Ermənilər Laçını boşaltmalıdır və...

09:21 08-07-2022 | icon 416 | Qarabağ
Ermənilər Laçını boşaltmalıdır və...

 

 

İşğalçı Ermənistan Azərbaycan ərazilərində başlatdığı 44 günlük müharibədə məğlub oldu. Kapitulyasiyaya imza atan Ermənistan və onun Azərbaycan ərazilərində qalan qalıqları, separatçı tör-töküntüləri hələ də Qarabağda və digər ərazilərimizdə müxtəlif “adlarla” özlərinin  mövcudluqlarını qorumağa çalışırlar.

Əslində Ermənistan silahlı qüvvələri Rusiyanın da iştirakı ilə imzalanan üçtərəfli sazişə əsasən Azərbaycan ərazilərindən çıxmalıdır.

Məlum olduğu kimi son 1 ay ərzində Ermənistan mediası, rəsmiləri həyacan təbili çalaraq iyul-avqust aylarında Laçının təhvil veriləcəyini deyirdilər. Və o da məlumdur ki, 10 Noyabr sazişinin müddəalarına uyğun olaraq, Azərbaycan tərəfi yaxın 3 il müddətində Laçından yan keçən alternativ yolun çəkilməsini öz üzərinə götürüb. Bu yeni dəhlizin Ermənistana birləşdirilməsi bu gün Qarabağın ərazisində yaşayan erməni əsilli vətəndaşların Ermənistana gediş-gəlişini asanlaşdırmaq məqsədilə edilir. Belə olduğu təqdirdə Laçın şəhərində yaşayan 3-4 erməni ailəsi, Zabux, Sus, Ağanus, Qarıkaha  və digər kəndlərdə yaşayan 4-5 erməni ailələri artıq bu əraziləri tərk edib getməlidirlər.

 

Bu da faktdır ki, nə Laçın şəhər mərkəzində, nə də Zabuxda yaşayan ermənilərin heç bir statusu yoxdur. Onlar nə Azərbaycan, nə də Ermənistan vətəndaşları  deyillər.

Azərbaycan tərəfi yeni dəhlizi istifadəyə verdikdən sonra Prezident bu dəhlizin Zəngəzur dəhlizi ilə eyni hüquqa malik olacağını ən yüksək tribunalardan elan edib. Bildirib ki, əgər Ermənistan gələcəkdə Zəngəzur dəhlizinin açılmasına, istifadə edilməsinə indiki əks münasibəti sərgiləyəcəksə, Azərbaycan tərəfi də Laçın dəhlizinin nəzarətdə saxlanmasını, karidorunun sonunda Azəbaycan silahlı qüvvələri  Qarabağda yaşayan ermənilərin Ermənistana gediş-gəlişi ilə bağlı yoxlama və digər əməliyyatların keçirilməsini özündə saxlayır. 

Amma 30 il işğal dövründə həmin ərazilərə köçürdülən ermənilər indi diqtə dili ilə hay-küy salaraq, sanki bu torpaqların sahibiymiş kimi həyasızlıq edib, işğal etdikləri əraziləri boşaltmaqdan imtina edirlər. Görünür, Xocalıda separatçıların apardığı tikinti işlərindən, eləcə də ABŞ Erməni Konqresinin nümayəndərinin son günlərdə “Laçın dəhlizi” vasitəsi ilə Qarabağa gəlib separatçılarla görüşmələrindən, Ermənistanda verilən ziddiyətli bəyanatlardan həvəslənirlər. Görünür, Azərbaycan əsgərinin 44 günlük zəfərinin dediyi sözü, Yumruğunu unudurlar.  Amma bu prosesi sülhməramlılar özü icra etməlidir...

Reallıq odur ki, proses Laçın şəhəridən keçən yeni yolun çəkilişi ilə bağlı götür-qoy edilir. Proseslər Laçının  bir neçə kəndinin Azərbaycanın idarəçiliyinə  təhvil verilməsi ətrafında inkişaf edir. Separatçı ermənlər isə öz sərsəm çıxışları ilə hətta müharibə etmək bahasına olsa da, Laçını heç kimə təhvil verməyəcəklərini deyirlər. Sən kimsən ki, mənim torpağıma iddia edirsən, erməni!..

