Metropolitenin iş rejimində futbol oyunu nəzərə alınacaq

15:47 11-07-2012 | icon 12 | İdman
Metropolitenin iş rejimində futbol oyunu nəzərə alınacaq

Ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq

 

İyulun 12-də “Qarabağ” Futbol Klubu UEFA Çempionlar Liqası turnirinin I təsnifat mərhələsi çərçivəsində keçiriləcək cavab qarşılaşmasında meydana çıxacaq.


Saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanılacaq oyuna tamaşaçı marağını nəzərə alaraq, Bakı metropoliteninin iş rejimində müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub.

 

Metropolitenin əvvəlcədən elan edilmiş istirahət günü qrafikinə baxmayaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə Respublika stadionunda keçirilən kütləvi tədbirlər zamanı metropolitenin müvafiq əməliyyat planı əsasında bir sıra tədbirlər görüləcək.


Görüşün keçiriləcəyi idman arenasının yaxınlığında yerləşən “Gənclik” stansiyası oyunun başlanma saatı ərəfəsində gücləndirilmiş iş rejimi şəraitində çalışacaq. Bu xxüsusda əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib olunacaq, nəzarət mexanizmləri gücləndiriləcək. Həmçinin “Nəriman Nərimanov” və “28 May” stansiyalarında müvafiq ehtiyat tədbirlər nəzərə alınacaq.


Xəttə buraxılmaq üçün nəzərdə tutulmuş ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

 

Versus.Az İnformasiya Agentliyi olaraq, “Qarabağ” klubuna uğurlar arzulayırıq!

 

Vüqar Şahinoğlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI

Yemiş tumlarının 5 FAYDASI