Ərdoğan Putin və Rəisi ilə "Zəngəzur dəhlizi"ni müzakirə edəcək?

19:08 14-07-2022 | icon 331 | Geopolitika
Ərdoğan Putin və Rəisi ilə "Zəngəzur dəhlizi"ni müzakirə edəcək?
 
 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putin və iranlı həmkarı İbrahim Rəisi ilə iyulun 19-da Tehranda keçiriləcək üçtərəfli sammitdə görüşəcək. Astana formatında keçiriləcək üçtərəfli sammit çərçivəsində Ərdoğanın Putin və Rəisi ilə təkbətək görüşləri də planlaşdırılır.

 

 


Versus.az xəbər verir ki, bununla bağlı yerli mediaya danışan sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov hesab edir ki, görüşün əsas mövzuları Suriya məsələsi, tərəflərin iqtisadi əlaqələri və "Zəngəzur dəhlizi" olacaq:

 


 

“Rusiya qərb istiqamətindəki iqtisadi əlaqələrin böyük hissəsini bağlamalı olub, sanksiyalara məruz qalıb. Onun üçün hazırda cənub və şərq istiqamətləri mühüm əhəmiyyət kəsb edir. Rusiyanın cənubda yerləşən partnyorları indi vacib tərəfdaş kimi görünürlər.

 

Ermənistan baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etdi. Son 10 ildə ilk dəfədir ki, Ermənistan Türkiyəni Qurban bayramı münasibətilə təbrik edib. Zəngin baş tutması da Rusiyanın təşəbbüsü ilə reallaşan məsələdir. Çünki ayın 19-da “Astana üçlüyü”nün Tehranda görüşü keçiriləcək. Türkiyə, Rusiya və İranın ildə bir dəfə ənənəvi görüşləri keçirilməli idi. Pandemiya və Rusiya ilə İran arasındakı mövcud problemlər, Suriya məsələsi səbəbindən görüş baş tutmurdu. Məhz indi çoxdan gözlənilən proses başlayır.

 

ABŞ prezidenti Co Baydenin Yaxın Şərqə səfəri də məhz bu günlərə təsadüf edir. Görürük ki, region istiqamətində böyük oyunçular aktivləşib. Tehranda Suriya mövzusu, neft qiymətləri və zənnimcə, Rusiya, Türkiyə və İran arasında ticarətin fəallaşması müzakirə olunacaq. Mövzuların arasında kommunikasiya məsələləri də əsas yer tutur. "Zəngəzur dəhlizi"nin işlək vəziyyətə gətirilməsi də gündəmdədir”.
 


Tofiq Zülfüqarov Rusiya-İran münasibətlərinin nisbətən normallaşacağını, xüsusilə Türkiyənin regionda aparıcı oyunçulardan biri olaraq qalacağını düşünür:
 

“Rusiya-Türkiyə iqtisadi əlaqələri fəallaşarsa, dəmir yolu vasitəsilə bağlantılar yenidən gündəmə gələcək. "Zəngəzur dəhlizi" və Naxçıvan ərazisindən keçəndən sonra Ermənistanın üzərindən də dəmir yolu bağlantısı var. Ona görə, iddialar var ki, Ermənistan-Türkiyə sərhədində guya minatəmizləmə işləri həyata keçirilir.

 

Digər tərəfdən Rusiya-İran arasında əlaqələrin normallaşmasına, ticarət əlaqələrinin artırılmasına xidmət edən dəmir yolları, Fars körfəzinə gedən bağlantılar Culfa üzərindən həyata keçirilməlidir. Yenə də "Zəngəzur dəhlizi"  vacib məqamlardan birinə çevrilir..

 

Rusiyanın cənuba marağının artması təbiidir. Biz isə bu proseslərdə söz sahibi mərkəzlərdən biri olacağıq”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

"Düşməni yerində oturtdu,  Ermənistan cəmiyyətini silkələdi"

Jurnalistika günahkardır, yoxsa?

Prezidentin son bəyanatlarının MƏĞZİ

"Prezidentin bu fikirləri böyük müjdədir"

Azərbaycan gəncliyinin İSTEDADLI NİŞANƏSİ

Şuşa bizə Şəhidlər xiyabanı kimi lazımdır?

Sabahdan ali məktəblərə ixtisas seçimi BAŞLANIR

Bir gecənin 23 ŞƏHİDİ

"Tehran bununla Azərbaycanı hədələyir"

Bizi “ziddoş” deyib ələ salanlara bəhanələr verməməliyik

“Vaqner”in Ukraynadakı qərargahı vuruldu

İstanbul selə təslim oldu

İki universitet publik hüquqi şəxsə çevrilib

Zəngəzuru tanıyaq və tanıdaq - TARİXİ FAKTLAR