İstər -istəməz suallar yaranr: bu fakt Azərbaycanın antiterror əməliyyatlarına və 3-cü Qarabağ savaşının başlanması üçün bir qığılcım ola bilərmi?

Rus hərbi kontingentinin müvəqqəti yerləşdikləri ərazilərdə ağıllarına gələn sərsəm hərəkətlər edən ermənilər kimə arxalanır?

Belə olan şəraitdə eyni zamanda ictimai sferada “Laçının və digər kəndlərin boşaldılması prosesində rus hərbçilərinin  hansı mövqeni ortaya qoyacağı, eyni zamanda  -Laçının boşaldılması prosesində Azərbaycan əsgərinə, sülhməramlıya  atəş açılarsa, bu üçtərəfli sazişin pozulması anlamına gələ bilərmi və bu  zaman biz hansı addımları ata bilərik-, sualı da ortaya çıxır....

 

 

“Revanşist qüvvələrin avantürüst bəyanatları keçmişdə qaldı”

 

Versus.az xəbər verir ki, hərbi ekspert Elxan Şıxəliyev açıqlamasında bildirib ki, yeni Laçın yolunun güzərgahının tamamlanması ilə əlaqədar yolun ətrafındakı kəndlərdə, xüsusən də Zabux kəndinə məskunlaşmış ermənilərin etiraz etməsinin heç bir əsası yoxdur. Ekspert fikrini belə izah edib ki, bu yolun təhvil verilməsi və Laçın ərazisindəki kəndlərdə yaşayan ermənilərin köçürülməsi 10 noyabr üçtərəfli bəyanatda öz əksini tapıb.

 

“Ermənilərin o ərazilərdə qalması “Laçın dəhlizi” dediyimiz yolun Laçın şəhərinin içərisindən keçməsi ilə mümkün olurdu. Təzə yol, Laçın şəhərinə girmədən birbaşa Xankəndinə gedəcək nəqliyyat yolu olacağından artıq Laçın rayonu ermənilər yaşadıqları ərazilər də daxil bizə təhvil verməlidirlər”.

 

Ekspert hesab edir ki, mövcud vəziyyəti  Laçında qalıb yaşayan ermənilərin düşüncələri səviyyəsində qiymətləndirməyimiz düzgün deyil.  Onun fikrincə, hansısa bir erməninin, yaxud kəndin bələdiyyəsinin “biz burdan çıxmayacağıq” , deməsi cəfəngiyyatdır və bir az da çarəsizlik sindromudur. 

E.Şıxəliyev bildirib ki, erməni əsilli əhalinin o ərazidən çıxmasını təmin edəcək qüvvə elə ərazidəki sülhməramlıdır. Ekspertin  sözlərinə görə, tərəflərin qəbul elədiyi müddüəlara əsasən ermənilər müvəqqəti yerləşdikləri yaşayış məntəqələrini tərk etməlidir.

 

“Çünki ermənilərin Ermənistana doğru hərəkəti yeni yolla təmin olunur. Bu yolun təhlükəsizliyi sülhməramlıların bu bölgədə qaldığı müddətdə onlar tərəfindən müşayət olunacaq. Ona görə də hesab edirəm ki, ermənilərin Laçında qalmaq üçün müharibə edəcəkləri ilə bağlı bəyanatları qeyri-ciddidir. Ona görə ki,  öhtəlik yerinə yetirilməlidir. Əgər Rusiya sülhməramlıları bu erməniləri köçürdə bilməsə, bunu bizim silahlı qüvvələrimiz, dövlət orqanlarımız özü edəcək. Ermənilər bu prosesdə Azərbaycan silahlı qüvvələrinə, polisinə qarşı müqavimət göstrmək istəsələr, biz də öz öhtəmizə düşən işi görəcəyik. Ona görə də biz Laçında yaşayan hansısa erməninin belə çıxışlrından narahat olmalı deyilik. Ermənilər zamanında Kəlbəcərdən, Ağdamdan, Laçının digər kndlərindən də çıxmaq istəmirdilər.  Yəqin ki, yenə də öz xoşları ilə getməsələr, bunu məcburetmə əməliyyatları ilə həyata keçirəcəklər. Hər halda yeni yolun açılmasının vaxtı göstərilib. Ermənilər Laçını təhvil verməlidir”.

 

Hərbi ekspert hesab edir ki, bu prosesin üzərindən hər hansı yeni müharibə olmayacaq.  Artıq Ermənistanın baş nazirinin də bu yöndə çıxış edərək “əhali köçürülməlidir” deməsini xatırladan E.Şıxəliyev əslində orda qalan ermənilərin Rusiya sülhməramlılarına xidmət göstərən bir katiqoriyaya aid olduğunu bildirib.

 

“Ağdamı, Kəlbəcəri boşaltdılar, Laçının digər kəndlərini boşaltdılar, bu kəndi də boşaldacaqlar. Bu, o yolun bitməsi ilə əlaqədr baş verəcək.  Artıq Qarabağın ərazisində, nə Ermənisan tərəfdə, nə deyilən belə sözlərin arxasında güc olmadığı üçün  narahat olmamalıyıq.  Ermənilər gündəmi dəyişmək  üçün nəsə deyə bilərlər, gündəmi dəyişməyə çalışarlar, amma arxalarında  düşündükləri kimi nə hərbi gücləri mövuddur, nə də iqtisadi gücləri mövcuddur. Revanşist qüvvələrin avantürüst bəyanatları keçmişdə qaldı. Onların bəyanatlarını əsaslandıracaq heç bir real qüvvələri yoxdur. Xüsusən də Komando briqadalarımız bu ərazilərə bir nəfəs qədər yaxındırlar. Ona görə də gələcəyə bacxacağıq. Üçtərəfli sazişdə Azərbaycanın lehinə nə yazılıbsa, hamısı həyata keçəcək”.

 

 

 

"3-cü Qarabağ savaşına ehtiyac olmayacaq"

 

Hərbi ekspert Üzeyir Cəfərov “Həftə-içi”nə açıqlamasında bildirib ki, bu gün erməni separatçılarının nə deməyindən asılı olmayaraq, Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa edəcək və buna heç kəsin şübhəsi yoxdur, olmamalıdır. Separatçıların “Laçından çıxmayacağıq”-sərsəm bəyanatlarına gəlincə, hərbi ekspert -“Laçın sənin dədənin torpağı deyil, Laçın Azərbaycan ərazisidir! Azərbaycan qanunları ilə yaşamalısız. Özünüzü Azərbaycan qanunlarından üstün sayacaqsınızsa, anti-terror əməliyyatlarını həyata keçirdib sizi qanunlarımıza tabe etdirəcəyik”-dedi.

Ekspert hesab edir ki, hazırki şəraitdə 3-cü Qarabağ savaşına ehtiyac olmayacaq.

 

“Bu gün Azərbaycan Komando qüvvələri hazır vəziyyətdədir. Komando qüvvələri qısa zaman ərzində Laçını təmizləməyə qadirdir. Azərbaycan əhalisi də yaxın vaxtlarda həmin ərazilərdə yaşamağa başlamalıdırlar və başlayacaqlar. İndi bir iki erməni orda bir sıra infrastrukturu qurub yaşayırlar. Amma azərbaycanlılar da ora qayıtmalıdır”.

 

Ü.Cəfərov bildirib ki, prosesin bu dərəcədə qəlizləşməsinə görə həmin ərazilərdə müvəqqəti yerləşən Rusiya sülhməramlıları böyük məsuliyyət daşıyır. Onun sözlərinə görə, məhz sülhməramlıların öz vəzifə borclarına səhlənkar yanaşması bu problemin dərinləşməsinə gətirib çıxardıb.

