Gültəkin Hacıbəyli hakimiyyətlə barışmaq istəyir?

14:44 07-07-2022 | icon 398 | Siyasət
Gültəkin Hacıbəyli hakimiyyətlə barışmaq istəyir?

Dinarə Məmmədova: "Vaxtilə bu “primadonna” xüsusilə “radikal” müxalifəti tənqid edirdi”

 

“”Siyasətçi” libasında olan Azərbaycanın “siyasi primadonna”sı Gültəkin Hacıbəyli indi yenidən “düşərgəni” dəyişmək istəyir. Amma inanmıram ki, kimsə onu qəbul etsin”.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin hakimiyyətlə barışmaq istəyinə münasibət bildirərkən deyib.

 

Dinarə Məmmədovanın sözlərinə görə, sosial şəbəkələrdə və meydanlarda canfəşanlıq edən - əqidəsini, düşərgəsini dəyişən, “Milli Şura”da koordinatorluq edən bu “siyasi primadonna” vaxtı ilə deputat mandatının hesabına varlanmışdı:

 

“Gültəkin Hacıbəyli və Milli Şuranın sədri Cəmil Həsənli deputat olan dövrdə hakimiyyət nümayəndələrini tərifləyəyirdilər, təşşəkürnamələr yazdırırdılar. Bütün imtiyazlardan yararlanırdılar. Vaxt var idi bu “primadonna” Gültəkin müxalifətçiləri, xüsusilə “radikal” müxalifətçiləri tənqid atəşinə tutmuşdu”.

 

D.Məmmədova Milli Şuranın “zoom konfransı”nda yayılan məlum videoya da diqqət çəkib:

 

"Həmin kadrlarda qurumun Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli Azərbaycan neftinin 14 dollara düşdüyü barədə yayılan dezo xarakterli məlumatlara sevindiyini gördük. Milli Şuranın onlayn iclaslarda qurumun rəhbərliyinin küçə söyüşləri ilə danışması onların səviyyəsinin göstəricisidir. Bunlar iclaslarda siyasi, sosial və iqtisadi məsələləri müzakirə etmək əvəzinə, qeybətlə məşğuldurlar. Başqalarını təhqir edirlər.

Bunlarda bir “professor” var, universitetdə dərs dediyi bir zaman var idi, tələbələrdən qiymət yazmaq üçün rüşvət alırdı. İndi isə xalqa mənəviyyatdan və əxlaqdan dərs deməyə çalışır. Böyük bir adı daşıyan Şura, xalqın ümidini elə yaranan gündən puç etdi və xalqın mənafeyinə yox, şəxsi maraqlarına xidmət etdiyini göstərdi".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

"Düşməni yerində oturtdu,  Ermənistan cəmiyyətini silkələdi"

Jurnalistika günahkardır, yoxsa?

Prezidentin son bəyanatlarının MƏĞZİ

"Prezidentin bu fikirləri böyük müjdədir"

Azərbaycan gəncliyinin İSTEDADLI NİŞANƏSİ

Şuşa bizə Şəhidlər xiyabanı kimi lazımdır?

Sabahdan ali məktəblərə ixtisas seçimi BAŞLANIR

Bir gecənin 23 ŞƏHİDİ

"Tehran bununla Azərbaycanı hədələyir"

Bizi “ziddoş” deyib ələ salanlara bəhanələr verməməliyik

“Vaqner”in Ukraynadakı qərargahı vuruldu

İstanbul selə təslim oldu

İki universitet publik hüquqi şəxsə çevrilib

Zəngəzuru tanıyaq və tanıdaq - TARİXİ FAKTLAR