Tarixi abidə ilə bağlı GÖSTƏRİŞ

11:26 13-07-2022 | icon 301 | Mədəniyyət
Tarixi abidə ilə bağlı GÖSTƏRİŞ

Mədəniyyət naziri Anar Kərimov Xəzər rayonunun Türkan qəsəbəsi yaxınlığında yerləşən “Kurqan çölü”, “Türkan yaşayış yeri” və “Daş yollar” tarixi abidələrinə baxış keçirib.

 

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

 

Qeyd olunub ki, Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Soltan Məmmədov, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, tədqiqatçı Faiq Nəsibov, “Agro Food Investments” şirkətinin və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

 

Unikal abidə olan “Daş yollar”a edilən müdaxilə faktı ilə yerində tanış olan nazir həmin tarixi abidəyə dəyən zərərin müəyyənləşdirilməsi və aradan qaldırılması, habelə daha ciddi şəkildə qorunması üçün tapşırıqlar verib.

 

Vurğulanıb ki, bundan sonra da tarixi abidələrə edilən qanunsuz müdaxilələrin qarşısı qətiyyətlə alınacaq, qanunvericilik çərçivəsində ən ciddi addımlar atılacaq.

 

Qeyd edək ki, nazir Anar Kərimovun tapşırığı ilə “Daş yollar” abidəsinə edilən kənar müdaxilələrin qarşısının alınması, tarixi abidənin qorunması üçün ətrafı çəpərlənib.

 

Həmçinin əraziyə arxeoloqları cəlb edərək abidələrin son durumunun və çəpərlənmə zamanı nəzərə alınmalı olan əlavə tapıntıların dəqiqləşdirilməsi də nəzərdə tutulur.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI