Dəniz altında afişalı evlilik təklifi

09:06 22-06-2022 | icon 345 | Maraqlı
Dəniz altında afişalı evlilik təklifi

“Bəli”dirsə, mənə sarıl, “Yox”dursa, oksigen balonunu bağla”

 

Muğlanın Fethiye bölgəsində polis məmuru olan Alper Sidekli adlı şəxs dəniz altında nəhəng bir afişa ilə tibb bacısı olan sevgilisi Fatmanur Erginə evlilik təklif edib.

 

Alper Sidekli Fethiyedə dalğıc təlimatları ilə birlikdə dənizin altında sürpriz evlilik təklifi üçün hazırlıqlara başlayıb.

 

Bütün müştərilərlə birlikdə lazımi təlimatlar verilərək içində Alper və Fatmanurun da olduğu xüsusi dalğıc qayığı ilə gəzintiyə çıxılıb. Dalğıc təlimi üçün cütlük beş metr dərinliyə enib. Bu zaman dalğıc təlimatçısı və polis məmuru anidən dənizin dibində sürpriz evlilik afişasını açıb. Afişadakı maraqlı yazı isə qızı çox duyğulandırıb. ““Bəli”dirsə, gəl mənə sarıl, “Yox”dursa, oksigen balonunu bağla”, - deyə afişada qeyd olunub. Rəngarəng balıqlar arasında yazını oxuyan qız sevgilisinə sarılıb. Bir müddət balıqlar arasında üzdükdən sonra cütlük qayığa qayıdaraq xoşbəxtliklərini paylaşıb.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

İmişlinin ən böyük məktəbinin əsaslı təmirə ehtiyacı var

“Silahın mistik gözəlliyi” - SƏRGİ

Prezident bu medalın əsasnaməsini TƏSDİQLƏDİ

Qurban bayramında ətin QİYMƏTİ

Zəvvarlarımızın ilk qrupu Həcc ziyarətinə yola düşüb

Azərbaycanda yeni doğulan uşaqlara 300 AZN veriləcək

Sumqayıtda DƏHŞƏT

Ermənilərin ABŞ-dan "907-ci narazılığı"na önəm verilmədi

“Çelsi” yeni oyunçu almağa hazırlaşır

ÜST-ün yeni AÇIQLAMASI

XİN başçıları Tehranda üçtərəfli görüş keçirəcək

"İqtidar-müxalifət dialoqu olmasaydı, bu partiyaların adını, mövcudluğunu bilməyəcəkdim"

Kəlbəcər istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULUB