Dünya çempionumuz ABŞ-da finala çıxdı


Kikboksinq üzrə dünya çempionu Bəhram Rəcəbzadə ABŞ-ın Birminqem şəhərində keçirilən Ümumdünya Oyunlarında finala çıxıb.
Versus.Az xəbər verir ki, +91 kq çəki dərəcəsində mübarizə aparan Bəhram yarımfinala döyüşmədən çıxıb. Belə ki, onun monteneqrolu rəqibi Miroslav Vuyoviç rinqə çıxmayıb.
Rəcəbzadə yarımfinalda ukraynalı Roman Şerbatyuku məğlub edərək finala vəsiqə qazanmışdı.
O, sabah finalda Xorvatiya kikboksçusu Anto Şiriçlə qarşılaşacaq.

Xəbər lenti

"Laçın şəhər mərkəzinin və digər kəndlərinin boşaldılması ona imkan verir..."- MÜSAHİBƏ
Mahir Abbaszadə: “Sus, Zabux, Ağanis və Laçının digər 125 kəndi öz yurdlarına qayıtmağı səbirsizliklə gözləyir”