Ya deputat olun, ya biznesmen! - HİDDƏT

21:07 23-06-2022 | icon 385 | Siyasət
Ya deputat olun, ya biznesmen! - HİDDƏT

Nizami Verdiyev: "Sizi seçicinin yas, toy məclislərinə getmək üçün seçməyiblər"

 

“Vətən müharibəsində iştrak edən qazilərə 50 manat pul əlavə etmirlər, müharibə veteranlarına 80 manat verirlər, deputatların isə maaşlarını 1000 manat artırırlar”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatlarının maaşlarının artması ilə bağlı müzakirəyə açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev bildirib.

 

 

Ölkədə işsizliyin baş alıb getdiyini vurğulayan N.Verdiyev bildirib ki, qiymətlər hər gün bir az daha qalxır:

 

"Deputatların şəhid ailələrə, qazilərə, təqaüdçülərə, aztəminatlı ailələrə verilən məbləğdən xəbərləri var?Müəllimlərə və həkimlərə verilən maaşlarından xəbərləri var? Birinci növbədə onların təqaüd və maaşları qaldırılmalıdır. Özü də 10-15 manat yox. Necə ki, öz maaşınızı 1000 manat artırırsız, eləcə də onların təqaüd və maaşlarına 1000 manat əlavə olumalıdır”. 

 

Nizami Verdiyev deputatların əksəriyyətinin biznesləri olduğunu qeyd edib:

 

“Deputatların əksəriyyəti bizneslə məşqul olurar. Ölkəyə xaricdən nəsə gətirmək istəyəndə, deyilər ki, bu filan deputatın monopoliyasındadır. Tikinti, dərman, ərzaq biznesləriylə məşğuldurlar. Azərbaycanda biznesi olmayanların, xaricdə bisnesləri var. Bizneslə məşğul olmaq istəyirsizsə, gedin bizneslə məşqul olun, daha parlamentdə nə işiniz var? Sizin fikriniz, marağınız öz şəxsi işinizdə, biznesinizdədir. Belə olanda siz xalqa nə fayda verə bilərsiz?”

 

N.Verdiyev deputatların aldıqları maaşı guya seçicilərə xərcləmələri kimi fikirlərə də iradını bildirib:

 

"Seçicilərin toy, yas məclislərində iştrak etdiyinə görə aldığı deputat maaşı az edir. Bu nə gülməli bir arqumentdir. Belə çıxır ki, bundan sonra alacağınız 2700, 3800 manat yenə də kifayət etmiyəcək. Heç 10.000 manat da çatmıyacaq. Bəs sizin ailəniz necə dolanır, hörmətli cənabi deputat?! Sizi ona görə seçiblər ki, seçicilərin problemlərini həll etmək üçün müvafiq instansiyalarda məsələlər qaldırasız, daha, yas, toy məclislərinə getmək üçün seçməyiblər. Kasıbın yası da düşür, toy məclisləri də olur. Aldıqları 200-300 manat maaşla Allaha dua edərək yola verirlər. Bəlkə siz də belə yaşayışa  öyrəşəsiz?”.

 

Qeyd edək ki, "Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında" qanuna dəyişiklik edilir. Dəyişikliklər Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

İmişlinin ən böyük məktəbinin əsaslı təmirə ehtiyacı var

“Silahın mistik gözəlliyi” - SƏRGİ

Prezident bu medalın əsasnaməsini TƏSDİQLƏDİ

Qurban bayramında ətin QİYMƏTİ

Zəvvarlarımızın ilk qrupu Həcc ziyarətinə yola düşüb

Azərbaycanda yeni doğulan uşaqlara 300 AZN veriləcək

Sumqayıtda DƏHŞƏT

Ermənilərin ABŞ-dan "907-ci narazılığı"na önəm verilmədi

“Çelsi” yeni oyunçu almağa hazırlaşır

ÜST-ün yeni AÇIQLAMASI

XİN başçıları Tehranda üçtərəfli görüş keçirəcək

"İqtidar-müxalifət dialoqu olmasaydı, bu partiyaların adını, mövcudluğunu bilməyəcəkdim"

Kəlbəcər istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULUB