Fuad Əliyev Zahid Orucun bu fikiri ilə RAZILAŞMADI

18:51 08-07-2022 | icon 462 | Siyasət
Fuad Əliyev Zahid Orucun bu fikiri ilə RAZILAŞMADI

 

Fuad Əliyev: "Zahid Oruc referendum məsələsini qabardırsa, deməli, artıq hakimiyyətin qərarı var"

 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri Zahid Oruc ötən həftə yerli mediaya referendumun zəruri olması barədə açıqlamasında bildirmişdi ki, ümumxalq səsverməsi Azərbaycanın müstəqillik tarixində bir neçə dəfə olmasına baxmayaraq, cəmiyyət həyatındakı dinamikanı, dövlət və vətəndaş münasibətlərindəki dəyişiklikləri, xüsusilə də artıq Vətən müharibəsindəki qələbəmizi, ölkənin həm siyasi idarəetmə, həm inzibati xarakterli məsələlərdə meydana çıxan çağırışları özündə ehtiva edir. Onun fikrincə, bunların hamısını hüquqi müddəalara köçürərək, ölkənin ali qanununda nəzərə almaq mühüm bir məsələ kimi qarşıya çıxır.

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deputatın fikirləri ilə razılaşmadığını bildirib:

 

"Zahid Oruc son vaxtlar maraqlı fikirlərlə yadda qalır. Hər dəfə bir neçə məsələnin anonsunu verməklə, ictimai müzakirələrə start verib, referendumun anonsunu verib. Uzun illərdi cəmiyyətdə gedən referendumla bağlı müzakirələr artıq hakimiyyət daxilində müzakirələrə gətirib çıxarıb. Hörmətli Zahid Oruc əgər referendum məsələsini qabardırsa, deməli, bununla bağlı hakimiyyətin qərarı var".

 

F.Əliyev vurğulayıb ki, referenduma çıxarılacaq məsələlər çoxdur. ALDP sədri qeyd edib ki, xüsusilə, Vətən müharibəsindən sonra ərazi-inzibati quruluşun dəyişdirilməsi kimi məsələfə referenduma çıxarılacaq məsələlərdən biri olacaq:

 

"Ümumiyyətlə, bir çox məsələlərə aydınlıq gətirilməlidir. İcra hakimiyyəti sistemində olan ziddiyyət - Nazirlər Kabineti ilə vitse-prezidentlik institutu arasındakı ziddiyyətin aradan qaldırılması məsələsi. Mənim fikrimcə, Nazirlər Kabineti ləğv olunmalıdır və onların səlahiyyətləri vitse-prezidentlik institutuna verilməlidir. Şəhər və rayon icra hakimiyyət strukturları ləğv olunmalıdır. Biz təklif vermişik ki, yeddi, ərazi-inzibati nümayəndəliyi olsun. Ola bilsin ki, payız sessiysında bir neçə məsələ müzakirəyə çıxarılsın, o cümlədən, proporsional seçki sistemin bərpası, deputatların sayının artması və yuxarıda qeyd etdiyim məsələlər. Milli Məclis müzakirələrdən sonra referenduma getmək haqda qərar versin. Hörmətli Zahid Orucun proporsional seçki sisteminin bərpası ilə bağlı - “Lakin bunun kənarında bu seçki üsulunun özünə görə üstünlükləri və əskikləri var”- fikiri ilə razılaşmıram. Eyni sözləri mojaritar sistemə aid etmək olar. Amma mojoritar sistemində əskiklər daha çoxdur. Mənim fikrimcə, proporsional seçki sistemi ölkənin siyasi sistemi üçün daha çox önəmlidir. Hesab edirəm ki, referenduma çıxarılacaq məsələlərdən biri də proporsional seçki sisteminin bərpası olmalıdır. Əhalinin sayı on milyondan çoxdur. Ona görə hesab edirəm ki, deputatların sayı da artırılmalıdır".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

"Düşməni yerində oturtdu,  Ermənistan cəmiyyətini silkələdi"

Jurnalistika günahkardır, yoxsa?

Prezidentin son bəyanatlarının MƏĞZİ

"Prezidentin bu fikirləri böyük müjdədir"

Azərbaycan gəncliyinin İSTEDADLI NİŞANƏSİ

Şuşa bizə Şəhidlər xiyabanı kimi lazımdır?

Sabahdan ali məktəblərə ixtisas seçimi BAŞLANIR

Bir gecənin 23 ŞƏHİDİ

"Tehran bununla Azərbaycanı hədələyir"

Bizi “ziddoş” deyib ələ salanlara bəhanələr verməməliyik

“Vaqner”in Ukraynadakı qərargahı vuruldu

İstanbul selə təslim oldu

İki universitet publik hüquqi şəxsə çevrilib

Zəngəzuru tanıyaq və tanıdaq - TARİXİ FAKTLAR