Hakim partiya ilə müxalifətin münasibətlərində YENİLİK

09:47 22-06-2022 | icon 440 | Siyasət
Hakim partiya ilə müxalifətin münasibətlərində YENİLİK

Fuad Əliyev: "Bu, yeni siyasi konfiqurasiyanın formalaşması baxımından, çox önəmlidir"

 

"Şuşa Bəyannaməsinin bir illiyi ilə bağlı Şuşada keçirilən beynəlxalq tədbirə müxalifətin dəvət alınması çox müsbət bir haldır. Bu, Azərbaycanda partiyalararası dialoq mühitinin inkişafı və siyasi partiyaların cəmiyyətdəki rolunun artırılması baxımından əhəmiyyətlidir".

 

Versus.Az xəbər verir ki, bunu açııqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.

 

ALDP sədri bildirib ki, tədbirdə Azərbaycan və Türkiyə siyasi rəsmilərinin iştirakı dövlət protokoluna uyğun keçirilib:

 

"Şuşa Bəyannaməsi təkcə bizim dövlət maraqlarına deyil, ümumiyyətlə, türk dünyasının milli maraqlarını, regionun maraqlarını əhatə etdiyinə görə bu tədbirdə müxalifətin iştrakı təbiidir. Hesab edirəm ki, hər birimiz dövlətin milli maraqlarını qorumalıyıq, Azərbaycanın milli maraqları ilə bağlı keçirilən bütün tədbirlərdə müxalifətin iştrakı lazımdır. Tədbirdə aparılan müzakirələr, çıxışçıların verdiyi mesajlar regionda sabitliyi pozmaq istəyən qüvvələrə bir mesaj idi. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın yanında yer aldığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Bundan sonra kimlərsə Azərbaycanın dövlət suverenliyini təhdid etmək istəsə, o zaman yeni regional hərbi-siyasi blokla qarşılaşacaq".

 

Fuad Əliyev qeyd edib ki, üç il bundan qabaq başlanan iqtidar-müxalifət dialoqunun nəticəsində partiyalara yüksək münasibətlər göstərilir:

 

"Şuşa Bəyannaməsinin bir illiyinə həsr olunmuş tədbirə müxalifət partiyalarının dəvət olunması yeni siyasi konfiqurasiyanın formalaşması baxımdan, çox önəmlidir. Hakim partiya ilə rəsmi və qeyri-rəsmi söhbətlərdə müxalifətə “düşmən” gözü ilə baxılmırdı. ALDP sədri kimi bunu müsbət qiymətləndirirəm. Hesab edirəm ki, dövlətin milli maraqları harada varsa, həmin tədbirlərdə müxalifətin iştrakı təmin olunmalıdır. İqtidar-müxalifət normal münasibətlərini bir çox ölkələrdə görürük. Hakim partiyalar müxalifət nümayəndələrlə koalision hökümət qururlar, dövlət əhəmiyyətli məsələlərdə məsləhətləşmələr aparırlar. İştrak etdiyimiz tədbirdədə bunun bir nümünəsini gördük. Türkiyə hakim AK partiyası ilə yanaşı Milliyətçi Hərakat Partiyasının (MHP) nümayəndələri də iştrak ediblər. Belə partiyalarla əməkdaşlığımızı genişləndirmək iki ölkə arasında qardaşlığımızın möhkəmlənməsinə təkan verəcək".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

İmişlinin ən böyük məktəbinin əsaslı təmirə ehtiyacı var

“Silahın mistik gözəlliyi” - SƏRGİ

Prezident bu medalın əsasnaməsini TƏSDİQLƏDİ

Qurban bayramında ətin QİYMƏTİ

Zəvvarlarımızın ilk qrupu Həcc ziyarətinə yola düşüb

Azərbaycanda yeni doğulan uşaqlara 300 AZN veriləcək

Sumqayıtda DƏHŞƏT

Ermənilərin ABŞ-dan "907-ci narazılığı"na önəm verilmədi

“Çelsi” yeni oyunçu almağa hazırlaşır

ÜST-ün yeni AÇIQLAMASI

XİN başçıları Tehranda üçtərəfli görüş keçirəcək

"İqtidar-müxalifət dialoqu olmasaydı, bu partiyaların adını, mövcudluğunu bilməyəcəkdim"

Kəlbəcər istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULUB

Körpə alveri ilə məşğul olan SAYT