İndi biz konkret addımlar atır, müxtəlif danışıqlar aparırıq”-deyib sərsəm erməni.

 



Faktiki olaraq Azərbaycana Laçında antiterror əməliyyatına başlamaq üçün əsas verir bu ki, təxribatçı açıqlamalar. Ermənistan hakimiyyəti ziddiyyətli açıqlamaları, qeyri-adekvat davranışları ilə üçtərəfli razılaşmanın 6-cı bəndini pozmağa meyllilik nümayiş etdirir. Əks halda, razılaşmaya imza atan, üstəlik, iki formatda çoxsaylı üçtərəfli görüşlərdə iştirak edən Nikol Paşinyan Oxikyan ağzından vurardı.

 

Ermənistan rəhbərliyi özünü “sülhyönümlü” göstərməyə cəhd edir çox vaxt. Necə ki, Rusiya hərbçiləri adlarını sülhməramlı qoyublar, amma müvəqqəti yerləşdikləri ərazidə olan erməni terrorçu-separatçı qüvvələrin silahlanmasına, təxribatlar törətməsinə göz yumurlar, üstəlik, onları öz kölgələrində saxlayırlar. 23 iyunda Bakıya səfər edəcək Rusiya XİN rəhbəri Sergey Lavrov delimitasiyadan danışarkən Fərrux dağına “çıxmağa” çalışdı, amma Azərbaycanın sərt reaksiyası onu dediyinə peşman elədi, ardıcıl təkzib verdi rəhbərlik etdiyi qurum. Erməni quldurlar anlamalıdır ki, Azərbaycan dövləti onların ağasına belə, güzəşt eləmir ərazi və suverenlik məsələsində, deməli, Oxikyan kimilərin ağzı nə qədər tez yumulsa, o qədər yaxşıdır.

 

Xəstə ermənilər bir ağızdan şivən qoparırlar son günlər, təqribən beləcə:

 

“2022-ci ilin iyulun 1-də İlham Əliyev Laçında bayraq qaldıraraq şəhərin tam işğaldan azad edildiyini elan edəcək”.

 

Bunlar nə yeyirlər, nə içirlər? Anlamırlarmı ki, daha bitib məsələ, nəinki Laçın şəhərində, Xankəndi, Xocalı, Ağdərə, Xocavənddə də Azərbaycan bayrağının dalğalanması sadəcə zaman məsələsidir?!

 

Laçının mərkəzində 50-60 erməni ailəsinin-terrorçusunun yaşadığı barədə məlumat var. Bu şəhərin on minlərlə azərbaycanlı sakini – Laçının sahibləri 30 ildir evlərindən məhrum ediliblər, geri qayıdışı həsrətlə gözləyirlər. Azərbaycan dövləti isə səbirlə, təmkinlə anlaşmaya uyğun şəkildə, yəni dinc yolla şəhərin boşaldılmasına üstünlük verir. Amma erməni quldurlar yenə də kiminsə əlində “maşa” olmağa üstünlük verəcəklərsə, o halda başlarının üstündə “Dəmir Yumruq”u görəcəklər. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının son xəbərdarlığını yaxşı-yaxşı oxusunlar.

 

Ermənistan mətbuatı yazır ki, Zabux kəndində məskunlaşdırılmış 300-ədək erməni bu günlərdə təşvişdədir, kənddən çıxarılacaqlarına görə. Livan, Suriya, Rusiya, İraqdan köçürülmüş ermənilər bilmirdilərmi ki, bir gün bu yerin sahibi gələcək? Ən yaxşısı vaxtına yığışıb cəhənnəm olmalarıdır...



Azərbaycan dövləti olduqca humanist davrandı. Ermənistanın işğal dövründə vurduğu yüz milyardlarla zərərə - bu, məsələnin digər tərəfidir və yəqin ki, hesab beynəlxalq səviyyədə istəniləcək – baxmayaraq, ermənilərin istifadə etməsi üçün alternativ yola maliyyə xərclədi. Baxmayaraq ki, elə bu günlərdə Ermənistan ordusunun basdırdığı minalar Cəbrayılda dinc insanlarımzın canına qəsd edir. Amma Azərbaycan yenə də işi dayandırmır, yol tikir, Azərbaycan qanunları ilə yaşamaq istəyəcək ermənilərin gediş-gəlişinə imkan yaratmaq üçün.

