Azərbaycan-Özbəkistan əməkdaşlığında yeni mərhələ

09:41 23-06-2022 | icon 185 | Geopolitika
Azərbaycan-Özbəkistan əməkdaşlığında yeni mərhələ

Samir Hümbətov: “Bu səfər Azərbaycan-Özbəkistan əməkdaşlığının inkişaf perkspeivlərindən xəbər verir”

 

Prezidentin Özbəkistana səfərinin əhəmiyyəti müxtəlif aspektlərdə təhlil olunur. Özbəkistanla-Azərbaycanın yeni müstəviyə qalxan münasibətlərinin müsbət tərəfləri qeyd olunmaqla, Türkdilli Dövlətlərin Əməkdaşlığının inkişafında mühüm addımlardan biri kimi önə çəkilib.

 

Versus.az xəbər verir ki, bu istiqmətdə açıqlama verən politoloq Samir Hümbətov hesab edir ki, ölkə başçısı cənab İlham Əliyevin Özbəkistana səfəri siyasi, iqtisadi, təhlüksizlik, regional və qlobal baxımdan olduqca vacib əhəmiyyətə malikdir. Politoloq Prezidentin Özbəkistan səfərinin bir neçə məsələ ilə yadda qaldığını önə çəkib.

 

“Prezidentin ilk səfəri Daşkəndə oldu və orada Özbəkistan Prezidenti ilə görüşdü. Daha sonra Prezident ulu öndər Heydər Əlevin barelyefinin açılışında iştirak etdi və bir sıra tarixi abidləri ziyarət edib. Görüşdə tərəflər arasında siyasi, iqtisadi hərbi təhlükəsizlik sahəsində 20-yə yaxın müqavilə imzalanıb. Eyni zamanda Prezident tərəflərin əməkdaşlığın bundan sonrakı istiqamətlərinə , Azərbaycan-Özbəkistan əməkdaşlığının inkişaf perkspeivlərinə toxunub”.

 

Politoloq konfransda Prezidentin Azəbaycan-Özbəkistan arasında iqtisadi dövrüyyənin, siyasi, iqtisadi  imkanların genişlənəcəyi ilə bağlı məsələyə diqqət çəkib:

 

“Bunun üçün perspektivlər, maraqlar böyükdür. Səfər çərçivəsində imzalanan sənədlər bütün sahələri əhatə etməklə ölkələrarası münasibətrin inkişafına təkan olacaq. Bu səfər Azərbaycan-Özbəkistan əməkdaşlığının inkişaf perkspeivlərindən xəbər verir”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əsgərimizin gücü, ordumuzun döyüş ruhu öz yerində..."

104 yaşın mübarək, Şanlı Ordu!

"Ordu dövlətimizin onurğa sütunudur"

Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılacaq

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ümummili liderin arzusu, ali baş komandanın qüruru, xalqımızın inamı

"Bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi"

“Mənin atam qəhrəmandır” - KONSERT

Ağrıkəsici təsirli çay RESEPTİ

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana təbrik mesajı

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

Azərbaycan Silahlı Qüvvələri - 104

Damarları təmizləyən möcüzə qarışım

Meymunçiçəyi cinsi yolla keçir?

Şüşə oğlanın NADİR XƏSTƏLİYİ