Hökumətə etimadsızlıq votumu irəli sürülüb


Fransa Milli Assambleyasında (parlamentin aşağı palatası) Jan-Lük Melenşonun başçılıq etdiyi solçu deputatlar baş nazir Elizabet Bornun çıxışından əvvəl hökumətə etimadsızlıq votumu məsələsini qaldırıblar.
Versus.Az xarici agentliklərə istinadən xəbər verir ki, yerli vaxtla saat 15:00-da Elizabet Bornun Milli Assambleyada proqram xarakterli çıxış edəcəyi gözlənilir.
Fransada sol yönümlü “Yeni xalq ekoloji və sosial birliyi” (“Nupes” adyla daha populyardır-red.) partiyasının lideri Jan Lük Melanşon is baş naziri öncə Milli Assambleyanın (parlamentin aşağı palatası) etimadını qazanmağa çağırıb.
Qeyd olunur ki, Fransada hökumət parlament qarşısında məsuliyyət daşısa da onun üzvləri prezident tərəfindən təyin olunur. Buna görə də baş nazirin etimadsızlıq votumundan itina etmək hüququ var.
Sol ittifaqın ölkə Milli Assambleyasında 131 yeri var. Etimadsızlıq səsverməsi prosedurunun qəbulu üçün isə 577 deputatdan 289-nun səsi lazımdır.
Versus.Az

Xəbər lenti

“Biz xoşbəxt laçınlılarıq, bugünkü günləri görürük”
Mahir Abbaszadə: "Prezidentin laçınlılar üçün belə bir anonsu bizim üçün böyük qayıdışın sevincidir”