 

“Rusiya sülhməramlıları 2020-ci il 10 noyabr sazişindən sonra bu məsələləri paralel olaraq həll etməli idilər. Problemlər həll olunmadığına görə ermənilər başlarından yekə hərəkətlər edirlər. O ərazilər Azərbaycanındır və heç bir vaxt erməniyə imkan vermərik ki, qanunlarımızı tapdalasınlar. Biz öz torpaqlarımızda ermənilərin sifarişi ilə oturub- durmayacağıq. Bura Azərbaycan ərazisidir və Azərbaycan əhalisi də öz doğma yurd-yuvalarına köçməlidirlər. Əgər ermənilər işğal dövründə 28 il Laçında yaradılan şəraitdən şirniklənib bundan sonra da orda yaşayacağqlarını düşünürlərsə, səhv edirlər. Yeni yolun açılmasından sonra ermənilər başa düşməlidirlər ki, bundan sonra separatizmin inkişafı, genişlənməsi üçün imkanları məhdudlaşacaq. Yəni Ermənistandan hansısa qeyri-qanuni yüklərin daşınması və yaxud da Qarabağa kimlərinsə gedib-gəlməsi məsələlərinin qarşısı alınacaq.  Ona görə də ermənilər həm Kəlbəcər istiqamətində atəşkəsi pozur, həm Laçın istiqamətində belə təxribatçı hərəkətlər edirlər. Bunların heç bir perspektivi və nəticəsi yoxdur, olmayacaq. Azərbaycanın öz ərazilərini tam bərpa etmək üçün çox gözləmək lazım gəlməyəcək”.

 Ü.Cəfərov bildirib ki, Rusiya sülhməramlılarının etmədiyini Azərbaycan əsgəri özü edir. Rus  sülhməramlıları çoxdan erməniləri çıxartmalı idi.

 

“Amma bunu etmədilər. Biz 28 il ərzində gördük ki,  ərazidə olan ATƏT-i Minsk Qrupu və digər qurumlar heç bir iş görmədi və bir dəfə də olsun dillərinə “erməni işğalçıdır” sözünü gətirmədilr. Nəhayət, Azərbaycan işğalçını öz yerində oturtdu və indi də Azərbaycan oğulları kimin nə deməsindən asılı olmayaraq bu məsələni həll edəcəklər”.

 

Hərbi ekspert hesab edir ki, Laçında hər hansı geniş döyüş əməliyyatlarına ehtiyac olmayacaq.

 

“Çünki həm daxili qoşunlar, həm də Müdafiə Nazirliyinin Komando qüvvələri qısa müddətdə tam şəkildə hər şeyi öz nəzarəti altına alacaqlar. Sadəcə bunun üçün bir balaca qətiyyət göstərməliyik.  Vaxt keçdikcə ermənilərin ayaqları bir balaca “yer alıb”. 44 günlük savaşdan sonra səs-soraqları gəlmirdi. Amma son vaxtlar görürük ki, arutunyanlar, balasyanlar, balayanlar bu və ya digər şəkildə özlərini gözə soxurlar ki, onlar da var... Azərbaycan vaxtı uzatmamalıdır. Vaxtın uzadılması ermənilərə sərf edir. Müəyyən hazırlıqların qarşısını almaq üçün qısa müddətdə təsirli addımlar atılmalıdır”.

Ü.Cəfərov bildirib ki, Azərbaycan qarşı tərəfə- ermənilərə və Rusiya sülhməramlılarına xəbərdarlıq edib ki, Laçın yolunda hər hansı bir qanunazidd hərəkətlər olarsa, adekvatlar addımlar atılacaq.

 

“Bu da o deməkdir ki, əgər Azərbaycan əsgərinə atəş açılacaqsa biz durub baxmayacağıq.  Azərbaycan lazım olacaqsa bütün vasitələrdən istifadə edib həm separatçları, həm də Rusiya sülhməramlılarını başa salacaq ki, görməli olduğu işi sona qədər başa çatdıra bilər”.

 

 

“Antiterror əməliyyatları keçirmək tam legitim haqqımızdır”

 

Hərbi təhlilçi Alp Arslan İmamqulu bildirib ki, ermənilərin ərazilərimizdə  hansı hay-küyü yaratmasından asılı olmayaraq reallıq başqadır.

