Daim spirtli içki qəbul edir və...

12:01 13-07-2022 | icon 239 | Hadisə
Daim spirtli içki qəbul edir və...

Bakıda enerji içkisi içdikdən sonra sərxoş olan şəxs həyat yoldaşını döyüb, polisləri təhqir etdiyinə görə 10 sutkalıq həbs edilib.

 

Versus.Az xəbər verir ki, 1977-ci ildə Füzuli rayonunun Əhmədalılar kəndində dünyaya gəlmiş və bu kənddə qeydiyyatda olan, Nizami rayonunda yerləşən 74 saylı qazanxananın həyətində məskunlaşmış şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə ittiham olunub. İşə Nizami Rayon Məhkəməsində baxılıb.

 

Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında göstərib ki, həyat yoldaşı onunla yola getmir, tez-tez mübahisələri yaranır. 11 iyul 2022-ci il tarixdə, saat 20 radələrində ailə üzvləri ilə yaşadığı qazanxana binasının həyətindən enerji içkisi içib. Həmin vaxt həyat yoldaşı ilə mübahisələri yaranıb. Mübahisə, söz-söhbət bir müddət davam edib. Saat 22 radələrində arvadının şikayəti əsasında polislər hadisə yerinə gəlib və onu zorla 24-cü Polis Şöbəsinə aparıblar.

 

İttiham olunun şəxs polis şöbəsində olduğu müddətdə içkili vəziyyətdə xuliqanlıq hərəkətləri edərək şöbənin iş fəaliyyətini pozub.

 

Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib. 

 

Məhkəmə işində o da göstərilir ki, şəxs daim spirtli içki qəbul edir, tufeyli həyat tərzi keçirir. /Qaynarinfo/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

“Biz xoşbəxt laçınlılarıq, bugünkü günləri görürük”

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI