Özünü yandıran qazi ilə bağlı Prezidentə MÜRACİƏT

20:31 13-07-2022 | icon 381 | Siyasət
Özünü yandıran qazi ilə bağlı Prezidentə MÜRACİƏT

Ramil Hüseynov: "Onun ölümünə səbəbkar olan məmurların cəzalandırılmasını tələb edirik"

 

"Bir qazimiz də özünə qəsd etdi. Bu bizim üçün çox utancverici, sarsıdıcı bir zərbədir. Bu gün bəzi məmurların etinasızlığı, məsuliyyətsizliyi və vətəndaşlarla davranış qaydalarında kobud yanlışlıqları bu cür halların baş verməsinə gətirib çıxarır".

 

Bunu Versus.Az-a daha bir qazimizin intiharı ilə bağlı açıqlamasında Dirçəliş və Tərəqqi Partiyasının (DTP) sədri Ramil Hüseynov bildirib.

 

Partiya sədri bir igidimizi, bir qəhrəmanımızı da məmur məsuliyyətsizliyi, etinadsızlığı səbəbindən itirdiyimizə təəssüfünü ifadə etdi:

 

"Hadisədən dərhal sonra qazimizin psixoloji durumu ilə bağlı məlumat verirlər. Soruşan lazımdır, əgər bu qazinin psixoloji durumu qənaətbəxş deyildisə, niyə onunla bağlı tədbir görülmürdü?! Özü də bu cür fikirlər icra başçısının dilindən səslənir. Niyə icra başçısı ərazisində olan qazilərin sağlıq durumu ilə bağlı problemlərini aradan qaldırmaq üçün müvafiq qurumlar qarşısında məsələ qaldırmayıb? Axı o şəhidlər, o qazilər millətimizin qəlbində sönməyən bir istiqlal çırağı yandırdı. Bunu dərk etməyən məmur niyə bu xalqı təmsil etməlidir?! O, vətəndaşların üzərində söz sahibinə çevrilməlidi. Nəyə görə biz bu cür rəhbərlərin məsuliyyətsizliyi ucbatından Elvin kimi qazilərimizi itirməliyik?!"

 

Ramil Hüseynov bildirib ki, icra başçılarının bu cür məsuliyyətsiz davranışları ölkə başçısının şəhid ailələri və qazilərə göstərdiyi xüsusi diqqət və qayğı, bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi üçün yürüdülən siyasi kursuna ziddir:

 

"DTP olaraq, Elvin Cəfərovun ölümünə səbəbkar olan bütün məmurların cəzalandırılmasını tələb edirik!!! Biləvasitə Sabirabad rayon icra başçısının laqeydliyi, vəzifə səlahiyyətlərinin icrasında yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunmasını ölkə başçısından, cənab Prezidentdən xahiş edirik".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI

Yemiş tumlarının 5 FAYDASI