 

“Azərbaycan xalqının tələbi və onun Ali Baş Komandanının siyasi iradəsi məlumdur. Bu dəfələrlə müxtəlif beynəlxalq tədbirlərdə dünyaya bəyan edilib. Bütün məsələlər müəyyən olunmuş əsas mərkəzdən sapmadan Azərbaycanın təhlükəsizliyinin təmin olunması istiqamətində öz həllini tapmalıdır. Ərazilərimizi tərk etmək istəməyənlər varsa vətəndaşlığımızı qəbul etməlidir. Əlində silah terror aktı törətmək istəyənlər varsa ölü vəya diri olaraq zərərsizləşdirilməlidir. Xidməti sahəsində öz vəzifə səlahiyyətlərini aşan və bizə qarşı düşmən mövqe sərgiləyən "sülhməramlı qüvvə" nəfərləri var isə aşkarlanaraq ərazilərimizi tərk etmə tələbi qoyulmalıdır. Tərəflər 10 noyabr tələblərinə riayət etmək məcburiyyətindədir. Təhlükəsizliyimizin pozulması istiqamətində hər hansı terror aktı və müxtəlif cinayətlər törədilərsə anti-terror əməliyyatları keçirmək tam legitim haqqımızdır”.

 

  

“Azərbaycan odusu antiterror əməliyyatları həyata keçirəcək”

Hərbi ekspert Emin Həsənli Həftə-içi-nə açıqlamasında bildirib ki, Laçınla bağlı bu prosesdə də birbaşa Rusiya dövləti cavabdehdir. Onun sözlərinə görə, 10 noyabr sazişində bu məsələlər açıq şəkilə yazılıb.

 

“Məlumdur ki, həmin sazişə əsasən Kəlbəcər, Ağdam azad edildi, Laçının bir neçə kəndi boşaldıldı. Laçından Ermənistana yol keçdiyinə görə Azərbaycan ərazisində yaşayan ermənilərə humanistik göstərildi ki, onlar Ermənistana rahat keçə bilsinlər. Eləcə də Ermənistana qaçıb getmiş qaçqınlar öz yerlərinə qayıtsınlar. Bunun əvəzində də Naxçıvanla Azərbaycan arazında Zəngəzur dəhlizi açılmalıdır”.

 

E.Həsənli hesab edir ki, indi ermənilərin nə deməsindən asılı olmayaraq Rusiya sülhməramlıları necə Ağdamı, Kəlbəcərin təhvil verilməsində iştirak etmişdisə, Laçının boşaldılmasında da iştirak etməlidir.

 

“Alternativ yol hazırdır, Laçının mərkəzi boşaldılmaldır.  Əksə hada, bəli Azərbaycan antiterror əməliyyatları keçirdəcək. Orda hər hansı ləngimə, əks addımlar atılacaqsa, bu üçtərəfli sazişin pozulması kimi qiymətləndiriləcəkdir.  Bu da Ermənistanda çox acı nəticələrlə səbəb olacaq. Ermənistanda rəsmi şəxslər bunu bilir və dilə gətirir. Baş nazirin müavini də bildirmişdi ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasalar vəziyyətləri gərgin olacaq”.

 

Hərbi ekspert hesab edir ki, Rusiya sülhməramlıları  birmənalı mövqe ortaya qoyaraq öz missiyalarını düzgün yerinə yetirməlidirlər. Onn sözlərinə görə, dünyada nüfuzunu itirən Rusiya üçün bir şansdır ki, o sülhyaratma prosesini tənzimləsin ki, nüfuzunun bir hissəsini bərpa edə bilsin. Əks halda SSRİ-nin son illərdəki vəziyyətinə uyğun yaxşı olmayan vəziyyət yaranacaq.

 

“Azərbaycan artıq güclü dövlətdir. Onun Türkiyə kimi müttəfiqi var. Beynəlxalq hüquq Azərbaycan tərəfindədir,  Rusiya ilə də normal münasibətləri və müttəfiqlik sazişi var. Rusiya bu məsələlərdə birmənalı mövqeyini ortalığa qoymalıdır.  Və Qarabağdakı separatçıları, cinayətkarları Azərbaycana təhvil verməlidirlər.  Rusiya sülhməramlıları hələ də o prosesi ləngidir”.