 

 

Amma yuxarıda qeyd etdiyimiz kimi, ermənilərin pozuculuq niyyəti azalmır. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan “Əl Cəzirə” kanalına müsahibəsində iddia edib ki, Zəngəzur dəhlizindən heç bir söhbət getmir və 10 noyabr tarixli üçtərəfli bəyanatda yalnız Laçin dəhlizindən bəhs edilir. Hansı ki, həmin bəyanatın 9-cu bəndində qeyd olunur: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. İndi sərsəmcəsinə təklif edirlər ki, Azərbaycan Naxçıvana getmək istəyirsə, Gorusdan keçib, Biçənəyə getsin. Getdikcə ağzınlaşırlar. Azərbaycan Prezidentinin “Zəngəzur dəhlizi olmayacaqsa, Laçın dəhlizi də olmayacaq”- xəbərdarlığı düşməni düşündürməlidir.

 

Sitat: “Ermənistanın kapitulyasiya aktını imzalamasından ötən bir il yarım ərzində Naxçıvana gediş-gəlişin açılmaması üçtərəfli bəyanatın müvafiq müddəasının pozulmasıdır. Biz kommunikasiyaların, Azərbaycan üçün Naxçıvan Muxtar Respublikası ilə əlaqənin açılması ilə bağlı Ermənistandan 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata riayət edəcəyini gözləyirik. Təəssüf ki, Ermənistanın kapitulyasiya aktını imzalamasının üzərindən artıq bir il yarım keçir, amma bu vaxtadək gediş-gəliş yoxdur. Bu, qəbuledilməzdir. İlk növbədə, bu, Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəasının pozulmasıdır. Bu, həmçinin regionda disbalans yaradır, çünki eyni bəyanata əsasən Azərbaycan Ermənistandan erməni əhalinin yaşadığı Azərbaycanın Qarabağ regionuna maneəsiz gediş-gəlişi öhdəsinə götürüb. Bir il yarımdır ki, Ermənistan Laçın yolunu bu maneəsiz əlaqə üçün istifadə edir. Lakin azərbaycanlılar bizi Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizindən, Ermənistandan keçən yoldan istifadə edə bilmirlər. Bu, ədalətli deyil və biz bununla razılaşmayacağıq”.

 

Bu günlərdə Ermənistanın ən böyük mobil xidmət operatoru “Viva-MTS” Qarabağdakı ermənilər üçün xidməti dayandırmağa qərar verdi. “İyulun 1-dən Qarabağda yaşayan ermənilər yalnız rouminq çərçivəsində mobil operatorun xidmətindən istifadə edə biləcəklər” - “Viva-MTS”in məlumatında qeyd olunur.

 

 

Təsadüfdürmü? Təbii ki, yox. Həm də iyulun 1-dən...Laçın yolu ilə bağlı da eyni tarix var. Azərbaycan sözünü deyir, xəbərdarlığını edir və istəyinə nail olur. Bu dəfə də belə olacaq, şübhəmiz yox. Amma sülhməramlıların icra edəcəyi vəzifələr də var: oxikyanlar unitazlarını da qucaqlayıb Laçından cəhənnəm olub gedəndə birdən azərbaycanlı köçkünlərin evlərini yandırmaq fikrinə düşərlər. Necə ki, Kəlbəcərdə əlavə vaxt verdik, olmazın alçaqlığı etdilər. Hər evin hesabı sorulmalıdır. Həm də rusiyalı hərbçilərdən...Məncə, rəsmi xəbərdarlığımız da olmalıdır, Laçın şəhərində bir evin damından tüstü çıxsa, erməni quldurların ürəyinin başına od vurulacaq! Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə general-mayor Andrey Volkova açıq xəbərdarlıq edilməlidir: “Ermənilər evlərimizi yandırsa, bunun hesabını verəcəksən!” /Yeni MÜsavat/

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əsgərimizin gücü, ordumuzun döyüş ruhu öz yerində..."

104 yaşın mübarək, Şanlı Ordu!

"Ordu dövlətimizin onurğa sütunudur"

Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılacaq

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ümummili liderin arzusu, ali baş komandanın qüruru, xalqımızın inamı

"Bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi"

“Mənin atam qəhrəmandır” - KONSERT

Ağrıkəsici təsirli çay RESEPTİ

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana təbrik mesajı

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

Azərbaycan Silahlı Qüvvələri - 104

Damarları təmizləyən möcüzə qarışım

Meymunçiçəyi cinsi yolla keçir?

Şüşə oğlanın NADİR XƏSTƏLİYİ