Professor Vüqar Əhməd Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib

09:21 21-06-2022 | icon 220 | Cəmiyyət
Professor Vüqar Əhməd Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib

İyunun 18-də Elmi İnkişaf üzrə Beynəlxalq Şura – Beynəlxalq Elmlər Akademiyasının (BEA) Azərbaycan Bölməsinin Baş Assambleyasında BEA-nın yaradılmasının 20 illiyi münasibətilə yubiley yığıncağı keçirilib.

 

Versus.Az xəbər verir ki, iclasda BEA-nın prezidenti, professor Valter Kofler (Avstriya) geniş məruzə ilə çıxış edib.

 

Sonra Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin fəxri prezidenti, akademik Ziyad Səmədzadənin giriş nitqi dinlənilib. Həmçinin Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin prezidenti, professor Elçin Xəlilov qurumun hesabatını təqdim edib.

 

Tədbirdə eyni zamanda BEA-nın Azərbaycan Bölməsinin 20 illiyinə həsr olunmuş “Sərhədsiz elm. Elmi məruzələr” kitabının təqdimat mərasimi olub, BEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər keçirilib.

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib.

 

Yeni üzvlərə diplom və “Qızıl döş nişanı” professor Valter Kofler tərəfindən təqdim olunub.

 

Professor Valter Kofler elmin və innovativ texnologiyaların inkişafına töhfə verən təşkilatlara və bir sıra nüfuzlu alimlərə BEA-nın sertifikatlarını və mükafatları təqdim edib.

 

Sonda BEA-nın Azərbaycan Bölməsinin rəhbər orqanlarına seçkilər keçirilib. Professor Elçin Xəlilov yenidən BEA-nın Azərbaycan Bölməsinin prezidenti seçilib.

 

 

Vüqar Şahinoğlu
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əsgərimizin gücü, ordumuzun döyüş ruhu öz yerində..."

104 yaşın mübarək, Şanlı Ordu!

"Ordu dövlətimizin onurğa sütunudur"

Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılacaq

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ümummili liderin arzusu, ali baş komandanın qüruru, xalqımızın inamı

"Bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi"

“Mənin atam qəhrəmandır” - KONSERT

Ağrıkəsici təsirli çay RESEPTİ

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana təbrik mesajı

Azərbaycan Silahlı Qüvvələri - 104

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

Damarları təmizləyən möcüzə qarışım

Meymunçiçəyi cinsi yolla keçir?

Şüşə oğlanın NADİR XƏSTƏLİYİ