 

Hərbi ekspert bildirib ki, Azərbaycanın səbr etməsi buna uzun müddət dözmək fikrində olduğunu göstərmir. Onun sözlərinə görə, onsuz da Azərbaycan erməni işalçılarının ərazilərimizdə yaratdığı problemləri mərhələli şəkildə həll edir. Və indi Laçın şəhərinin azad olunması ərəfəsindəyik.

 

Ekspert bildirib ki, ermənilərə ərazilərimizi tərk etmələri ilə bağlı onlara vaxt verilən zaman onların Kəlbəcərdə necə evləri söküb, yandırmaları faktına diqqət çəkib.

 

“Ermənilər indi də oxşar hadisələri Laçında həyata keçirdilər. Dünya bunu görür. Və görünən odur ki,   Laçının, o torpağın ermənilər üçün heç bir dəyəri yoxdur. Çünki orada qalan ermənilər, Suriyadan, Yəməndən gətirilib ora yığılıb. Ermənilər işğal dövründə Qrabağda və ondan kənar şəhərlərimizdə, kəndlərimizdə bütün əraziləri dağıdıblar. Abidələri, məscidləri, xəstəxanaları, məktəbləri, meşələri, torpağı yandırıblar. İşaldan azad olunmuş ərazilərimizdə daşı-daş üstündə qoymayıblar. İndi də bunu Laçında edirlər və Rusiya sülhməramlıları, dünya yenə buna göz yumur. İş o yerə gəlib ki,  müharibədən sonra qaçıb İrvanda oturan separatçı rejimin başçısı Araik Arutunyan indi gəlib fikirlər səsləndirir ki, “Laçını verməyəcəyik” və Qarabağın müstəqilliyi ilə bağlı nağıllardan danışır”.

 

Hərbi ekspert hesab edir ki, budəfəki cəza daha ağır olacaq. Onun fikrincə, əgər üçtərəfli saziş həyata keçirilməsə Azərbaycan odusu antiterror əməliyyatları həyata keçirəcək.

 

 

“Azərbaycan ordusu  necə BMT-nin qətnamələrini özü yerinə yetirərək Ağdamı, Kəlbəcəri, Füzulini, Qubadlını, Zəngilanı, Cəbrayılı, Şuşanı azad etdisə, eləcə də ərazilərin qalan hissəsini də tam azad edəcək və  Zəngəzur dəhlizini açacaq. O zaman Ermənistan tam ağır duruma düşəcək. Hazırda Ermənistanın ordusu darmadağın olunub, iqtisadiyatı çox pis vəziyyətdədir və 30 il bundan sonra da özünə gələ bilməyəcək. Ermənistanın torpaq iddiaları,  revanşzmi davam edəcəksə, öz mövcudluğu sual altına düşəcək.

 

Çünki ermənilər torpaqları sülh yolu ilə qaytarmadılar, minalanmış torpaqların xəritələrini vermədilər. Terrorçuları Azərbaycana təhvil vermirlər. Bütün öhtəlikləri uzadırlar. Yəqin ki, bütün bunlarla bağlı Azərbaycan özü ölçü götürəcək. 44 günlük müharibədə bunu etdi. Və bu gün də O Dəmir Yumruq yerindədir”. 

 

T.Qafarlı

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

"Düşməni yerində oturtdu,  Ermənistan cəmiyyətini silkələdi"

Jurnalistika günahkardır, yoxsa?

Prezidentin son bəyanatlarının MƏĞZİ

"Prezidentin bu fikirləri böyük müjdədir"

Azərbaycan gəncliyinin İSTEDADLI NİŞANƏSİ

Şuşa bizə Şəhidlər xiyabanı kimi lazımdır?

Sabahdan ali məktəblərə ixtisas seçimi BAŞLANIR

Bir gecənin 23 ŞƏHİDİ

"Tehran bununla Azərbaycanı hədələyir"

Bizi “ziddoş” deyib ələ salanlara bəhanələr verməməliyik

“Vaqner”in Ukraynadakı qərargahı vuruldu

Zəngəzuru tanıyaq və tanıdaq - TARİXİ FAKTLAR

İstanbul selə təslim oldu

Azad edilən ərazilərdə daha 327 mina aşkarlanıb