Prezidentin Özbəkistana səfərindən GÖZLƏNTİLƏR

13:30 23-06-2022 | icon 303 | Siyasət
Prezidentin Özbəkistana səfərindən GÖZLƏNTİLƏR

Könül İsmayılova: "Əldə olunan razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq"

 

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasında səfərdə oldu. Prezidentin bu səfəri, xüsusilə dünyada baş verən son hadisələr, eyni zamanda türk birliyi istiqamətində atılacaq addımlar baxımından diqqət çəkirdi".

 

Versus.Az xəbər verir ki, bunu Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi Könül İsmayılova prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı açıqlamasında bildirib:

 

"Bildiyimiz kimi Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini hər zaman dəstəkləyib. 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal zirvə görüşündə də Özbəkistan Prezidenti Şövkət Mirziyayevin Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik etmişdi".

 

K.İsmayılova vurğulayıb ki, Prezidentin Özbəkistana səfəri zamanı diqqətçəkən məqam bu səfərin 25 il əvvəl ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin tarixi ilə üst-üstə düşməsidir:

 

"Prezidentin Özbəkistana səfəri zamanı isə Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür. Xatırlamaq kifayətdir ki, Ulu Öndər Heydər Əliyev də özbək xalqına böyük sevgi ilə yanaşırdı".

 

K.İsmayılova qeyd edib ki, səfər zamanı iki ölkə arasında 19 sənəd imzalandı:

 

"Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyədə olması aparılan danışıqlar və imzalanan sənədlərlə öz əksini tapdı. Şübhəsiz ki, müzakirə olunan mövzular və əldə olunan razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq.

O da qeyd edilməlidir ki, Prezidentin Özbəkistana səfəri ikitərəfli əlaqələrin inkişafına bundan sonra da mühüm töhvə verəcək. Eyni zamanda bu səfər Türk Dövlətləri Birliyi Təşkilatının inkişafina gətirib çıxaracaq".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Gülnarə Xəlilovanın "Xarıbülbül" və "Qarabağ" kolleksiyaları Rusiyada

Ermənistan bu fürsəti QAÇIRMAMALIDIR

Riyaz Sarıkahya Dövlət Bağçalı ilə görüşüb

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib

"Ordumuza və Prezidentə dəstək olaq"

Bu gün "Qarabağ" "Ferentsvaroş" matçı keçiriləcək

Meyitləri yandırmaq çətinləşəcək

Üç məhkumun gözləri ÇIXARILACAQ

Park Cinemadan uşaqlar üçün xüsusi NÜMAYİŞ

Bu gün daha 5 oyun keçiriləcək

Bakıda MER SEÇKİLƏRİ GÖZLƏNİLƏNDİR?

III təsnifat mərhələsinin ilk oyunları keçirilib

VAR müzakirələrini azarkeşlər də dinləyə biləcək

Günəşə yaxın yaşayış üçün uyğun planet

Erməni təxribatına qarşı tutarlı cavab...