"Prezident dini milli mədəniyyətimizin tərkib hissəsi kimi göstərir”

17:19 22-06-2022 | icon 284 | Cəmiyyət
"Prezident dini milli mədəniyyətimizin tərkib hissəsi kimi göstərir”

Hikmət Babaoğlu: “Azərbaycan təcrübəsində dinə münasibət özünəməxsus tolerantlıqla səciyyələnir”

 

“Azərbaycanda din dövlətdən ayrı olsa da, Azərbaycan dövləti daima dini-mənəvi dəyərlərimizə sahib çıxmaqla, onun inkişafı və qorunması üçün mümkün hər şeyi edir. Azərbaycan Prezidenti öz çıxışlarında dini milli mədəniyyətimizin tərkib hissəsi kimi göstərir”.

 

Versus.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycanda dövlət-din münasibətləri, Azərbaycan Prezidentinin, Birinci vitse-prezidentin dinə diqqət və qayğısı barədə dövlət və ictimai yanaşmanı təhlil edərkn bildirib.

 

H.Babaoğlu qeyd edib ki, istər paytaxt Bakı şəhərində, istərsə də regionlarımızda ardıcıl olaraq dini ibadət yerləri, məscidlər inşa olunur, milli mirasımız olan dini abidələrimiz davamlı olaraq təmir və bərpa edilir:

 

“Bu istiqamətdə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da çox mühüm fəaliyyət həyata keçirir. Azərbaycanın hər yerində, son dövrlərdə isə işğaldan azad edilmiş ərazilərimizdə dini abidələrimizin bərpası sahəsində görülən işlər ayrıca əhəmiyyət kəsb edir. Şübhəsiz ki, Azərbaycan təcrübəsində dinə münasibət özünəməxsus tolerantlıqla səciyyələnir.Dini dözümlülüyümüz həm də Azərbaycan multikultiralizminin əsaslarından birini təşkil edir. Azərbaycan Prezidenti və Birinci vitse-prezident İslam dininin müqəddəs mərkəzi hesab edilən Məkkəni ziyarət etməklə, həm də şəxsi zəmində İslam dininə münasibətdə vacib nümunə göstərib. Təsadüfi deyildi ki, Prezident İlham Əliyev öz çıxışlarının birində Həcc ziyarəti zamanı müqəddəs Kəbədə etdiyi birinci duasının torpaqlarımızın işğaldan azad olunması ilə əlaqədar olduğunu bildirdi. Ağdam işğaldan azad edildikdən sonra Birinci vitse-prezident Mehriban xanım Əliyeva Ağdam Cümə Məscidinə müqəddəs kitabımızı təqdim etdi. Bu mərasimdə məscidə daxilolma mədəniyyəti və nümunəsi göstərdi”.

 

H.Babaoğlu bu gün cəmiyyətimizdə dinin obyektiv əsaslarda dərk edilməsi üçün Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılmasına diqqət çəkib:

 

“İlahi fəlsəfəni düzgün mənimsəmək üçün universitetlər yaradılır, dini işlər üzrə xüsusi icra orqanı təsis edilir. Bütün bunlar Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin dinə olan diqqəti və qayğısının bariz təcəssümüdür”.

 

TAHİRƏ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

İmişlinin ən böyük məktəbinin əsaslı təmirə ehtiyacı var

“Silahın mistik gözəlliyi” - SƏRGİ

Prezident bu medalın əsasnaməsini TƏSDİQLƏDİ

Qurban bayramında ətin QİYMƏTİ

Zəvvarlarımızın ilk qrupu Həcc ziyarətinə yola düşüb

Azərbaycanda yeni doğulan uşaqlara 300 AZN veriləcək

Sumqayıtda DƏHŞƏT

Ermənilərin ABŞ-dan "907-ci narazılığı"na önəm verilmədi

“Çelsi” yeni oyunçu almağa hazırlaşır

ÜST-ün yeni AÇIQLAMASI

XİN başçıları Tehranda üçtərəfli görüş keçirəcək

"İqtidar-müxalifət dialoqu olmasaydı, bu partiyaların adını, mövcudluğunu bilməyəcəkdim"

Kəlbəcər istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULUB